Connect with us

Milli komanda

Rəşad Sadıqovun “yox” demək məcburiyyəti

-də paylaşıldı

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun “Neftçi”ylə oyundan sonra verdiyi açıqlamalar maraqlı idi. O, əksər mütəxəssislərin dilə gətirmədiyini, həmkarlarının deməyə çəkindiyi məqamları mətbuat konfransında söylədi. Əla idi, həqiqətləri deyirdi, illərdi yazdıqlarımızı örnək götürülən, futbolumuzun lideri sayılan birisinin ifasında dinləyirdik. Amma…

Bəri başdan qeyd edim ki, bütün futbol ictimaiyyəti milli komandanı yerli məşqçiyə tapşırmağın vacib olduğunu söylədiyi bir zamanda AFFA yenə bildiyini edir. Gündəm dəyişməyə çalışan, eyni zamanda jurnalistlərin, azarkeşlərin, mütəxəssislərin fikirlərinə önəm vermədiyini meydan oxuyurcasına nümayiş etdirən qurum rəsmiləri Canni de Byaziyə əcnəbi xələf axtarışındadı. Robert Prosineçkinin yenidən milliyə qaytarılması üçün danışıqlara start verilib, alınmasa, başqa variantlara baxılacaq.

Bu gün milli komanda yerli məşqçiyə tapşırılmalıdı. Berti Foqtsdan Nikola Yurçeviçə kimi gəlib-gedən bütün legioner çalışdırıcıların fəaliyyəti sübut etdi ki, yaxşı material yoxdusa, dünyanın ən yaxşı mühəndisi də gəlsə, dəbdəbəli bina tikmək mümkün deyil. Yalançı görüntü, bünövrənin çürüklüyü “kiçik zəlzələlər” zamanı ifşa olunur.

Və yerli, ya da əcnəbinin millidə baş məşqçi olması heç nəyi dəyişməyəcək. Əcnəbilərlə bağlı acı təcrübəni illərdi görürük. Yerlilərə güvənildiyi vaxtlar isə sübut olunub ki, onların nəticələri daha yaxşı olub, futbolçuları tanıdıqlarından fəaliyyətləri daha səmərəli alınıb. Maliyyə fərqindən isə danışmağa dəyməz. Bugünədək millinin əcnəbi məşqçiləri 50 milyon dollara kimi vəsait “udub”, nəticə yoxdu.

Bu gün futbolumuzun problemi məşqçinin kimliyi yox, sistemin qaydaya salınmaması, doğru strategiya seçilməməsi, səriştəsiz idarəçilikdi. Ölkədə futbolun inkişaf etməsi üçün bircə doğru addım atılmır, vacib sahələrdə dəlləkliklə məşğuldular. Və AFFA rəhbərliyi dəyişməyincə, futbola münasibət fərqli olmayınca millinin başında kimin olmasının zərrə qədər əhəmiyyəti yoxdu.

Avropada rəqiblərinə qan udduran Qurban Qurbanovun millidəki birillik fəaliyyəti bunu sübut etdi. Ölkə futbolunda tarix yazan adamı AFFA-nın işbazları az qala 12 aya xərcləyəcəkdi. O zərbədən sonra ayağa durmaq, hər şəraitdə yenidən özünü sübut etmək özü bir qəhrəmanlıqdı.

Və bütün bunlar bəlli ikən Rəşad Sadıqov deyir: “Kimsə adımı səsləndirib məni yığmanın sükanı arxasına layiq görürsə, sağ olsun. Hansısa klubdan təklif alsam, götür-qoy edərəm. Amma yığmadan nə vaxt təklif gəlsə, düşünmədən qəbul edərəm. 18 yaşımdan millidə oynamışam. Çünki mənim doğma komandamdır. Heç vaxt yığmadan gələn təklifə “yox” demərəm”.

Sadıqov milli komandanın sabiq kapitanı, lideri, illərlə haqsız zərbələr almasına, hər cür təzyiqlərə məruz qalmasına rəğmən, özünü sübut etməyi bacaran simasıdı. Əgər milli komandaya yerli baş məşqçi axtarılacaqsa, onun adı siyahının başında yazılmalıdı. Millinin kapitanı olmuş, sonradan ciddi məşqçilik karyerası olmadan yığmanın başına gətirilən onlarla məşqçi görmüşük və əksəriyyəti illərin təcrübəsindən faydalanaraq uğurlu olublar. Ukrayna yığmasında özünü sübut edən Andrey Şevçenko ən son nümunədi.

Bütün bunları nəzərə alsaq, Sadıqov milli komandanın baş məşqçi postuna digər həmkarlarından daha çox layiqli namizəddi. Oyunçu kimi legioner həyatı yaşayıb, ölkə çempionatında daim liderlərdən sayılıb, avrokuboklarda misilsiz işlər görüb; məşqçi kimi “Qarabağ”ın aşağı yaş qruplarında çalışıb, komandasını beynəlxalq yarışlarda oynadıb, U-21-də səmərəli fəaliyyət göstərib, indi də “Zirə”də əla işlər görür. PRO kateqoriyası imtahanlarını hamıdan yüksək nəticələrlə verdiyini də nəzərə alsaq, məşqçi kimi tam hazırdı.

Amma hətta bu üstünlüklər də Sadıqovun “Heç vaxt yığmadan gələn təklifə “yox” demərəm” açıqlaması üçün bəraət verməməlidi. Vətənpərvərliyinə, milli dəyərlərə bağlılığına, milli komanda üçün hətta təmənnasız çalışacağına şübhə yoxdu. Amma necə, kiminlə? İstənilən şəraitdə millidən gələn təklifə “hə” demək olarmı? Müəllimi Qurban Qurbanovun başına gətirilənlər dərs olmayıbmı? Yoxsa özünün U-21-dən necə uzaqlaşdırıldığını yaddan çıxarıb? İndiki AFFA rəhbərliyi ilə YOLA çıxmaq YOXA çıxmaq deməkdi – hətta ən dahi məşqçilər də bundan sığortalanmayıb.

Rəşad bəy bir gün mütləq milli komandanın baş məşqçisi olacaq, işləmək üçün belə fürsət qazanacaq, gəncdi, qarşıdakı illər onundu. Yetər ki, hər təklifə “hə” deməyi unudub, doğru zamanda, həqiqətən inkişafa xidmət edəcək təklifə razılıq versin. İndiki AFFA rəhbərliyi ilə bir yola çıxmaq əcəl kəndirini boynundan asmaq deməkdi. Elxan Məmmədovun vədlərinə aldanmaq, eyni səhvi iki dəfə etmək başqalarına yaraşar, Sadıqova yox. AFFA-nın icraçı vitse-prezidenti ona yalnız özünü qorumaq üçün şans verə, daha bir kartı çevirə bilər, Məmmədovla uğur axtarmaq cəhdi bəri başdan məğlubiyyətlə, nüfuzdan düşməklə barışmaq deməkdi.

Eyni sual Samir Abasova da verildi: “Açığı, buna rast gəlməmişəm. İndi nəsə demək düzgün olmaz. Çünki yığmanın baş məşqçisi var. Təklif gələrsə, nəsə deyə bilərəm”.

Sadıqov ya bu cür diplomatik cavab verməli, ya da “futbolda ciddi dəyişikliklər olsa, həqiqətən sistemli inkişafa yönəlik planlar ortaya qoyulsa, millidə məmnuniyyətlə çalışaram” deməliydi. Ona ağıl vermək, yol göstərmək niyyətimiz yoxdu, bu, ictimaiyyətin lider saydığı bir şəxsdən gözləntisidi. Yoxsa ki, futbolun qatillərinin YIĞMAya çevirdiyi MİLLİdən gələn “istənilən təklifə “hə” deyərəm” ifadəsi ya boğazdan yuxarı vətənpərvərlikdi, ya da “təki təklif gəlsin, istənilən adamla birgə işlərəm” acizliyi. Sadıqov nə acizdi, nə də yalançı vətənpərvər – bu səbəbdən açıqlamasını hələ də anlamış deyiləm. Yox, Məmmədovun uğursuz dəstəsi ilə kompromisə hazırdısa, 3 il öncə başverənləri unudub içəridə inqilab edəcəyini düşünürsə, onun arxasında nə haqqı müdafiə edən jurnalist ordusu olacaq, nə də azarkeşlər. Elxan Məmmədovun yanında olanlar futbolun yanında ola bilməz.

VÜSAL MAHMUDOV

Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Premyer-liqa2021-12-04 18:55

“Sabah” “Qarabağ”a uduzur – YENİLƏNİR

Dünya futbolu2021-12-04 17:35

“Beşiktaş”da daha bir ciddi itki – 3 ay oynamayacaq

Digər2021-12-04 16:51

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-12-04 16:17

UEFA 8 klubu cərimələdi, FİFA 1 kluba qadağa qoydu

Premyer-liqa2021-12-04 15:30

“Səbail” “Keşlə” ilə matça dörd itki ilə çıxacaq

Dünya futbolu2021-12-04 15:05

İngiltərə klubları Avropa Super Liqasına qoşulmaq istəyirlər

Dünya futbolu2021-12-04 14:34

Premyer Liqa matçına itlərlə çıxdılar

Dünya futbolu2021-12-04 14:02

Serxio Ramos yenidən zədələndi

Premyer-liqa2021-12-04 13:27

“Qarabağ” – “Sabah” matçının biletləri satışa çıxarıldı

Dünya futbolu2021-12-04 12:56

Moldova milli komandasında yeni baş məşqçi

Dünya futbolu2021-12-04 11:36

“Mahirlə Pexartın yenə birlikdə oynamaq şansı var”

Dünya futbolu2021-12-04 10:57

Dadaşov “Şalke”nin əsas komandasına cəlb olundu

Dünya futbolu2021-12-04 09:58

Ozan Canlı “Telstar” doğma meydanda uduzdu

Dünya futbolu2021-12-04 09:28

Nazarovlu “Ersgebirge” 4 qola üzüldü

Dünya futbolu2021-12-04 01:55

“Qranada” “Alaves”i məğlub yola saldı

Dünya futbolu2021-12-04 01:32

“Leyptsiq” səfərdən xalsız döndü

Dünya futbolu2021-12-03 23:30

Krivotsyuklu “Visla” səfərdə uduzdu

Dünya futbolu2021-12-03 22:58

“Beşiktaş” səfərdən 1 xalla döndü

Dünya futbolu2021-12-03 21:59

DÇ-1954-ün son yadigarı da dünyasını dəyişdi

Ölkə futbolu2021-12-03 20:29

AFFA 6 aylıq cəzalanan klub rəsmisi ilə bağlı şikayəti təmin etmədi

Müsahibə2021-12-03 19:23

Əfran İsmayılov: “Keşlə”yə qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”

Digər2021-12-03 18:59

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-12-03 18:19

“Liverpul” Benzemanı transfer etmək istəyir

Premyer-liqa2021-12-03 17:33

“Neftçi” – “Sumqayıt” matçının biletləri satışa çıxarıldı

Ölkə kuboku2021-12-03 17:11

Azərbaycan Kuboku: 1/8 finalın oyun cədvəli açıqlandı

Premyer-liqa2021-12-03 16:52

Turun mərkəzi oyunu FİFA referisinə tapşırıldı

Milli komanda2021-12-03 16:37

10 ay təkcə de Byaziyə verilən vaxt deyil

Dünya futbolu2021-12-03 16:23

PSJ azarkeşlərinə görə cəzalandı

Dünya futbolu2021-12-03 15:46

“Napoli”nin müdafiəçisi 3 aylıq sıradan çıxdı

Dünya futbolu2021-12-03 15:23

“Qarabağ”ın sabiq futbolçusu klubsuz qaldı

Dünya futbolu2021-12-03 15:00

Levandovskini dünyanın ən yaxşı futbolçusu elan edəcəklər

Ölkə futbolu2021-12-03 14:36

“Səbail” rəsmisinə 15 oyunluq cəza verildi

I Divizion2021-12-03 14:18

Divizion komandalarının da cəzası açıqlandı

Digər2021-12-03 14:00

AFFA rəhbərliyinin biznes obyekti əlindən alındı: adı futbolun, dadı Abdullayevin

Premyer-liqa2021-12-03 13:49

“Neftçi”ni azarkeşləri, “Keşlə”, “Qəbələ” və “Zirə”ni futbolçuları ziyana saldı

Dünya futbolu2021-12-03 13:33

Ələskərovun komandası Super Liqa təmsilçisinə rəqib oldu

Dünya futbolu2021-12-03 13:02

“Fənərbaxça”nın futbolçusu milli komanda seçimini etdi

Dünya futbolu2021-12-03 12:53

“Milan”ın futbolçusu üçün mövsüm bitdi?

Ölkə futbolu2021-12-03 12:32

“Qarabağ”ın rəqibi gürcü futbolçu üçün 1.2 milyon avro təklif edir

Milli komanda2021-12-03 12:11

AFFA-nın gizlətdiyi təyinat: U-19 Velebitə tapşırılıb

Dünya futbolu2021-12-03 11:50

Çexiya klubu Mahir Emrelini istəyir

Dünya futbolu2021-12-03 11:23

“Mançester Yunayted”də daha bir ayrılıq

Dünya futbolu2021-12-03 11:00

Braziliyada çempion bəlli oldu

Milli komanda2021-12-03 10:47

Daha az maaşa daha yaxşı nəticə: ona inanmaq olarmı?

Müsahibə2021-12-03 10:26

Vüsal Əsgərov: “Bu hisslərin sözlə ifadəsi yoxdur”

Ölkə futbolu2021-12-03 09:51

VAR sistemi: Ukraynada 240 min avro, Azərbaycanda 500 min dollar

Dünya futbolu2021-12-03 09:27

Ronaldo karyerasında 800-cü qolunu vurdu

Ölkə futbolu2021-12-03 09:00

İslahata İcraiyyə Komitəsindən başlamalı

Dünya futbolu2021-12-03 02:15

“Mançester Yunayted” “Arsenal”ı məğlub yola saldı

Dünya futbolu2021-12-03 01:45

Romada 8 qolluq heç-heçə

Gündəm