Connect with us

Ölkə futbolu

“Sabah” 37 yaşlı Musayevə tapşırılacaq: “Krasnodar”ın sabiq baş məşqçisi artıq Bakıdadı

-də paylaşıldı

“Sabah” baş məşqçi postunu yenə əcnəbiyə tapşırır. Klub xəbəri gizli saxlamağa çalışsa da, bizdə olan bilgiyə görə, bakılıların yeni çalışdırıcısı bir neçə gündü Bakıdadı və yaxın vaxtlarda təyinatı rəsmən açıqlanacaq.

Futbolinfo.az xəbər verir ki, Ramin Quliyevin qəfil istefasının səbəbi də budur. Onun növbəti matça 2 gün qalarkən işindən ayrılmasının səbəbi xələfinin kimliyini, danışıqlar aparıldığını bilməsidi.

Milliyətcə tatar olan Murad Musayevlə 3+1 illik müqavilə bağlanacaq. Təyinatın rəsmiləşməsi üçün xırda detalların razılaşdırılması qalıb. Belə ki, məşqçi qışda yaxşı büdcə ayrılmasını, heyətdə ciddi islahat aparmasına şərait yaradılmasını tələb edir.

Musayev Krasnodar şəhərində doğulub. Futbolçu karyerası olmayan 37 yaşlı mütəxəssisin zəngin karyerası yoxdu. O, Kuban Fiziki Hazırlıq, İdman və Turizm Universitetini bitirib, oxuduğu zaman gənclərdən ibarət “Krasnodar-2000” klubunda uşaq məşqçisi kimi işləyib. 2011-ci ildə “Krasnodar”ın futbol akademiyasında fəaliyyətə başlayan Musayev 2018-də klubun gənclər komandasının məşqçisi təyin edilib. Məşqçi “Krasnodar”ın 19 yaşadək futbolçulardan ibarət komandası ilə birlikdə, 2017–18 mövsümündə UEFA Gənclər Liqasının pley-off mərhələsində iştirak edib. Krasnodarlılar pley-offda “Real”a məğlub olur. Bu oyunun ardından Krasnodar şəhər stadionunun qarşısındakı münaqişədən sonra klubdan kənarlaşdırılıb.

Musayev 2018-ci ildə İqor Şalimovun gedişindən sonra “Krasnodar” klubunun müvəqqəti məşqçisi təyin edilib. UEFA Pro Lisenziyasının olmaması səbəbindən Rusiya Premyer Liqasında məşqçi kimi qeydiyyata alınmayıb. Musayev o zaman yalnız UEFA B Lisenziyasına sahib olduğundan Rusiya Premyer Liqasında məşqçi kimi rəsmi olaraq Oleq Fomenko qeydiyyata alınıb. Musayev onun köməkçisi kimi göstərilsə də, əsas söz sahibi olub. 2019–20 mövsümündən əvvəl Fomenko “Krasnodar-2” klubuna göndərilib, Sergey Matveyev yeni baş məşqçi, Musayev isə rəsmi olaraq onun köməkçisi təyin olunub. 2020-ci ilin iyununda Musayev PRO kateqoriyası alınca rəsmi olaraq “Krasnodar”ın baş məşqçisi təyin edilib. Bu ilin aprelində evdə “Axmat”a 0:5 hesablı məğlubiyyət doğma komandasında qovulmasıyla nəticələnib.

Əsas uğuru gənclər komandasıyla olan Musayevin “Sabah”a hansı fayda verəcəyini zaman göstərəcək. Maraq üçün xatırladaq ki, Jelko Şopiç və Visente Qomes də oxşar vizit kartına malik idi. Heç Ramin Quliyevin də zəngin məşqçi karyerası yox idi. Və onların heç biri “Sabah”ın dərdinə dərman olmadı. Böyük büdcəyə, yaxşı heyətə rəğmən, komanda bir qayda olaraq, autsayderlər sırasında qərarlaşır.

Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Ölkə futbolu2021-12-06 13:19

“Qarabağ”ın futbolçusu üçün əlamətdar oyun

Dünya futbolu2021-12-06 13:00

Super Liqada mövsümün rekordu qeydə alındı

Ölkə futbolu2021-12-06 12:48

“Qol vurmaqla iş bitmir” – Bəxtiyar Həsənalızadə

Dünya futbolu2021-12-06 12:29

“Real” ÇL matçına ciddi itki ilə çıxacaq

Dünya futbolu2021-12-06 12:00

0:5-dən sonra istefaya göndərildi

Dünya futbolu2021-12-06 11:46

“Bu qələbəyə çox ehtiyacımız var idi” – Namik Ələskərov

Dünya futbolu2021-12-06 11:31

Mançini 2021-ci ilin ən yaxşısı elan olundu

Ölkə futbolu2021-12-06 11:14

“Qarabağ”dan 8-ci qış çempionluğu

Milli komanda2021-12-06 11:00

Millimizin Dubay toplanışı üçün yekun heyəti açıqlandı

Premyer-liqa2021-12-06 10:44

Mövsümdə ilk, tarixdə 25-ci

Premyer-liqa2021-12-06 10:31

“İnanıram ki, ən qısa zamanda hər şey yoluna düşəcək”

Ölkə futbolu2021-12-06 10:15

Turun qalibləri zirvədə

Dünya futbolu2021-12-06 09:56

Əliyevli “Ufa” Moskvadan xalsız döndü

Dünya futbolu2021-12-06 09:28

Mahirli “Legiya” səfərdən xalsız döndü

Dünya futbolu2021-12-06 09:00

Əhmədzadənin komandası böyük hesabla uduzdu

Dünya futbolu2021-12-06 02:27

Lion “Olimpik”i səfərdən 1 xalla döndü

Dünya futbolu2021-12-06 02:04

“Valensiya” səfərdə qələbə qazandı

Dünya futbolu2021-12-06 01:47

“Yuventus”la “Latsiodan inamlı qələbə

Dünya futbolu2021-12-06 00:16

“Mançester Yunayted”dən qələbə, “Tottenhem”dən darmadağın

Dünya futbolu2021-12-05 23:57

“Borussiya” darmadağına üzüldü

Dünya futbolu2021-12-05 23:40

“Fənərbaxça” və “Başakşəhər” darmadağınla qalib gəldi

Dünya futbolu2021-12-05 22:10

Ələskərov “Bursaspor”da daha bir qol vurdu

Dünya futbolu2021-12-05 21:51

“Qarabağ”ın rəqibi evdə xal itirdi

Premyer-liqa2021-12-05 21:24

“Qəbələ” Zirədən 3 xalla döndü – VİDEO

Premyer-liqa2021-12-05 21:00

Elmar Baxşıyev: “İddiamızı ortaya qoyacağıq”

Premyer-liqa2021-12-05 20:52

Rəşad Sadıqov: “Mən tərəfdən hakimə nə təhqir, nə də sərt ifadə olub”

Ölkə futbolu2021-12-05 20:10

“Neftçi” xal itirdi, “Zirə” “Qəbələ”yə uduzdu

Premyer-liqa2021-12-05 19:33

“Sumqayıt”la “Neftçi”dən qolsuz heç-heçə – VİDEO

Premyer-liqa2021-12-05 18:43

Samir Abasov: “Heç kimdə günah yoxdur”

Premyer-liqa2021-12-05 18:28

“Qapımız qarşısında təhlükəli vəziyyətə imkan vermədik”

Dünya futbolu2021-12-05 18:00

Quliyevli “Arsenal”dan qələbə

Dünya futbolu2021-12-05 17:32

“Traktor” evdə xalsız qaldı

Digər2021-12-05 17:23

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-12-05 16:57

Jurnalistlər onu ilin ən yaxşı futbolçusu elan etdilər

Dünya futbolu2021-12-05 16:25

Felipe Melo klubsuz qaldı

Dünya futbolu2021-12-05 15:42

“Çelsi”də ciddi itki

Dünya futbolu2021-12-05 15:13

Bundesliqa klubu baş məşqçini istefaya göndərdi

Premyer-liqa2021-12-05 14:47

“Zirə” ilə “Qəbələ”nin 27-ci dueli

Dünya futbolu2021-12-05 14:14

2021-ci ilin ən yaxşı hakimi məlum oldu

Dünya futbolu2021-12-05 13:46

“Mançester Yunayted”in ən yaxşı futbolçusu

Dünya futbolu2021-12-05 13:06

“Malmö” çempionluğu son turda təmin etdi

Dünya futbolu2021-12-05 12:06

Huşunu itirən “Barselona”lı futbolçunun son durumu bilindi

Ölkə futbolu2021-12-05 11:47

“Vurduğum qola görə şadam, amma nəticəyə görə yox”

Ölkə futbolu2021-12-05 10:35

“Qəbələ” Gürcüstanda bürünc medal qazana bilər

Dünya futbolu2021-12-05 10:00

Dadaşov “Şalke”nin əsas komandasında debüt etdi

Dünya futbolu2021-12-05 09:30

Nuriyevin komandasından səfər qələbəsi

Ölkə futbolu2021-12-05 09:00

5 oyunluq seriyaya 5 qolla son: “Qarabağ” qış çempionudur

Ölkə futbolu2021-12-05 02:02

PSJ səfərdə xal itirdi

Dünya futbolu2021-12-05 01:56

“Barselona” uduzdu, “Real” qalib gəldi

Dünya futbolu2021-12-05 01:39

“Milan” qalib gəldi, “Roma” “İnter”ə, “Napoli” “Atalanta”ya uduzdu

Gündəm