Connect with us

Premyer-liqa

Aftandil Hacıyev: “Səbail”də olduğum müddətdə ən yaxşı oyunumuz idi”

-də paylaşıldı

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, “dənizçilər”in çalışdırıcısı 3:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çox sürətli və maraqlı oyun izlədik. Bəlkə də burada olduğum müddətdə ən yaxşı oyunumuz idi. Rəqibi nəzərə alsaq, belə bir nəticə qazanmaq asan deyil. Futbolçularımla fəxr edirəm. Matçdan öncə hamısına bildirmişdim ki, inanmaq lazımdır. Diqqətli oynayanda istənilən rəqibə qarşı mübarizə apara bilirik. Problemlər görünürdü. Heyətimizi formalaşdırmağa çalışırıq. Bu gün də sistemdə dəyişikliklər edirik. Qurban Qurbanovu təbrik edirəm. Ölkənin ən fəxr olunası mütəxəssisidir. İnanırıq ki, avrokuboklarda yeni tarix yazacaqlar.

Hər iki hissədə yaxşı çıxış etdik. Hesabın 3:1 olması əbəs deyil. Amma rahatlaşmaq olmaz. Bu, bizə problem yarada bilər. Növbəti oyunumuz “Sumqayıt”a qarşıdır. Bərpa üçün vaxtımız az olsa da, hazırlaşmalıyıq.

Rəqibin vurduğu qol epizodunda Kamran Ağayevin səhvi? Onun meydana qayıtması böyük hadisədir. Buraxdığı səhvlərə səbr etməyə çalışırıq. Çünki inamımız böyükdür. Təcrübəli qapıçıdır. Ondan çox şey gözləyirik. Gənclərə nümunə olmasını istəyirik. Klub üçün önəmli simadır. Buraxılan qola gəlincə, topu qapının üstündən atmaq istədi. Küləyin də təsiri oldu. Amma sevindirici haldır ki, bundan sonra sınmadı. Hər şey düşündüyümüz kimi alındı. Hesab 2:1 olanda həyəcan yaşadıq. Ümumi götürsək, Kamran bu gün ən yaxşı oyunlarından birini keçirdi.

Rahid Əmirquliyevin əvəzlənməsinə gəlincə, Abdullah Zubirin meydana çıxmasından sonra rəqibin hücumlarının kəsəri artdı. Düşündük ki, cinahda daha gümrah futbolçuya ehtiyac var. Ona görə də dəyişiklik etdik.

Qələbə hər zaman xoşdur. Heç vaxt özümü hansısa baş məşqçini məğlub etmiş mütəxəssis kimi qələmə vermək istəmərəm. Xüsusilə də Qurban müəllim üzərində. Onun qələbələri Azərbaycan futbolu üçün tarixdir.

Klubdakı maaş problemi həllini tapıb. Bunun qələbədə rolu ola bilər. Motivasiya baxımından önəmlidir. Sağ olsun rəhbərlik, çox gecikdirmədi, maaşları verdi. Bu, daimi gecikmə olmayacaq. Sadəcə, mövsümün əvvəlidir, sənədləşmələrdə problem yaşanır. Problem var idi. Amma bu, boykot deyildi. Rəhbərlik problemin həllini sürətləndirdi. Hər kəsin məvacibi ödənilib. Ümid edirik ki, növbəti aylarda olmaz. Bütün borcların ödənildiyini bilmirəm.

“Səbail”in də imkanlarının digər komandalarla eyni olmasını istərdik. Amma bu, bizdən asılı məsələ deyil. Buna rəhbərlik qərar verir. Mən heç vaxt həvəsdən düşmürəm. “Səbail”in Premyer Liqada mənə ilk qapı açan klub olduğunu nəzərə alsaq, buradan öz xoşumla getmək fikrində deyiləm. Bu klub mənim üçün çox doğmalaşıb. Çatışmazlıqlarımız var. Hücumçusuz oynayırıq. Rauf Əliyev oynasaydı, bəlkə də hücumda daha effektli ola bilərdik. Heyətimizin güclü olmasını, yuxarı yerlər uğrunda mübarizə aparmağı istərdik. Əlimizdən gələni edəcəyik. Ardıcıl 4 məğlubiyyətdən sonra aşkar autsayder olacağımızı düşünənlər oldu. Amma təslim olmayacağıq. Bu oyunun nəticəsinin ədalətli olduğunu düşünürəm. Oyunun içinə girsək, belə düşünmək olar. Düzdür, rəqib topa daha çox nəzarət etdi. Amma bizim epizodlarımız daha real idi. Təbii ki, buna sensasiya da demək olar. Çünki rəqibin heyətində bizim oyunçulardan qat-qat güclü futbolçular var. Sadəcə, bu gün daha yaxşı oynadıq”.

Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-12-09 01:56

Daha üç komanda ÇL-in 1/8 finalında: “Barselona” mübarizəni dayandırdı

Dünya futbolu2021-12-09 01:03

ÇL matçı güclü qara görə təxirə salındı

Ölkə futbolu2021-12-08 23:25

Patrik Andrade: “Bazel”i yaxşı analiz etmişik”

Ölkə futbolu2021-12-08 23:08

Qurban Qurbanov: “Yaxşı və layiqli oyun göstərmək istəyirik”

Ölkə futbolu2021-12-08 22:16

Azərbaycanda sabiq klub prezidenti vəfat etdi

Ölkə futbolu2021-12-08 21:46

Patrik Rahmen: “Qarabağ” bizimlə eyni səviyyədədir”

Müsahibə2021-12-08 21:18

“Diskvalifikasiya bitdiyinə görə çox xoşbəxtəm”

Ölkə futbolu2021-12-08 20:06

Azərbaycan təmsilçisinin UEFA Region Kubokundakı rəqibi bəlli oldu

Dünya futbolu2021-12-08 18:25

İtaliya millisinin sabiq üzvü A Seriyasında klub rəhbəri olur

Dünya futbolu2021-12-08 17:56

Hakimi tənqid etdiyi üçün cərimələndi – “Borussiya”nın futbolçusu

Ölkə futbolu2021-12-08 17:28

“Böyük ehtimalla fevralda meydanlara qayıda biləcəm”

I Divizion2021-12-08 17:00

Birinci Divizionda 12-ci turun oyun cədvəli bilindi

Digər2021-12-08 16:46

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-12-08 16:23

Zlatko Daliç daha 3 il Xorvatiya millisində!

Premyer-liqa2021-12-08 16:00

“Qəbələ” – “Neftçi” matçının vaxtı açıqlandı

Dünya futbolu2021-12-08 15:23

“Ayaks”ın futbolçusu Ronaldonun rekordunu təkrarladı

Milli komanda2021-12-08 14:57

Seçmə mərhələnin püşkü atıldı: Millimiz 2-ci qrupda

Milli komanda2021-12-08 14:33

Millimiz Türkiyə ilə bir qrupa düşdü

Ölkə kuboku2021-12-08 14:23

“Kəpəz” kubok oyununa Bakıda hazırlaşacaq

Dünya futbolu2021-12-08 13:37

İtaliya klubu baş məşqçisini qovdu

Dünya futbolu2021-12-08 13:12

“Barselona” ilə oyuna 3 itki ilə

Dünya futbolu2021-12-08 12:53

Fatih Terim xəstəxanadan evə buraxıldı

Dünya futbolu2021-12-08 12:19

“Tottenhem”in oyunları təxirə salına bilər – koronavirusa görə

Dünya futbolu2021-12-08 11:56

51-ci dəfə ölkə çempionu oldular

Dünya futbolu2021-12-08 11:38

“İnter”in türk futbolçusu ən yaxşı seçildi

Ölkə kuboku2021-12-08 11:05

Azərbaycan kuboku: 1/8 final rəqəmlərin gözü ilə

Dünya futbolu2021-12-08 10:54

“Bazel”in iki futbolçusu “Qarabağ”la oyunu buraxacaq

Milli komanda2021-12-08 10:39

Azərbaycan millisinin üzvü Qazaxıstan klubunda

Milli komanda2021-12-08 10:05

Azərbaycan milli komandası BƏƏ yığması ilə heç-heçə etdi

Dünya futbolu2021-12-08 09:31

Messi Peleni, Mbappe də Messini geridə qoydu

Dünya futbolu2021-12-08 09:00

La Liqa klubunda yeni baş məşqçi

Dünya futbolu2021-12-08 01:55

ÇL: “Atletiko” 1/8 finalda, “Milan” qrup sonuncusu oldu

Dünya futbolu2021-12-07 21:47

“Mançester Siti”nin tarixinə düşdü

Dünya futbolu2021-12-07 20:34

Terim xəstəxanaya yerləşdirildi

Dünya futbolu2021-12-07 18:32

“Çelsi”nin futbolçusunda koronavirus aşkarlandı

Ölkə futbolu2021-12-07 17:55

Qurban Qurbanov: “Hücum futbolu oynayacağıq”

Digər2021-12-07 17:22

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

I Divizion2021-12-07 17:00

“Qarabağ” və “Neftçi”dən heç-heçə, “Keşlə”dən qələbə

Ölkə futbolu2021-12-07 16:42

“Rəqibin “Mançester Yunayted” və ya “Qarabağ” olmasının fərqi yoxdur”

Milli komanda2021-12-07 16:19

“Millinin düşərgəsində olmaq özü bir məktəbdir”

Müsahibə2021-12-07 15:56

“Ümid edirəm ki, yığmaya dəvət alacam” – Nicat Mehbalıyev

Ölkə futbolu2021-12-07 15:00

“Neftçi”nin sabiq prezidentinə UEFA-dan növbəti təyinat

Ölkə futbolu2021-12-07 14:36

“Zirə”nin legioneri 4 aylıq sıradan çıxdı

Dünya futbolu2021-12-07 14:15

“Yuventus”un Kavani planı

Ölkə futbolu2021-12-07 13:22

“Bazel” – “Qarabağ” matçının hakimləri bəlli oldu

Dünya futbolu2021-12-07 12:49

Koronavirusa görə “Atletiko” ilə oyunu buraxacaq

Dünya futbolu2021-12-07 12:14

Premyer Liqa klubunda 1 aylıq müqavilə

Ölkə futbolu2021-12-07 11:51

“Qarabağ”ın səfər proqramı açıqlandı

Dünya futbolu2021-12-07 11:30

“Tottenhem”də koronavirusa kütləvi yoluxma

Milli komanda2021-12-07 11:09

Azərbaycan millisinin heyəti açıqlandı

Gündəm