Connect with us

Premyer-liqa

“Geri çəkilib, hesabı qorumaq çox təhlükəli olardı”

-də paylaşıldı

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Yaxşı, gərgin və maraqlı oyunun şahidi olduq. Matça üstünlüklə başladıq. Daha üstün, dominant futbol oynamağa çalışdıq. Əlimizə düşən fürsətlərdən istifadə elədik, vacib qollar vurduq. Rəqib də bəzi anlarda təhlükəli hücumlar qururdu. “Keşlə” fasilədən sonra sistem dəyişikliyi etdi, ikinci hissəyə fəal başlayacaqlarını gözləyirdik. Hesabda geridə idilər, hücumda çoxalacaqlarını bilirdik. İlk 10-15 dəqiqə də “Keşlə”nin üstünlüyü şəraitində keçdi. Amma daha sonra yenə öz oyunumuzu göstərdik, fərqi artırıb, oyunu bitirmək istədik. Düzdür, bu dəfə imkanlardan istifadə edə bilmədik. Amma komandamdan razıyam. Yaxşı oyunlarımızdan birini keçirdik. Artıq növbəti tura hazırlaşmalıyıq.

İstənilən oyunda gücü düzgün bölüşdürmək çox önəmlidir. Ərazi üstünlüyü bizdə idi. 90 dəqiqəni eyni tempdə çatdıra bilməzsən. Mən komandanın oyun zamanı tempi yavaş-yavaş artırmasının və ərazi üstünlüyünə yiyələnməsinin tərəfdarıyam. “Neftçi” ilə oyunda hesab 1:1 idi, 1 xal bəlkə də bizim üçün pis deyildi. Ancaq əksinə, sürəti artırmağa çalışdıq. Bu gün də hesaba baxmayaraq, eyni şəkildə oynadıq. “Keşlə”nin nə qədər təhlükəli komanda, güclü futbolçulara malik olduğunu bilirik. Son 4 turda yaxşı çıxış etmişdilər. Ötən turdakı məğlubiyyətə baxmayaraq, qol imkanları var idi. Bu komandaya qarşı geri çəkilib hesabı qorumaq çox təhlükəli olardı. Üstünlüyü inkişaf etdirmək mütləq idi. Düzdür, alınmadı. Amma ən azı düzgün futbol oynadıq, rəqibə ikinci hissənin ortalarından üstün futbol oynamağa, fərqi azaltmağa imkan vermədik”.

Gənc mütəxəssis növbəti turda üz-üzə gələcəkləri “Sabah”da Murad Musayevin baş məşqçi postuna təyin olunmasını rəqib üçün üstünlük hesab edib: “Məşqçi dəyişikliyi hər zaman komandaya əlavə effekt verir. Murad Musayevi yaxşı tanıyıram, təcrübəli məşqçidir. “Krasnodar”da U-19-lar Çempionlar Liqasında çıxış edəndə belə, bu komandanın çıxışını izləyirdim. O, əsas komandada çalışanda da izləyirdim. Düşünürəm ki, çempionatımıza rəng qatacaq. “Sabah” da yaxşı heyətə malikdir. Əvvəldən necə təhlükəli idisə, bundan sonra da o cür olacaq. Yəqin sabahkı oyuna da baxacağıq ki, baş məşqçi dəyişikliyindən sonra nə qədər dəyişiklik olduğunu görək. Və biz onlara qarşı nələr edə biləcəyik. Bunlar ehtimallardır. Amma heyəti də, məşqçinin oyun planını da oyun saatında dəqiq görəcəyik. Çünki “Sabah”a yeni gəlib. Nələr edəcəyini əvvəlcədən bilmək çox çətindir”.

Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-11-28 15:37

Nəbiyevli “Viktoriya” evdə məğlub oldu

Premyer-liqa2021-11-28 15:10

“Sumqayıt” “Zirə”yə qarşı: heyətlər – YENİLƏNİR

Dünya futbolu2021-11-28 15:00

Taffarel “Liverpul”da

Dünya futbolu2021-11-28 14:25

Meydana 9 futbolçu ilə çıxdılar, 6 nəfərlə qalınca oyun dayandı

Dünya futbolu2021-11-28 13:11

Klublararası dünya çempionatının daha bir iştirakçısı məlum oldu

Ölkə futbolu2021-11-28 12:33

UEFA “Qarabağ”la oyundakı insidentə görə “Omoniya”nı cərimələdi

Premyer-liqa2021-11-28 12:00

“Qəbələ” – “Qarabağ”: 63-cü duel

Milli komanda2021-11-28 11:10

U-16 millimiz yoxlama oyununda qələbə qazandı

Ölkə futbolu2021-11-28 10:52

İspan futbolçu Bakıda vurduğu qoldan danışdı

Dünya futbolu2021-11-28 10:07

“Beşiktaş”da Mert Günok şoku – mövsümü erkən başa vurdu

Dünya futbolu2021-11-28 09:31

Nazarovun komandası doğma meydanda uduzdu

Ölkə futbolu2021-11-28 09:00

Meydan sahiblərinin solğun qələbələri

Dünya futbolu2021-11-28 02:16

“Lill” yenə xal itkisi ilə üzləşdi

Dünya futbolu2021-11-28 02:05

“Barselona”dan inamlı qələbə

Dünya futbolu2021-11-28 01:44

“Yuventus” uduzdu, “İnter” inamlı qələbəyə sevindi

Dünya futbolu2021-11-27 23:59

“Bayern” və “Borussiya”dan qələbə

Dünya futbolu2021-11-27 23:36

“Liverpul”dan darmadağın, “Arsenal”dan qələbə

Dünya futbolu2021-11-27 22:03

“Beşiktaş” doğma meydanda darmadağına üzüldü

Premyer-liqa2021-11-27 21:20

“Neftçi”yə qələbə üçün bir qol bəs etdi – VİDEO

Premyer-liqa2021-11-27 20:57

Samir Abasov: “Bundan heç vaxt narahat olmamışam”

Premyer-liqa2021-11-27 20:41

Vüqar Məmməd “Neftçi”yə məğlubiyyəti şərh etdi

Premyer-liqa2021-11-27 20:10

“Neftçi” və “Sabah”dan çətin qələbə

Dünya futbolu2021-11-27 19:33

Millimizin hücumçusu Kiyev “Dinamo”suna qarşı 82 dəqiqə oynadı

Dünya futbolu2021-11-27 18:44

Əliyevin qolu “SKA-Xabarovsk”u məğlubiyyətdən xilas etmədi

Premyer-liqa2021-11-27 17:51

“Sabah” “Keşlə”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-11-27 17:34

Murad Musayev: “Onların meydanda qaçmamalarının səbəbkarı bizik”

Premyer-liqa2021-11-27 17:15

“Futbolçuların qaçmaması bizə problem yaratdı”

Dünya futbolu2021-11-27 16:44

Nani MLS klubundan ayrıldı

Digər2021-11-27 16:41

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-11-27 16:27

“Yuventus”un ofislərində araşdırmalar başladı

Dünya futbolu2021-11-27 15:46

Bundesliqa klubunda koronavirusa kütləvi yoluxma

Dünya futbolu2021-11-27 15:23

“Liverpul”un keçmiş futbolçusu karyerasını bitirdi

Dünya futbolu2021-11-27 14:51

Premyer Liqa klubunun baş məşqçisi koronavirusdan sağaldı

Milli komanda2021-11-27 13:54

Avropa çempionatının biletləri satışa çıxarıldı

Milli komanda2021-11-27 13:48

Azərbaycan – Ukrayna: Oyunların başlama saatı və keçiriləcəyi məkan bilindi

Ölkə futbolu2021-11-27 13:13

Konfrans Liqası: Medvedevlə Qarayev ən dəqiqlər arasında

Dünya futbolu2021-11-27 12:57

“Milan”dan baş məşqçi ilə yeni müqavilə

Dünya futbolu2021-11-27 11:19

“Legiya” fanatları “Lester Siti” ilə oyunda 12 polisi döyüb

Dünya futbolu2021-11-27 10:53

“Milan” hücumçusunu itirdi

Ölkə futbolu2021-11-27 10:50

AFFA-nın təyinat müəmmaları: Eyni komandalar! Eyni hakimlər! Eyni səhvlər?

Dünya futbolu2021-11-27 10:16

Ozan Candan məhsuldar ötürmə, “Telstar”dan heç-heçə

Dünya futbolu2021-11-27 09:55

Dadaşov “Şalke”də daha bir qol vurdu

Dünya futbolu2021-11-27 09:28

Abdullayev ehtiyatda qaldı, komandası ilk qələbəsinə sevindi

Dünya futbolu2021-11-27 09:00

Ələskərovlu “Bursaspor”dan növbəti məğlubiyyət

Dünya futbolu2021-11-27 02:16

“Lans” qələbəni əldən verdi

Dünya futbolu2021-11-27 02:04

Turun açılış matçında hərəyə 1 qol, 1 xal

Ölkə futbolu2021-11-27 01:51

“Ştutqart” “Maynts”ı məğlub yola saldı

Dünya futbolu2021-11-26 23:13

“Başakşəhər” evdə xal itirdi

Dünya futbolu2021-11-26 22:21

Avroliqada həftənin ən yaxşı oyunçusu bilindi

Dünya futbolu2021-11-26 21:46

Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu bəlli oldu

Gündəm