Connect with us

Ölkə futbolu

“Hər hərəkətimdə söyüş eşidirəmsə, axır-əvvəl partlayacağam”

-də paylaşıldı

“Neftçi”nin baş məşqçisi Samir Abasov klubun rəsmi televiziyasında azarkeşlərin suallarını cavablandırıb.

Futbolinfo.az xəbər verir ki, ötən tur “Qarabağ”a böyük hesabla (0:4) uduzmuş “ağ-qaralar”ın çalışdırıcısı buna görə ruhdan düşmədiklərini bəyan edib:

“Qarşıdakı oyuna hazırlaşırıq. Başqa çıxış yolumuz yoxdur. İşimizi peşəkarlıqla yerinə yetirməyə çalışırıq. Son oyun üzücü idi. İşimiz komandanı həmin stresdən çıxarmaqdır. Dünya dağılmayıb. Təzyiqlər udanda da, çempion olduqdan sonra da var idi. Komandanı bundan uzaq tutmağa çalışıram. Çünki hələ heç nə bitməyib. Yolumuza davam edirik. Depressiyaya girsək, onun altından çıxa bilməyəcəyik”.

Onun sözlərinə görə, “Qarabağ”la “Neftçi” arasında yerli futbolçular baxımından nəzərəçarpacaq fərqlər var: “Bu, həm keyfiyyət, həm də təcrübə baxımından özünü göstərir. Bunu aradan qaldırmağa çalışırıq. Çempionluqdan danışırıqsa, sabah bizim üçün göstərici “Qarabağ” kimi rəqiblərə qarşı oyunlar olacaq. Bu gün biz həmin tələblərə cavab vermirik. Bu, reallıqdır. Gənc futbolçularımızın səhv edə biləcəyini əvvəlcədən bilirik. “Qarabağ”ın bizi bu yöndə üstələdiyi göz qabağındadır”.

Abbasov həmin matçın start heyəti ilə bağlı səhvlərinin olduğunu etiraf edib: “Tyaqo Bezzerra start heyətdə meydana çıxmalı idi. Mirabdulla Abbasov meydana əvəzetmədən daxil olanda daha faydalı olur. Amma yerli oyunçu limitinə görə belə addım atdıq. Fiaskonu boynumuza alırıq. Lakin başqa cür oynaya bilməzdik. Heyətin tam formalaşması üçün vaxt lazımdır. Yerli futbolçularımız böyük oyunlarda təcrübə toplaya-toplaya inkişaf edəcəklər. Vəziyyətimiz faciəvi deyil. Doğru yoldayıq. Hazırkı komanda son illərin “Neftçi”sindən xeyli fərqlənir. Əvvəlki ruhumuz qayıdıb. Əhval-ruhiyyə əladır. Tənqiddən nəticə çıxaran futbolçularla işləyirik”.

Samir Abasov “Qarabağ”la oyunda rəqib azarkeşləri təhqir etdiyi üçün AFFA İntizam Komitəsinin ona 5 oyunluq cəza verməsinə də münasibət bildirib:

“Hər dediyim özümə haqq qazandırmaq kimi qəbul olunacaq. Azarkeşi söymüşəmsə və mənə bu cəzanı veriblərsə, haqlıdırlar. Özümü bəzarət altında saxlamalıyam. Amma həmin anda hisslərimi cilovlaya bilməzdim. Hər bir qurum öz işində diqqətli olmalıdır. Mən “CBC Sport”a müsahibə verərkən azarkeşlər qışqırıb nalayiq sözlər işlədirsə, əvvəlcə buna çarə qılmalısınız. Yaxud da “Azersun Arena”da yerli fanatları rəqib komandanın məşqçilər heyətinin yer aldığı texniki zonanın arxasında yerləşdirirlər. Onlar da oyun başlayandan dayanmadan bizi söyürlər. Hansı mentalitetə sahib olduğumuzu bilirsiniz. Nə qədər peşəkar olsan da, alınmır. Hətta Qurban Qurbanov kimi səbirli insan AEL-lə Kiprdəki avrokubok matçında az qala tribunaya qalxacaqdı”.

Abasovun sözlərinə görə, azarkeşlər səni söyürsə, mütləq cavabı olacaq: “Belə olanda da əziyyətini biz çəkirik. İstəyirsən, həmin azarkeşləri Qurban müəlimin arxasında otuzdur, qoy, nə deyirlərsə, desinlər. Hər hərəkətimdə söyüş eşidirəmsə, əlbəttə, axır-əvvəl partlayacağam”.

Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Premyer-liqa2021-11-29 02:52

“Qarabağ” “Qəbələ”yə qarşı – YENİLƏNİR

Dünya futbolu2021-11-29 02:38

PSJ 3 xalı 3 qolla qazandı

Dünya futbolu2021-11-29 02:14

“Atletiko” səfərdə, “Real” evdə qələbə qazandı

Dünya futbolu2021-11-29 01:51

“Napoli” qalib gəldi, “Milan” evdə uduzdu

Dünya futbolu2021-11-28 23:53

“Leyptsiq” “Bayer”ə doğma meydanda uduzdu

Dünya futbolu2021-11-28 23:24

Mahir “Legiya”nın qələbəsinə məhsuldar ötürmə ilə töhfə verdi

Dünya futbolu2021-11-28 22:58

“Çelsi”dən “Mançester Yunayted”lə heç-heçə

Dünya futbolu2021-11-28 22:39

“Qalatasaray” xal itirdi, “Trabzonspor” qalib gəldi

Dünya futbolu2021-11-28 21:47

“Qarabağ”ın rəqibindən inamlı qələbə

Dünya futbolu2021-11-28 20:34

“Qalatasaray”ın sabiq prezidenti vəfat etdi

Dünya futbolu2021-11-28 19:57

Premyer Liqa matçı qara görə təxirə salındı

Premyer-liqa2021-11-28 19:31

Sumqayıtda darmadağın – VİDEO

Premyer-liqa2021-11-28 18:54

“Güclənməyimizə ehtiyac var” – Ayxan Abbasov

Premyer-liqa2021-11-28 18:39

“Bu, öz işimizə hörmətsizlik olardı” – Rəşad Sadıqov

Dünya futbolu2021-11-28 18:25

Krivotsyuklu “Visla”dan çətin qələbə

Premyer-liqa2021-11-28 17:55

“Zirə” Sumqayıtda darmadağına sevindi

Dünya futbolu2021-11-28 17:24

İsgəndərli üçün 34 dəqiqə və 3 xal

Digər2021-11-28 17:00

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-11-28 16:38

Qurbanovun komandasından mövsümün son matçında heç-heçə

Dünya futbolu2021-11-28 15:37

Nəbiyevli “Viktoriya” evdə məğlub oldu

Dünya futbolu2021-11-28 15:00

Taffarel “Liverpul”da

Dünya futbolu2021-11-28 14:25

Meydana 9 futbolçu ilə çıxdılar, 6 nəfərlə qalınca oyun dayandı

Dünya futbolu2021-11-28 13:11

Klublararası dünya çempionatının daha bir iştirakçısı məlum oldu

Ölkə futbolu2021-11-28 12:33

UEFA “Qarabağ”la oyundakı insidentə görə “Omoniya”nı cərimələdi

Premyer-liqa2021-11-28 12:00

“Qəbələ” – “Qarabağ”: 63-cü duel

Milli komanda2021-11-28 11:10

U-16 millimiz yoxlama oyununda qələbə qazandı

Ölkə futbolu2021-11-28 10:52

İspan futbolçu Bakıda vurduğu qoldan danışdı

Dünya futbolu2021-11-28 10:07

“Beşiktaş”da Mert Günok şoku – mövsümü erkən başa vurdu

Dünya futbolu2021-11-28 09:31

Nazarovun komandası doğma meydanda uduzdu

Ölkə futbolu2021-11-28 09:00

Meydan sahiblərinin solğun qələbələri

Dünya futbolu2021-11-28 02:16

“Lill” yenə xal itkisi ilə üzləşdi

Dünya futbolu2021-11-28 02:05

“Barselona”dan inamlı qələbə

Dünya futbolu2021-11-28 01:44

“Yuventus” uduzdu, “İnter” inamlı qələbəyə sevindi

Dünya futbolu2021-11-27 23:59

“Bayern” və “Borussiya”dan qələbə

Dünya futbolu2021-11-27 23:36

“Liverpul”dan darmadağın, “Arsenal”dan qələbə

Dünya futbolu2021-11-27 22:03

“Beşiktaş” doğma meydanda darmadağına üzüldü

Premyer-liqa2021-11-27 21:20

“Neftçi”yə qələbə üçün bir qol bəs etdi – VİDEO

Premyer-liqa2021-11-27 20:57

Samir Abasov: “Bundan heç vaxt narahat olmamışam”

Premyer-liqa2021-11-27 20:41

Vüqar Məmməd “Neftçi”yə məğlubiyyəti şərh etdi

Premyer-liqa2021-11-27 20:10

“Neftçi” və “Sabah”dan çətin qələbə

Dünya futbolu2021-11-27 19:33

Millimizin hücumçusu Kiyev “Dinamo”suna qarşı 82 dəqiqə oynadı

Dünya futbolu2021-11-27 18:44

Əliyevin qolu “SKA-Xabarovsk”u məğlubiyyətdən xilas etmədi

Premyer-liqa2021-11-27 17:51

“Sabah” “Keşlə”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-11-27 17:34

Murad Musayev: “Onların meydanda qaçmamalarının səbəbkarı bizik”

Premyer-liqa2021-11-27 17:15

“Futbolçuların qaçmaması bizə problem yaratdı”

Dünya futbolu2021-11-27 16:44

Nani MLS klubundan ayrıldı

Digər2021-11-27 16:41

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-11-27 16:27

“Yuventus”un ofislərində araşdırmalar başladı

Dünya futbolu2021-11-27 15:46

Bundesliqa klubunda koronavirusa kütləvi yoluxma

Dünya futbolu2021-11-27 15:23

“Liverpul”un keçmiş futbolçusu karyerasını bitirdi

Gündəm