Connect with us

Ölkə futbolu

Qurban Qurbanov: “Futbolçularda arxayınlığın olmasını istəmirəm”

-də paylaşıldı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Konfrans Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Omoniya”ya (Kipr) qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bu il Bakıda sonuncu avrokubok oyunumuz olacaq. Qarşılaşmaya yaxşı hazırlaşmışıq. Futbolçuların istəyi və hazırlığı yaxşı səviyyədədir. Layiqli oyun göstərmək istəyirik. Sabah meydanda ən yaxşı oyunlarımızdan birini göstərməyə və nəticə qazanmağa çalışacağıq. Rəqib oyun sistemində bəzi dəyişikliklər edib. Meydanda daha diqqətli olmalıyıq. “Omoniya”nın sürətli hücumçuları var. Bunun üçün diqqətli olmalıyıq”.

Bizə hər oyun çox vacibdir. “Kayrat”la evdəki və səfərdəki matçlar vacib idi. Hər ikisində qalib gəldik. Sabahkı qarşılaşma da vacibdir. Futbolçularda arxayınlığın olmasını istəmirəm. Onlara hər matçda qalib gəlməyi və istəkli olmağı tapşırıram. Hər oyun kimi bu görüş də vacibdir. Amma “Bazel”lə İsveçrədəki qarşılaşma bundan da vacib olacaq. Hər oyunda diqqətli olmalıyıq. Mən və komanda “Omoniya” ilə qarşılaşmaya çox ciddi hazırlaşırıq.

Bütün oyunlarda cüzi də olsa, dəyişiklik olur. Amma öz sistemimizi qorumağa çalışırıq. Çox dəyişikliyi xoşlamıram. 1-2 dəyişiklik ola bilər. Komandanın daha da məsuliyyətli və diqqətili olmasını istəyirik.

Rəqibdən də böyüş dəyişiklər gözləmirəm. Oyunlarını təhlil edirik, hansı matçlarda neçə dəyişiklik etdiklərini bilirik. Həm çempionatda, həm də avrokuboklarda eyni sistemlə oynayırlar. Hücumda müəyyən dəyişikliklər edirlər. Onlar üçün də bu oyun vacibdir. Hücum planında sistemi dəyişiblər. Bu amil bizə problem yarada bilər. Buna hazırlıqlı olmalıyıq. Rəqibin bütün oyunçularını futbolçularımıza aşılamışıq”.

Qurbanov İsmayıl İbrahimlinin öz formasını bərpa etdiyini diqqətə çatdırıb: “Futbolçumuzun oyun praktikası çatmır. Onun yavaş-yavaş meydanda olmasını istəyirəm. Oyunun gedişatına baxacağıq. Düzgün dəyişiklik lazım olduğu anda İsmayılı meydana buraxmağı düşünürük”.

Baş məşqçi qış transfer dönəmində heyətə oyunçu ala biləcəklərini də gizlətməyib: “Futbolçu tapmasam, bu heyət yetərlidir. Oyunçulara həddindən artıq güvənirəm. Çox gözəl komandamız, istəkli futbolçularımız var. Bir neçə oyunçu ilə heyəti daha da yaxşılaşdırmaq istəyirəm. Həm hücum xəttinə, həm də mərkəzə minimum iki oyunçu götürmək niyyətindəyəm. Amma olmasa belə, əlimdəki heyət yetərlidir. Gənc oyunçularımız da var. Sadəcə, ehtiyatlı davranmaq üçün bunu istəyirəm. Bəzən zədə, cəza, pandemiya dönənmində düşünmədiyin xəstəliklər ola bilər. Yenə də komandamdan razıyam, istənilən matçda maksimum gücümüzlə mübarizə aparmaq gücündəyik”.

Mütəxəssis Ağdam təmsilçisinin fərqli turnirlərdə mübarizə apardığını bildirib: “Çətinlik çəkdiyimizi deyə bilmərəm. Futbolçuların təcrübəsi yetəri qədər artıb. Çempionatda az, avrokubokda isə çox azarkeş oyunları tribunadan izləyir. Buna köklənmək bir az çətindir. Futbolçu yorğun olsa, azarkeş ona motivasiya verir. Bəzən heyətdə 3-4 dəyişiklik edirik. Bəzən əvəzləmə sayı az olur, elə olub ki, 5 oyunçu meydana buraxmaq istəmişəm. Futbolçular bu rejimə öyrəşiblər. Bu ay bizim üçün çətin olmayacaq. Çünki milli komandanın oyunları yoxdur. Bu hissədə matçlara hazırlaşmaqda elə çətinliyimiz olmamalıdır. Baxmayaraq ki, futbolçular ilin sonunda evə getməyi fikirləşir. Mənim üçün çətin odur ki, futbolçular evi fikirləşməsinlər”.

O, Azərbaycan təmsilçilərinin Kiprdəki matçlarda təxribatla üzləşməsinə də toxunub: “Bela hallar futbolçuların mübarizəni daha da artırır. Azarkeşlərin çılğınlığı normaldır. Fransa çempionatında “Olimpik” (Lion) – “Marsel” oyununda da bu tip hadisələr yaşanıb. Bunlar normal hallardır. Təxribat isə fərqlidir. Bizə qarşı başqa təxribatlar olub. Belə hallar mənim futbolçularımı, əksinə daha motivasiyalı edib”.

Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Premyer-liqa2021-11-27 02:30

“Sabah” “Keşlə”yə, “Neftçi” “Səbail”ə qarşı – YENİLƏNİR

Dünya futbolu2021-11-27 02:16

“Lans” qələbəni əldən verdi

Dünya futbolu2021-11-27 02:04

Turun açılış matçında hərəyə 1 qol, 1 xal

Ölkə futbolu2021-11-27 01:51

“Ştutqart” “Maynts”ı məğlub yola saldı

Dünya futbolu2021-11-26 23:13

“Başakşəhər” evdə xal itirdi

Dünya futbolu2021-11-26 22:21

Avroliqada həftənin ən yaxşı oyunçusu bilindi

Dünya futbolu2021-11-26 21:46

Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu bəlli oldu

Dünya futbolu2021-11-26 20:38

Pley-off mərhələsinin püşkü atıldı, Türkiyə Portuqaliyaya rəqib oldu

Dünya futbolu2021-11-26 20:07

“PSJ bu oyunçularla Çempionlar Liqasını qazana bilməz”

Ölkə futbolu2021-11-26 18:11

“Qarabağ”la oyunda qol vurdu, tarixə düşdü

Ölkə futbolu2021-11-26 17:35

Bakıda vurulan qol həftənin ən yaxşısı seçildi

Dünya futbolu2021-11-26 17:19

“Yuventus”un zədəlisi sıraya döndü

Dünya futbolu2021-11-26 16:52

Almaniya klubundan Avropa Liqasında yeni rekord

Dünya futbolu2021-11-26 16:34

“Legiya” fanatları İngiltərədə aranı qarışdırdı

Ölkə futbolu2021-11-26 16:16

Bordin: “Neftçi”də hər kəs çempionluğa görə yerli futbolçulara təşəkkür etməlidir”

Digər2021-11-26 15:56

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Premyer-liqa2021-11-26 15:35

“Neftçi” – “Səbail” matçının biletləri satışda

Ölkə futbolu2021-11-26 15:17

Azərbaycanda klub rəsmisinə 6 aylıq cəza verildi

I Divizion2021-11-26 14:52

Hakimi təhqir edən futbolçuya 4 oyunluq cəza

Premyer-liqa2021-11-26 14:45

Azarkeşləri “Qarabağ”, “Neftçi” və “Sabah”ı ziyana saldı

Ölkə futbolu2021-11-26 14:28

“Qarabağ”ın Avropa nəhəngləri sırasında mövqeyi bəlli oldu

Ölkə futbolu2021-11-26 13:34

Sabiq futbolçusundan “Neftçi” ilə oyundan öncə “Səbail”ə dəstək

Dünya futbolu2021-11-26 13:08

“Barselona”nın futbolçusu üçün il bitdi

Dünya futbolu2021-11-26 12:46

Mahir Emreli baş məşqçisini qəzəbləndirib

Ölkə futbolu2021-11-26 12:20

“Qarabağ”ın Konfrans Liqasında 12 potensial rəqibi bəllidir

Dünya futbolu2021-11-26 11:54

KONMEBOL da səfər qolu qaydasını ləğv etdi

Premyer-liqa2021-11-26 11:36

“Qəbələ” – “Qarabağ” matçının hakimləri bəlli oldu

Dünya futbolu2021-11-26 11:23

“River Pleyt” 36-cı dəfə Argentina çempionu oldu

Ölkə futbolu2021-11-26 11:04

Uğursuz gün: “Qarabağ” zirvəni öz əlləriylə təhvil verdi

Dünya futbolu2021-11-26 10:57

Fatih Terim 6 oyunluq cəzalandı

Ölkə futbolu2021-11-26 10:47

Azərbaycan UEFA reytinqində mövqeyini qorudu

Ölkə futbolu2021-11-26 10:33

Bakıda vurulmuş qol həftənin ən yaxşısı adına namizəd oldu

Ölkə futbolu2021-11-26 10:18

“Çətin olacağını bilirdik” – “Omoniya”nın futbolçusu

Dünya futbolu2021-11-26 10:07

Avroliqada həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlandı

Dünya futbolu2021-11-26 09:57

Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu adına 4 namizəd

Ölkə futbolu2021-11-26 09:02

“Qarabağ” azarkeşlərindən anlamlı pankart

Dünya futbolu2021-11-26 02:18

Avroliqa: “Qalatasaray” pley-offda, “Fənərbaxça” “Olimpiakos”a uduzdu

Dünya futbolu2021-11-26 02:00

“Tottenhem” uduzdu, “Roma” darmadağına sevindi

Dünya futbolu2021-11-26 01:50

Mahir penaltidən yararlana bilmədi, “Legiya” yenə uduzdu

Milli komanda2021-11-26 01:39

“Bu, Azərbaycan millisinin taktikanı dəyişməsi ilə əlaqədardır”

Milli komanda2021-11-26 01:27

“Ardıcıl beş məğlubiyyət heç də yaxşı hal deyil”

Müsahibə2021-11-26 00:41

“Futbolçularıma iradım yoxdur” – Qurban Qurbanov

Ölkə futbolu2021-11-26 00:30

“Omoniya”nın futbolçusu: “Nəticə ədalətli oldu”

Ölkə futbolu2021-11-26 00:27

“Özümüzü şanslı sayıram” – Henninq Berq

Ölkə futbolu2021-11-25 23:38

“Qarabağ” “Omoniya” üzərində qələbəni son anda əldən verdi

Dünya futbolu2021-11-25 21:25

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu bəlli oldu

Milli komanda2021-11-25 20:55

Yığmamız Rusiyaya Bakıda da uduzdu

Dünya futbolu2021-11-25 19:11

Çempionlar Liqasında həftənin rəmzi komandası

Ölkə futbolu2021-11-25 18:31

“Kəpəz” baxışa çağırdığı legioneri bəyənmədi

Digər2021-11-25 18:14

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Gündəm