Bizi izləyin

Ölkə futbolu

Azərbaycanda klub rəsmisinə 6 aylıq cəza verildi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında keçirilən müxtəif turnirlərlə bağlı aşağıdakı qərarlar çıxarılıb:

Region Liqasının “İmişli” – “İsmayıllı” oyununda “İmişli”nin futbolçusu Nicat Fərəcli “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “İsmayıllı”nın diskvalifikasiya olunmuş 11 nömrəli futbolçusu Azad Salbuzov start heyətində matça çıxdığı üçün komandaya 0:3 hesablı məğlubiyyət verilib.

Region Liqasının “Davam” – “İrəvan” oyununda “Davam”ın futbolçusu Murad Məmmədxanov “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Region Liqasının “Mübariz” – İCBFA oyununda İCBFA komandasının futbolçusu Əziz Müzəffərli “kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Region Liqasının “Sədərək” – “Arpaçay” (Şərur) oyununda “Sədərək” komandasının futbolçusu Vəli İsmayılov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasının “Sabah” – “Keşlə” oyununda “Keşlə”nin futbolçusu Ravil İbadullayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasının İCBFA – “Neftçi” PFK oyununda “Neftçi”nin futbolçusu Uğur Hüseynov “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

U-14 Liqasının “White City” – “Səbail” oyununda matçın 9-cu dəqiqəsində “White City” komandasının futbolçusu Yusif İsgəndərov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-14 Liqasının UGİM (Astara) – “Azad” FK oyununda “Azad”ın baş məşqçisi Rüstəm Babayev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

U-14 Liqasının UGİM “Ulduz” (Mingəçevir) – Marxal (Şəki) oyununda “Marxal” adı protokolda qeyd olunmayan oyunçunu meydana daxil etdiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-14 Liqasının “Neftçi” İK İB – “Atletico Baku” oyununda “Atletico Baku”nun icraçı direktoru Xalid Hacıyev futbolçuların valideynlərini hakimlərə qarşı ədavətə və qəddarlığa vadar etdiyi üçün 6 aylıq yarışlardan kənarlaşdırılıb. Matç bitdikdən sonra “Atletico Baku”nun məşqçiləri Namiq Cəfərov və Sərraf Əhmədov hakimləri təhqir etdiyi üçün hər iki məşqçi 3 oyun cəzalanıb.

U-13 Liqasının “Təhsil” (Lənkəran) – “Qala 95” (Masallı) oyununda “Təhsil” təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. “Təhsil” (Lənkəran) komandası çempionatın təqvim oyununa üzrlü səbəb olmadan üçüncü dəfə gəlmədiyi üçün yarışdan xaric olunur. Komanda çempionatın oyunlarının 50%-ni keçirdiyi üçün bütün qalmış oyunlarda ona 0:3 hesabı ilə məğlubiyyət verilib.

U-13 Liqasının “Xırdalan” FK – “Sahil” FA oyununda “Sahil” FA komandası oyunçularının lisenziyalarını təqdim etmədiyi üçün oyun baş tutmayıb və bu komandaya 0:3 hesablı məğlubiyyət verilib.

U-12 Liqasının “Metak” – UGİM (Şabran) oyununda “Metak”ın baş məşqçisi Mehman Səfərov meydana daxil olaraq oyunun vaxtını ləngitməsinə və hakimi, AFFA rəsmilərini təhqir etməsinə görə 8 oyun cəzalanıb.

U-10 Liqasının “Ərkivan” (Masallı) – “Təhsil” (Lənkəran) oyununda “Təhsil” (Lənkəran) komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasının “Təhsil” (Lənkəran) – “Xəzər 92” oyununda “Təhsil” (Lənkəran) komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. “Təhsil” (Lənkəran) komandası çempionatın təqvim oyununa üzrlü səbəb olmadan üçüncü dəfə gəlmədiyi üçün yarışdan xaric olunub. Komanda çempionat oyunlarının 50%-ni keçirdiyi üçün bütün qalmış oyunlarda ona 0:3 hesabı ilə məğlubiyyət verilib.

U-10 Liqasının “Sumqayıt” FK – “Sumqayıtspor” FK oyununda “Sumqayıtspor” təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Yüksək Liqanın “Baku Fire” – “Alyans” FK oyununda “Alyans”ın futzalçısı Sajjad Amirteimour Bakhshayesh qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Yüksək Liqanın “Xilə” FK – “U 19” oyununda “Xilə”nin futzalçısı Tural Lətifov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Birinci Liqanın “Metropoliten” – “Paso” oyununda “Paso”nun futzalçısı Dərya Hümbətov “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Metropoliten”in futzalçısı Teymur Nəsibov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. “Metropoliten”in digər futzalçısı Sənani Əhmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Metropoliten”in daha bir futzalçısı – Rüfət Cəlilov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Birinci Liqanın ADBTİA – “Yasamal” İSK oyununda ADBTİA-nın futzalçısı Orxan Məmmədov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. “Yasamal”ın futzalçısı Mirəhməd Məmmədov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

Futzal üzrə Birinci Liqanın “Dəstə Ordubad” – “Forza Neftçi” oyununda “Dəstə Ordubad”ın futzalçısı Samir Əzimzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə İkinci Liqanın “Hövsan” – “Dalğa” oyununda “Dalğa”nın futzalçısı Yusif Zeynalzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə İkinci Liqanın “Borçalı” – “Xan Lənkəran” oyununda “Xan Lənkəran”ın futzalçısı Fərrux Əliyev oyunun 2-ci dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Borçalı”nın futzalçısı Elmir Tanrıverdiyev “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə İkinci Liqanın “Baker Tilly” – “Timsport” oyununda “Timsport”un futzalçısı Səbuhi Məmmədov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

Futzal üzrə İkinci Liqanın “Star Karqo 2” – “Advokat” oyununda “Star Karqo”nun futzalçısı Mahir Əliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. “Advokat”ın 9 nömrəli futzalçısı Nurəli Əsədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Yüksək Qızlar Liqasının “Keşlə” FK – “Xırdalan City” (Bakı) oyununda “Keşlə”nin futbolçusu Elvina Vəliyeva rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. “Keşlə”nin digər futbolçusu Umnisə Əliyeva qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Yüksək Qızlar Liqasının “Nuxa” (Şəki) – “Gömrükçü” FK (Bakı) oyununda “Nuxa”nın baş məşqçisi Məmməd Dadaşov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.

Reklam
Dünya futbolu2022-01-25 01:01

“Neftçi”nin futbolçusu Afrika Millətlər Kuboku ilə vidalaşdı

Dünya futbolu2022-01-24 22:32

Premyer Liqa klubu Ranyerini istefaya göndərdi

Ölkə futbolu2022-01-24 21:29

“Qəbələ”nin zədəlilərindən son xəbər

Ölkə futbolu2022-01-24 21:18

“Toplanışdan razı qaldım” – Elmar Baxşıyev

Ölkə futbolu2022-01-24 21:06

UEFA “Qarabağ”a maliyyə vəsaiti ayırdı

Ölkə futbolu2022-01-24 20:46

“Çatışmazlıqlar çoxdur” – Samir Abasov

Ölkə futbolu2022-01-24 20:00

“Neftçi”dən Polşa komandası üzərində qələbə – VİDEO

Ölkə futbolu2022-01-24 19:31

“Keşlə” Boyoviçlə vidalaşdığını təsdiqlədi

Digər2022-01-24 19:19

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Ölkə futbolu2022-01-24 19:00

“Zirə”dən “Breqalniça” ilə heç-heçə

Ölkə futbolu2022-01-24 18:33

“Qəbələ” “Bohemians”a uduzdu

Ölkə futbolu2022-01-24 18:24

“Neftçi” Antalyadakı son sınağından qalib ayrıldı

Ölkə futbolu2022-01-24 17:29

“Keşlə” ilə “Səbail”dən heç-heçə

Ölkə futbolu2022-01-24 16:43

Boyoviç evə qayıdır: “Sənan Qurbanovun qərarları ilə razı olmasam da…”

Ölkə futbolu2022-01-24 16:21

“Neftçi” ilə əla müqavilə imzaladığımı düşünürəm” – Brkiç

Ölkə futbolu2022-01-24 15:54

“Qarabağ”ın rəqibi dəyişdi

Dünya futbolu2022-01-24 15:27

“Bayern” “Barselona”nın futbolçusunu istəyir

Dünya futbolu2022-01-24 14:38

Premyer Liqa klubunda baş məşqçiylə yeni müqavilə

Ölkə futbolu2022-01-24 14:14

“Qarabağ” yenidən Respublika stadionunda oynayacaq

Ölkə futbolu2022-01-24 13:58

“Keşlə” legioneri ilə vidalaşdı

Ölkə futbolu2022-01-24 13:39

“Keşlə” sabah daha bir yoxlama oyunu keçirəcək

Ölkə futbolu2022-01-24 13:15

AFFA-nın növbəti Hesabat Konfransının gündəliyi açıqlandı

Dünya futbolu2022-01-24 12:57

“Napoli”dən Səudiyyə Ərəbistanı klubuna

Dünya futbolu2022-01-24 12:28

“Milan”da İbrahimoviç şoku

Milli komanda2022-01-24 11:59

Azərbaycan millisinə 25 futbolçu dəvət olundu

Dünya futbolu2022-01-24 11:26

Lionel Messidən antirekord

Dünya futbolu2022-01-24 11:01

Benzemaya bir gündə iki şok: həm zədələndi, həm qarət olundu

Milli komanda2022-01-24 10:44

“Hakimlər 2-3 həlledici məqamda səhv qərar verdilər”

Dünya futbolu2022-01-24 09:58

Ronaldoya yaraşmayan göstərici

Dünya futbolu2022-01-24 09:00

“Traktor”dan növbəti xal itkisi

Dünya futbolu2022-01-24 02:27

“Barselona”dan qələbə, “Real”dan xal itkisi

Dünya futbolu2022-01-24 02:09

“Yuventus”la “Milan”dan heç-heçə

Dünya futbolu2022-01-24 01:48

PSJ-dən darmadağın

Dünya futbolu2022-01-24 01:01

Afrika Millətlər Kuboku: Burkina Faso və Tunis 1/4 finalda

Dünya futbolu2022-01-23 23:36

“Bayern”dən darmadağın

Dünya futbolu2022-01-23 23:09

“Çelsi” “Tottenhem”ə qalib gəldi

Dünya futbolu2022-01-23 22:33

“Qalatasaray” “Trabzonspor”a da uduzdu

Dünya futbolu2022-01-23 21:28

Ələskərovun komandasına qar əngəli

Dünya futbolu2022-01-23 19:45

Premyer Liqa matçında qalmaqal: bir azarkeş həbs olundu

Ölkə futbolu2022-01-23 18:38

“Qəbələ”nin legioneri milliyə dəvət aldı

Digər2022-01-23 18:14

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2022-01-23 17:50

İsgəndərlinin komandasına qələbə üçün bir qol bəs etdi

Dünya futbolu2022-01-23 17:22

“Benfika”nın futbolçusu “Qalatasaray”da

Dünya futbolu2022-01-23 16:48

Eriksen “Ayaks”la məşqlərə başladı, Premyer Liqa klubu ilə müqavilə bağlayır

Dünya futbolu2022-01-23 15:18

“Borussiya”da Haland şoku

Dünya futbolu2022-01-23 14:52

“Atletik”in kapitanı koronavirusa yoluxdu

Dünya futbolu2022-01-23 14:00

“Atletiko”dan Slovakiya klubuna

Dünya futbolu2022-01-23 13:20

“Fənərbaxça”da ciddi itki

Dünya futbolu2022-01-23 12:35

Afrika Millətlər kubokunda 1/8 finala çıxan komandada koronavirus şoku

Dünya futbolu2022-01-23 11:29

Almaniya klubu iranlı hücumçu transfer etdi

Gündəm