Bizi izləyin

Ölkə futbolu

AFFA-nın təyinat müəmmaları: Eyni komandalar! Eyni hakimlər! Eyni səhvlər?

“Sabah” bu mövsüm Premyer Liqada hakim səhvlərindən əziyyət çəkən komandaların başında gəlir. Azı 4-5 oyun göstərmək olar ki, məhz referilərin qərarları üzündən paytaxt klubu xal itirib.

AFFA Hakimlər Komitəsi haqqı tapdandığı dəfələrlə sübut olunan, aşkar görünən və buna görə narazılığını bildirən klublara qarşı diqqətli olmağa borcludu. Səhv qərarların sıralanmaması, bir komandanın eyni səbəblərdən əziyyət çəkməməsi üçün onlara xüsusi yanaşma vacibdi. Amma futbol qurumundakılar sanki bilərəkdən, hətta meydan oxuyarcasına bunun əksini edir.

Məsələn, “Sabah” – “Keşlə” oyunu Rəşad Əhmədova tapşırılıb. Sözügedən referinin adı xoşagəlməz olaylarda məşhurlaşmayıb, normal idarəçilik edir, bəzən səhvləriylə də yadda qalır. Biz indiyədək bunları “səhv” adlandırmışıq, lakin bəzi olaylar üst-üstə düşüncə, seriala çevrildikcə şübhələr yaranır. Eyni adam eyni komandanın oyunlarına təyinat alırsa, səhvlər sıralanırsa, artıq burada başqa məqamlar axtarmalı oluruq.

Sanki AFFA da belə olmasında maraqlıdı. Bu gün Rəşad “Sabah” əleyhinə səhv etsə, kimsə fərqli düşünməyəcək, çünki o, sözügedən komandaların ilk dövrədəki matçına da təyinat alıb və “Keşlə”nin lehinə qərarları ilə yadda qalıb.

6-cı turdakı matçın 75-ci dəqiqəsində, “Keşlə” 1:0 hesabıyla üstün olarkən Elvin Camalova qarşı cərimə meydançası xətti üzərində kobudluğu, 87-ci dəqiqədə Aleksey İsayevin zərbəsindən sonra rəqib müdafiəçinin cərimə meydanı daxilində əllə oynamasına göz yuman Əhmədovun idarəçiliyi qərəzli görünmüşdü. Və “Keşlə” mövsümdəki ilk şübhəli qələbəsini qazanmışdı.

İlk turun “Səbail”lə ev matçında (0:1) “Sabah”ı azlıqda qoyan, bəzi müəmmalı qərarları ilə seçilən Əhmədov yenə hansısa planın icrası üçünmü göndərilir? Maraqlıdı ki, ötən 6 turda “Sabah”ın heç bir matçına təyinat almayan Rəşad yenə “Keşlə” ilə matçda peyda olub. Yoxsa “Sabah”ın məğlubiyyətsiz oyunlar seriyasını sıralaması kimlərinsə xoşuna gəlmir?

Premyer Liqanın oyunlarını 10-dan çox hakim idarə edir, lakin bu komandaların hər iki duelinə eyni adam göndərilir. Hakimlər Komitəsi təyinatları seçərkən bu kimi məqamlara diqqət etməlidi. Önyarqılı deyilik, matçın necə keçəcəyini, hakimin özünü necə aparacağına diqqət edəcək, ondan sonra qeydlərimizi yazacağıq. Amma seçimin məhz belə edilməsi heç də xeyirə əlamət deyil.

Hakimlər Komitəsinin daha bir oxşar səhvi “Sumqayıt” – “Zirə” oyunu ilə bağlıdı. Bu komandaların ilk dövrədəki oyununu da Rauf Cabbarov idarə etmişdi. Əcəba, niyə eyni komandaları matçına eyni referi təyinat alır? Özü də bu FIFA referisi “Zirə”nin digər komandalarla heç bir matçında iş başında olmayıb, “Sumqayıt”ı isə yalnız ilk turda görüb. Məgər bu iki rəqibin duelində görünmək üçün başqası yoxdu?

Turun daha bir maraqlı təyinatı Kamranbəy Rəhimovla bağlıdı. Bu gənc hakim cari mövsümdə debüt edir və mərkəzi matçda iş başında olacaq. İlk iki pilləni bölüşən “Qəbələ”ylə “Qarabağ”ın duelini təcrübəsiz hakimə tapşıranlar hansı ağılın sahibidi? Kimi dayandırmaq və bunu gənc referinin təcrübəsizliyi bəhanəsinə qurban vermək istəyirsiz, əziz AFFA rəsmiləri?

AĞA

P.S.: Yeri gəlmişkən, AFFA hakimlərin öz qərarlarını şərh edəcəklərini vəd etmişdi, turlar keçir, bütün müsahibələri görə bilmirik. Kimin gözündən pərdə asmaq istəyirdiz?

Arxiv

Dünya futbolu2022-01-20 02:46

“İnter”lə “Sassuolo” da 1/4 finalda!

Dünya futbolu2022-01-20 02:36

“Valensiya” və “Sevilya”dan heç-heçə

Dünya futbolu2022-01-20 02:27

“Borussiya” 1/8 finalda darmadağına üzüldü

Dünya futbolu2022-01-20 02:13

“Mançester Yunayted”lə “Tottenhem” səfərdə qələbə qazandı

Dünya futbolu2022-01-20 01:58

“Atletiko” kubokdan kənarlaşdırıldı

Dünya futbolu2022-01-20 01:07

Afrika Millətlər Kuboku: Misir və Nigeriya da növbəti mərhələdə

Dünya futbolu2022-01-20 00:04

Çempion 3 xalı 3 qolla qazandı

Dünya futbolu2022-01-19 23:41

“Trabzonspor” xal itirdi, “Başakşəhər” uduzdu

Dünya futbolu2022-01-19 23:15

Super Liqada daha bir matç qara görə təxirə salındı

Premyer-liqa2022-01-19 22:50

Premyer Liqada qış bazarlığı – YENİLƏNİR

Ölkə futbolu2022-01-19 22:29

“Sabah” belaruslu qapıçı transfer etdi

Ölkə futbolu2022-01-19 21:10

Bolqarıstan klubu “Neftçi” ilə oyundan imtina etdi

Dünya futbolu2022-01-19 20:52

Türkiyə millisinin üzvü ÇSKA-ya qalmaqalla keçdi

Ölkə futbolu2022-01-19 20:00

“Neftçi”nin Polşa klubu ilə heç-heçəsi – VİDEO

Ölkə futbolu2022-01-19 19:39

“Yenidən “Neftçi” ilə eyni meydanı bölüşmək əla hissdir”

Ölkə futbolu2022-01-19 19:00

“Sumqayıt” almanlara böyük hesabla uduzdu

Ölkə futbolu2022-01-19 18:41

“Bu mövqedə də özümü yaxşı tərəfdən göstərmək istəyirəm”

Digər2022-01-19 18:25

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Ölkə futbolu2022-01-19 18:00

“Neftçi” “Visla” üzərində qələbəni əldən verdi

Dünya futbolu2022-01-19 17:46

Lionel Messi sıraya döndü

Müsahibə2022-01-19 17:29

Panadero: “Başıma gələnlər nə birincidir, nə sonuncu”

Dünya futbolu2022-01-19 16:54

“Çelsi”nin sabiq hücumçusu Türkiyə klubunda

Dünya futbolu2022-01-19 16:35

Super Liqada 2 oyunun vaxtı dəyişdi – qara görə

Dünya futbolu2022-01-19 16:16

“Atletiko”da iki ciddi itki

Dünya futbolu2022-01-19 15:57

Çempionlar Liqası: Final oyununun biletləri satışa çıxarıldı

Dünya futbolu2022-01-19 15:38

Qadın referi qitə futbolunun tarixinə düşdü

Dünya futbolu2022-01-19 15:19

“Barselona”nın futbolçusu əməliyyat olunacaq

Dünya futbolu2022-01-19 14:54

“Roma”nın futbolçusu rəsmən “Aston Villa”da

Milli komanda2022-01-19 14:32

UEFA AÇ öncəsi millimizin heyətində dəyişikliyə icazə verdi

Milli komanda2022-01-19 14:17

Rafael Vilelanın testi neqativ çıxdı

Ölkə futbolu2022-01-19 13:33

“Keşlə” “Səbail”i bu qollarla məğlub etdi – VİDEO

Ölkə futbolu2022-01-19 13:12

Mamadu Kane: “Neftçi”yə qayıtmayacağam”

Ölkə futbolu2022-01-19 12:53

“Legiya” azarkeşlərinin Emreli ilə bağlı mövqeyi bilindi

Ölkə futbolu2022-01-19 12:31

Mamadu Kane “Neftçi”ni tərk edə bilər

Digər2022-01-19 12:26

Bığsız Əli Həsənovun media siyasəti

Dünya futbolu2022-01-19 11:51

Premyer Liqa klubunda müvəqqəti baş məşqçi

Dünya futbolu2022-01-19 11:30

“Qarabağ”ın sabiq hücumçusu Yunanıstan klubunda

Milli komanda2022-01-19 11:02

“Səhvlərimizi üzə çıxardıq” – Millimizin qapıçısı

Milli komanda2022-01-19 10:52

Bu gün Avropa çempionatına start veriləcək

Dünya futbolu2022-01-19 10:11

Rusiya klubundan La Liqaya

Dünya futbolu2022-01-19 09:30

Premyer Liqa klubunda yeni futbolçu

Dünya futbolu2022-01-19 09:00

“Qarabağ”ın rəqibi “Arsenal”ın futbolçusunu transfer etdi

Ölkə futbolu2022-01-19 02:25

“Betis”dən darmadağın

Dünya futbolu2022-01-19 02:06

“Çelsi” səfərdə xal itirdi

Dünya futbolu2022-01-19 01:57

“Yuventus”la “Latsio” 1/4 finalda!

Dünya futbolu2022-01-19 01:40

“Borussiya”nı 1/4 finala buraxmadılar

Dünya futbolu2022-01-19 01:27

Azərbaycan millisinin potensial rəqibi Uqandaya uduzdu

Dünya futbolu2022-01-19 01:00

Afrika Millətlər Kuboku: “Neftçi”nin futbolçusundan məhsuldar ötürmə

Dünya futbolu2022-01-19 00:10

“Beşiktaş” səfərdə, “Konyaspor” evdə qalib gəldi

Ölkə futbolu2022-01-18 22:27

“Sivasspor” Mahir Emrelinin transferi üçün “Legiya”ya təklif göndərdi

Gündəm