Bizi izləyin

Ölkə futbolu

Meydan sahiblərinin solğun qələbələri

Premyer Liqada 12-ci tur meydan sahiblərinin qələbəsi ilə başladı. Aşkar autsayderlərlə oyunlarda 3 xalı cibinə qoyan “Sabah”la “Neftçi”nun oyunu isə birmənalı qarşılanmadı. Hətta onların bəxtinin gətirdiyini də deyə bilərik.

“Sabah” ardıcıl 5-ci oyunda məğlub olmamaqla ən yaxşı dönəmini keçirir. Ramin Quliyevin istefasından sonra dirçələn paytaxt klubu yeni baş məşqçiylə yaxşı nəticələri sıralayır. İqor Ponomaryovun əvəzedici kimi qazandığı 2 qələbəyə Murad Musayev daha 7 xal əlavə edib. Lakin komandanın oyunu müzakirəyə açıqdı.

Dünən 12-ci dəqiqədə artıq hesab 2:0 idi. Əla hücum potensialını sərgiləyən “Sabah” “Keşlə”nin çaşqınlığından maksimum istifadə etdi, startdan tətbiq etdiyi pressinq futbolunun bəhrəsini gördü. Musayevin yetirmələri oyunda dominantlığı hissə boyunca əlində saxladı, hətta daha çox fərqlənmək imkanı qazandı. Lakin fasilədən sonra ssenari dəyişdi. “Sabah” sanki ritmdən düşdü, topa sahib ola bilmədi, nəticədə qonaqlar fərqi azaltdı. Murad bəy oyunu dəyişmək üçün heç nə edə bilmədi və qalan dəqiqələr meydan sahibləri üçün əzablı keçdi.

Düzdü, “Sabah” qələbə qazandı, lakin komandanın artıq neçənci dəfədi iki hissəni eyni səviyyədə keçirə bilməməsi suallar doğurur. “Keşlə” dünən hesabı bərabərləşdirmək üçün əldə etdiyi şansları boşa verməsəydi, indi fərqli nəticədən danışırdıq. Məğlubiyyətsiz seriya xoşdu, ancaq belə qeyri-sabit futbolla uzunömürlü olması mümkün deyil.

Elə “Keşlə” də eyni vəziyyətdədi. Bu komanda da sanki 45 dəqiqə normal futbol oynayır. “Sabah” hesabın verdiyi üstünlükdən arxayınlığa qərq olmuşdusa, Sənan Qurbanovun yetirmələri rəqibin imkan verdiyi qədər oynaya bilir. Baş məşqçinin oyundan sonra verdiyi açıqlamaya isə ancaq gülmək lazımdı. Sənan bəyin öz bacarığını şübhə altında qoyan sitatı belə idi: “İlk 45 dəqiqədə təəccübləndim, futbolçulara yaraşmayan ssenari var idi. İkinci hissədə ciddi tapşırıq verdik ki, sadəcə, qaçsınlar. Bir qol vursaq da, məğlubiyyətdən xilas ola bilmədik. Qaçmamaq bizə problem yaratdı. Çalışacağıq ki, səbəbini tapaq. Futbolçular pressinq edə, güclərini meydanda qoya bilmədilər. Deməzdim ki, qəsdən belə etdilər. Səbəbi mənə də müəmmalıdır. Buna videoanalizlərdən sonra qərar verəcəyik. “Keşlə”nin hazırkı durumu yalnız döyüşkənlik tələb edir. Meydanda can qoymaq lazımdır. Bu vəziyyətdən çıxmaq üçün yalnız palçıq qarışdırmalıyıq”.

Ancaq qaçmağı tapşıran məşqçini hələ də postunda saxlayan, onun komandanı xilas edəcəyinə inan rəhbərlik elə Qurbanovla işləməyə layiq adamlardı.

“Neftçi” ardıcıl 3 məğlubiyyətdən sonra özünə gəldi. Elə 3 oyunuq diskvalifikasiya edilən Samir Abasovun da cəzası bu tur bitdi. Amma qələbənin səbəbi baş məşqçinin skamyaya dönməsi deyildi. Ardıcıl 4 oyundu yenilən “Səbail” o qədər bərbad vəziyyətdədi ki, ona xal bağışlamaq gübah olardı. Özü oynamayan, rəqibi də oynamağa qoymayan bayıllılar yalnız müdafiə olunmağa çalışırdı, lakin bir dəfə səhv etdilər, bu da xalsız qalmaları ilə nəticələndi.

Qələbə “Neftçi”ni aldatmamalıdı, komanda çox pis futbol oynayır. Ola bilsin, uğursuzluğun səbəb olduğu psixoloji təzyiq komandaya təsir etmişdi. Komandanın böhrandan çıxıb-çıxmadığını “Səbail”lə oyun yox, növbəti matçlar göstərəcək.

Abasov mətbuat konfransında maraqlı açıqlamalar verdi, etiraflar etdi, onun tənqid edən rəhbərliyə haqq qazandırdı, yerli oyunçularla bağlı dediklərində özü özünü təkzib etdi. Şərh etməyəcəyik, zatən ona layiqli cavabı yeganə qolun müəllifi, GƏNC, YERLİ FUTBOLÇU Vüsal Əsgərov verdi.

FƏRİD

Dünya futbolu2022-01-25 01:01

“Neftçi”nin futbolçusu Afrika Millətlər Kuboku ilə vidalaşdı

Dünya futbolu2022-01-24 22:32

Premyer Liqa klubu Ranyerini istefaya göndərdi

Ölkə futbolu2022-01-24 21:29

“Qəbələ”nin zədəlilərindən son xəbər

Ölkə futbolu2022-01-24 21:18

“Toplanışdan razı qaldım” – Elmar Baxşıyev

Ölkə futbolu2022-01-24 21:06

UEFA “Qarabağ”a maliyyə vəsaiti ayırdı

Ölkə futbolu2022-01-24 20:46

“Çatışmazlıqlar çoxdur” – Samir Abasov

Ölkə futbolu2022-01-24 20:00

“Neftçi”dən Polşa komandası üzərində qələbə – VİDEO

Ölkə futbolu2022-01-24 19:31

“Keşlə” Boyoviçlə vidalaşdığını təsdiqlədi

Digər2022-01-24 19:19

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Ölkə futbolu2022-01-24 19:00

“Zirə”dən “Breqalniça” ilə heç-heçə

Ölkə futbolu2022-01-24 18:33

“Qəbələ” “Bohemians”a uduzdu

Ölkə futbolu2022-01-24 18:24

“Neftçi” Antalyadakı son sınağından qalib ayrıldı

Ölkə futbolu2022-01-24 17:29

“Keşlə” ilə “Səbail”dən heç-heçə

Ölkə futbolu2022-01-24 16:43

Boyoviç evə qayıdır: “Sənan Qurbanovun qərarları ilə razı olmasam da…”

Ölkə futbolu2022-01-24 16:21

“Neftçi” ilə əla müqavilə imzaladığımı düşünürəm” – Brkiç

Ölkə futbolu2022-01-24 15:54

“Qarabağ”ın rəqibi dəyişdi

Dünya futbolu2022-01-24 15:27

“Bayern” “Barselona”nın futbolçusunu istəyir

Dünya futbolu2022-01-24 14:38

Premyer Liqa klubunda baş məşqçiylə yeni müqavilə

Ölkə futbolu2022-01-24 14:14

“Qarabağ” yenidən Respublika stadionunda oynayacaq

Ölkə futbolu2022-01-24 13:58

“Keşlə” legioneri ilə vidalaşdı

Ölkə futbolu2022-01-24 13:39

“Keşlə” sabah daha bir yoxlama oyunu keçirəcək

Ölkə futbolu2022-01-24 13:15

AFFA-nın növbəti Hesabat Konfransının gündəliyi açıqlandı

Dünya futbolu2022-01-24 12:57

“Napoli”dən Səudiyyə Ərəbistanı klubuna

Dünya futbolu2022-01-24 12:28

“Milan”da İbrahimoviç şoku

Milli komanda2022-01-24 11:59

Azərbaycan millisinə 25 futbolçu dəvət olundu

Dünya futbolu2022-01-24 11:26

Lionel Messidən antirekord

Dünya futbolu2022-01-24 11:01

Benzemaya bir gündə iki şok: həm zədələndi, həm qarət olundu

Milli komanda2022-01-24 10:44

“Hakimlər 2-3 həlledici məqamda səhv qərar verdilər”

Dünya futbolu2022-01-24 09:58

Ronaldoya yaraşmayan göstərici

Dünya futbolu2022-01-24 09:00

“Traktor”dan növbəti xal itkisi

Dünya futbolu2022-01-24 02:27

“Barselona”dan qələbə, “Real”dan xal itkisi

Dünya futbolu2022-01-24 02:09

“Yuventus”la “Milan”dan heç-heçə

Dünya futbolu2022-01-24 01:48

PSJ-dən darmadağın

Dünya futbolu2022-01-24 01:01

Afrika Millətlər Kuboku: Burkina Faso və Tunis 1/4 finalda

Dünya futbolu2022-01-23 23:36

“Bayern”dən darmadağın

Dünya futbolu2022-01-23 23:09

“Çelsi” “Tottenhem”ə qalib gəldi

Dünya futbolu2022-01-23 22:33

“Qalatasaray” “Trabzonspor”a da uduzdu

Dünya futbolu2022-01-23 21:28

Ələskərovun komandasına qar əngəli

Dünya futbolu2022-01-23 19:45

Premyer Liqa matçında qalmaqal: bir azarkeş həbs olundu

Ölkə futbolu2022-01-23 18:38

“Qəbələ”nin legioneri milliyə dəvət aldı

Digər2022-01-23 18:14

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2022-01-23 17:50

İsgəndərlinin komandasına qələbə üçün bir qol bəs etdi

Dünya futbolu2022-01-23 17:22

“Benfika”nın futbolçusu “Qalatasaray”da

Dünya futbolu2022-01-23 16:48

Eriksen “Ayaks”la məşqlərə başladı, Premyer Liqa klubu ilə müqavilə bağlayır

Dünya futbolu2022-01-23 15:18

“Borussiya”da Haland şoku

Dünya futbolu2022-01-23 14:52

“Atletik”in kapitanı koronavirusa yoluxdu

Dünya futbolu2022-01-23 14:00

“Atletiko”dan Slovakiya klubuna

Dünya futbolu2022-01-23 13:20

“Fənərbaxça”da ciddi itki

Dünya futbolu2022-01-23 12:35

Afrika Millətlər kubokunda 1/8 finala çıxan komandada koronavirus şoku

Dünya futbolu2022-01-23 11:29

Almaniya klubu iranlı hücumçu transfer etdi

Gündəm