Bizi izləyin

Premyer-liqa

“Güclənməyimizə ehtiyac var” – Ayxan Abbasov

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 0:3 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Son zamanlar yaxşı formada olan iddialı komandaya qarşı oynayacağımızı bilirdik. Biz isə itkilərlə meydana çıxmışdıq. Kombinasiyalarımızı sona çatdıra bilmədik. Belə vəziyyətlərdə də futbolçular ruhdan düşsə, hər şey bitmiş olar. Bu oyun futbolçularımızın bunu dərk etdiklərini göstərdi. Heç nədən gileylənmirəm. Baş məşqçi hər durumdan çıxmalıdır, biz də çıxacağımıza inanırıq.

Hər zaman səmimiliyi, düzgünlüyü sevmişəm. Heç nədən çəkinmədən sözümü demişəm. Bura böyük ümidlərlə gəlmişəm, yenə ümidliyəm. Bura gələndə elə fikirlər formalaşmışdı ki, “Sumqayıt” legioner almasa, avrokuboklara vəsiqə qazana bilməz. 6 oyunluq məğlubiyyət seriyasına rəğmən, ruhdan düşmədik, ardıcıl iki mövsüm avrokuboklara yüksəldik. Heyətimizi xeyli futbolçu tərk etsə də, cəmi 2 futbolçu transfer etdik. Həmin heyətlə bürünc medal qazandıq. Getmək barədə onu demək istəyirəm ki, yuxarı pillədə qalmaq üçün əlimizdən gələni etmişik. Amma güclənmək lazımdır. Konfrans Liqasında çıxış edəndə yeni futbolçu gətirməkdə çətinlik çəkirdik, öz oyunçularımıza isə dəvətlər var idi. Çempionata çox yaxşı başlamışdıq. Amma 2 turdan sonra milli komandalara dəvətlər gəldi, 10 futbolçu bizimlə olmadı. Millinin bütün məğlubiyyətlərində “Sumqayıt” gündəmə gəlirdi. Hazırda müqaviləm var, getmək fikrim yoxdur. Rəhbərlik nə vaxt işimdən narazı olduğunu desə, getməkdə problem yoxdur. Bu gün təslim olmaq istəmirəm, amma gələcək üçün güclənmək istəyiriksə, hansısa addımlar atmalıyıq. Bu yöndə işimiz davam edəcək. İkinci hissədə komandamın çıxışı mənə inam verdi”.

Abbasovun fikrincə, Murad Xaçayev və Elvin Bədəlovun uzunmüddətli zədələri, cəzalıların olması çıxışlarına təsirsiz ötüşməyib. O, hələ rəhbərliklə görüşlərinin olmadığını, amma yaxın vaxtlarda oturub danışacaqlarını söyləyib: “Hələ heç nə bitməyib. Qarşıdan kubok oyunları və qış fasiləsi gəlir. Güclənməyimizə ehtiyac var. Beşli müdafiə sistemini bir neçə klubumuz oynayır. Hər bir baş məşqçi bu sistemdən öz komandasına uyğun yararlanır. Belə taktika ilə iki dəfə avrokuboklara yüksəlmişik. Gələcəkdə cinah müdafiəçilərimiz yaxşı oynasalar, 4 müdafiəçili sistemə keçə bilərik”.

Mütəxəssis gənc futbolçulara yetərincə şans verdiklərini, onların oynadıqca artırmalarının gərəkliyini dilə gətirib: “Bu gün bir çox bəhanələr gətirə bilərik. Rüfət və Səbuhi Abdullazadələrdən çox şey gözləyirik. Süleyman Əliyevi də bu siyahıya əlavə edə bilərəm. Heç bir baş məşqçi özünün düşməni deyil. Məsuliyyət həmin gənc futbolçuların üzərinə düşür. Sabah gənc futbolçu limiti götürülsə, rəqabətə davam gətirməlidirlər. Ona görə də indidən artırmalıdırlar”.

Reklam
Dünya futbolu2022-01-25 01:01

“Neftçi”nin futbolçusu Afrika Millətlər Kuboku ilə vidalaşdı

Dünya futbolu2022-01-24 22:32

Premyer Liqa klubu Ranyerini istefaya göndərdi

Ölkə futbolu2022-01-24 21:29

“Qəbələ”nin zədəlilərindən son xəbər

Ölkə futbolu2022-01-24 21:18

“Toplanışdan razı qaldım” – Elmar Baxşıyev

Ölkə futbolu2022-01-24 21:06

UEFA “Qarabağ”a maliyyə vəsaiti ayırdı

Ölkə futbolu2022-01-24 20:46

“Çatışmazlıqlar çoxdur” – Samir Abasov

Ölkə futbolu2022-01-24 20:00

“Neftçi”dən Polşa komandası üzərində qələbə – VİDEO

Ölkə futbolu2022-01-24 19:31

“Keşlə” Boyoviçlə vidalaşdığını təsdiqlədi

Digər2022-01-24 19:19

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Ölkə futbolu2022-01-24 19:00

“Zirə”dən “Breqalniça” ilə heç-heçə

Ölkə futbolu2022-01-24 18:33

“Qəbələ” “Bohemians”a uduzdu

Ölkə futbolu2022-01-24 18:24

“Neftçi” Antalyadakı son sınağından qalib ayrıldı

Ölkə futbolu2022-01-24 17:29

“Keşlə” ilə “Səbail”dən heç-heçə

Ölkə futbolu2022-01-24 16:43

Boyoviç evə qayıdır: “Sənan Qurbanovun qərarları ilə razı olmasam da…”

Ölkə futbolu2022-01-24 16:21

“Neftçi” ilə əla müqavilə imzaladığımı düşünürəm” – Brkiç

Ölkə futbolu2022-01-24 15:54

“Qarabağ”ın rəqibi dəyişdi

Dünya futbolu2022-01-24 15:27

“Bayern” “Barselona”nın futbolçusunu istəyir

Dünya futbolu2022-01-24 14:38

Premyer Liqa klubunda baş məşqçiylə yeni müqavilə

Ölkə futbolu2022-01-24 14:14

“Qarabağ” yenidən Respublika stadionunda oynayacaq

Ölkə futbolu2022-01-24 13:58

“Keşlə” legioneri ilə vidalaşdı

Ölkə futbolu2022-01-24 13:39

“Keşlə” sabah daha bir yoxlama oyunu keçirəcək

Ölkə futbolu2022-01-24 13:15

AFFA-nın növbəti Hesabat Konfransının gündəliyi açıqlandı

Dünya futbolu2022-01-24 12:57

“Napoli”dən Səudiyyə Ərəbistanı klubuna

Dünya futbolu2022-01-24 12:28

“Milan”da İbrahimoviç şoku

Milli komanda2022-01-24 11:59

Azərbaycan millisinə 25 futbolçu dəvət olundu

Dünya futbolu2022-01-24 11:26

Lionel Messidən antirekord

Dünya futbolu2022-01-24 11:01

Benzemaya bir gündə iki şok: həm zədələndi, həm qarət olundu

Milli komanda2022-01-24 10:44

“Hakimlər 2-3 həlledici məqamda səhv qərar verdilər”

Dünya futbolu2022-01-24 09:58

Ronaldoya yaraşmayan göstərici

Dünya futbolu2022-01-24 09:00

“Traktor”dan növbəti xal itkisi

Dünya futbolu2022-01-24 02:27

“Barselona”dan qələbə, “Real”dan xal itkisi

Dünya futbolu2022-01-24 02:09

“Yuventus”la “Milan”dan heç-heçə

Dünya futbolu2022-01-24 01:48

PSJ-dən darmadağın

Dünya futbolu2022-01-24 01:01

Afrika Millətlər Kuboku: Burkina Faso və Tunis 1/4 finalda

Dünya futbolu2022-01-23 23:36

“Bayern”dən darmadağın

Dünya futbolu2022-01-23 23:09

“Çelsi” “Tottenhem”ə qalib gəldi

Dünya futbolu2022-01-23 22:33

“Qalatasaray” “Trabzonspor”a da uduzdu

Dünya futbolu2022-01-23 21:28

Ələskərovun komandasına qar əngəli

Dünya futbolu2022-01-23 19:45

Premyer Liqa matçında qalmaqal: bir azarkeş həbs olundu

Ölkə futbolu2022-01-23 18:38

“Qəbələ”nin legioneri milliyə dəvət aldı

Digər2022-01-23 18:14

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2022-01-23 17:50

İsgəndərlinin komandasına qələbə üçün bir qol bəs etdi

Dünya futbolu2022-01-23 17:22

“Benfika”nın futbolçusu “Qalatasaray”da

Dünya futbolu2022-01-23 16:48

Eriksen “Ayaks”la məşqlərə başladı, Premyer Liqa klubu ilə müqavilə bağlayır

Dünya futbolu2022-01-23 15:18

“Borussiya”da Haland şoku

Dünya futbolu2022-01-23 14:52

“Atletik”in kapitanı koronavirusa yoluxdu

Dünya futbolu2022-01-23 14:00

“Atletiko”dan Slovakiya klubuna

Dünya futbolu2022-01-23 13:20

“Fənərbaxça”da ciddi itki

Dünya futbolu2022-01-23 12:35

Afrika Millətlər kubokunda 1/8 finala çıxan komandada koronavirus şoku

Dünya futbolu2022-01-23 11:29

Almaniya klubu iranlı hücumçu transfer etdi

Gündəm