Bizi izləyin

Ölkə futbolu

“Qəbələ” “Qarabağ”ın seriyasını qırdı, xal fərqini qorudu

“Qəbələ” növbəti tur qarşılaşacağı “Zirə”ni “Qarabağ”dan önə keçirdi. Dünən Premyer Liqanın 12-ci turunun son matçında hesab açılmayınca ağdamlıların seriyası qırıldı, qəsəbə təmsilçisi bütün qarşılaşmalarda qol vuran yeganə kollektivə çevrildi. Bu həftə bölgə təmsilçisi “Zirə”nin də seriyasını qırmağa çalışacaq.

Dekabrın 5-də “Qəbələ”nin “Zirə”ylə “şəxsi haqq-hesabı” da olacaq. 2-ci pilləyə şərik olan bu komandalar qış fasiləsinə daha yaxşı durumda yollanmaq üçün əyani dueldə üz-üzə gələcək. Hələliksə “qırmızı-qaralar” “Qarabağ”ı büdrətməyi bacardı, 14-cü turda “Zirə” də bunu edə bilsə, zirvədə mübarizə qızışacaq.

Turun bağlanış matçı mərkəzi oyuna layiq ssenariylə keçdi. Hər iki komanda nahaq yerə zirvədə olmadıqlarını sərgilədiyi futbolla isbatladı. Baxımlı oyun, əla mübarizə, qol epizodları, mübahisəli anlar – gözəl hava şəraitinin müşaiyət etdiyi matçda hər şey var idi. Bəlkə də qollar oyunu bir az da gözəlləşdirərdi, lakin çoxsaylı cəhdlər fayda vermədi.

“Qarabağ” oyuna ciddi yanaşmışdı. Avrokubok matçından sonra Qurban Qurbanovun aparıcı oyunçulara istirahət verəcəyi gözlənilsə də, baş məşqçi əsas heyətin əksər üzvlərini meydana buraxmaqla həm rəqibə hörmətini, həm də çempionata barmaqarası yanaşmadığını göstərdi. Ağdamlılar qışa kimi maksimum xal toplamaq, izləyicilərindən uzaqlaşmaq istəyir. Lakin dinamik futbol oynayan “Qəbələ” onsuz da yorğun olan qonaqları yaxşıca tərlətdi.

“Qəbələ” heyət sıxıntısına rəğmən, rəqibə layiqli müqavimət göstərdi. Hətta oyunun müəyyən bölümündə meydan sahibləri daha üstün təsir bağışladı. Bununla belə, oyunun ədalətli nəticəsi bərabərlik idi və yekun belə alındı. Komandalar hərəsi bir xal qazandı, amma əsas rəqiblərlə mübarizədə həm də iki xal itirdilər.

Qış fasiləsi ərəfəsində turnir cədvəlində maraqlı vəziyyət yaranıb. İlk “dördük” digərlərindən əhəmiyyətli dərəcədə uzaqlaşıb. Düzdü, üçxallıq sistemdə ardıcıl 2 matçda uğursuzluq hər şeyi dəyişə bilir. Amma dünənki matç da göstərdi ki, zirvədəkilər hər xal üçün döyüşür, ardıcıl xal itkiləri olmayacaq, belə ssenariyə hazırdılar. “Zirə”nin son iki turda “Qəbələ” və “Qarabağ”la oyunları çox maraqlı olacaq, bu qarşılaşmalar liderlər qrupunun formalaşmasına birbaşa təsir edəcək. Ən ağır təqvim isə “Qəbələ”nindi. Belə ki, dünən “Qarabağ”a uduzmayan Elmar Baxşıyevin yetirmələri Zirə səfərindən sonra “dördlük”dəki digər komandanı – “Neftçi”ni qəbul edəcək.

Göründüyü kimi, liderlər qrupunda gərgin matçlar sıralanır. “Sabah”ın bu fürsətdən yararlanması mümkündü. Uğurlu çıxış sayəsində 5-ci pilləyə qalxan paytaxt komandası xal itkisi qaçılmaz olan liderlərin büdrəməsindən yararlanaraq, fərqi azalda bilər. Belədə mövsümün ikinci yarısına daha yüksək əhval-ruhiyyədə hazırlaşmaq olar. Amma iş ondadı ki, Murad Musayevin yetirmələrini növbəti turda “Qarabağ”a qarşı oyun gözləyir. Suraxanıda məğlubiyyət ümidlərə zərbə vuracaq, əksi reallaşsa, komanda mövsümün qalan hissəsi üçün daha da motivasiyalı olacaq.

FƏRİD

Arxiv

Dünya futbolu2022-01-20 02:46

“İnter”lə “Sassuolo” da 1/4 finalda!

Dünya futbolu2022-01-20 02:36

“Valensiya” və “Sevilya”dan heç-heçə

Dünya futbolu2022-01-20 02:27

“Borussiya” 1/8 finalda darmadağına üzüldü

Dünya futbolu2022-01-20 02:13

“Mançester Yunayted”lə “Tottenhem” səfərdə qələbə qazandı

Dünya futbolu2022-01-20 01:58

“Atletiko” kubokdan kənarlaşdırıldı

Dünya futbolu2022-01-20 01:07

Afrika Millətlər Kuboku: Misir və Nigeriya da növbəti mərhələdə

Dünya futbolu2022-01-20 00:04

Çempion 3 xalı 3 qolla qazandı

Dünya futbolu2022-01-19 23:41

“Trabzonspor” xal itirdi, “Başakşəhər” uduzdu

Dünya futbolu2022-01-19 23:15

Super Liqada daha bir matç qara görə təxirə salındı

Premyer-liqa2022-01-19 22:50

Premyer Liqada qış bazarlığı – YENİLƏNİR

Ölkə futbolu2022-01-19 22:29

“Sabah” belaruslu qapıçı transfer etdi

Ölkə futbolu2022-01-19 21:10

Bolqarıstan klubu “Neftçi” ilə oyundan imtina etdi

Dünya futbolu2022-01-19 20:52

Türkiyə millisinin üzvü ÇSKA-ya qalmaqalla keçdi

Ölkə futbolu2022-01-19 20:00

“Neftçi”nin Polşa klubu ilə heç-heçəsi – VİDEO

Ölkə futbolu2022-01-19 19:39

“Yenidən “Neftçi” ilə eyni meydanı bölüşmək əla hissdir”

Ölkə futbolu2022-01-19 19:00

“Sumqayıt” almanlara böyük hesabla uduzdu

Ölkə futbolu2022-01-19 18:41

“Bu mövqedə də özümü yaxşı tərəfdən göstərmək istəyirəm”

Digər2022-01-19 18:25

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Ölkə futbolu2022-01-19 18:00

“Neftçi” “Visla” üzərində qələbəni əldən verdi

Dünya futbolu2022-01-19 17:46

Lionel Messi sıraya döndü

Müsahibə2022-01-19 17:29

Panadero: “Başıma gələnlər nə birincidir, nə sonuncu”

Dünya futbolu2022-01-19 16:54

“Çelsi”nin sabiq hücumçusu Türkiyə klubunda

Dünya futbolu2022-01-19 16:35

Super Liqada 2 oyunun vaxtı dəyişdi – qara görə

Dünya futbolu2022-01-19 16:16

“Atletiko”da iki ciddi itki

Dünya futbolu2022-01-19 15:57

Çempionlar Liqası: Final oyununun biletləri satışa çıxarıldı

Dünya futbolu2022-01-19 15:38

Qadın referi qitə futbolunun tarixinə düşdü

Dünya futbolu2022-01-19 15:19

“Barselona”nın futbolçusu əməliyyat olunacaq

Dünya futbolu2022-01-19 14:54

“Roma”nın futbolçusu rəsmən “Aston Villa”da

Milli komanda2022-01-19 14:32

UEFA AÇ öncəsi millimizin heyətində dəyişikliyə icazə verdi

Milli komanda2022-01-19 14:17

Rafael Vilelanın testi neqativ çıxdı

Ölkə futbolu2022-01-19 13:33

“Keşlə” “Səbail”i bu qollarla məğlub etdi – VİDEO

Ölkə futbolu2022-01-19 13:12

Mamadu Kane: “Neftçi”yə qayıtmayacağam”

Ölkə futbolu2022-01-19 12:53

“Legiya” azarkeşlərinin Emreli ilə bağlı mövqeyi bilindi

Ölkə futbolu2022-01-19 12:31

Mamadu Kane “Neftçi”ni tərk edə bilər

Digər2022-01-19 12:26

Bığsız Əli Həsənovun media siyasəti

Dünya futbolu2022-01-19 11:51

Premyer Liqa klubunda müvəqqəti baş məşqçi

Dünya futbolu2022-01-19 11:30

“Qarabağ”ın sabiq hücumçusu Yunanıstan klubunda

Milli komanda2022-01-19 11:02

“Səhvlərimizi üzə çıxardıq” – Millimizin qapıçısı

Milli komanda2022-01-19 10:52

Bu gün Avropa çempionatına start veriləcək

Dünya futbolu2022-01-19 10:11

Rusiya klubundan La Liqaya

Dünya futbolu2022-01-19 09:30

Premyer Liqa klubunda yeni futbolçu

Dünya futbolu2022-01-19 09:00

“Qarabağ”ın rəqibi “Arsenal”ın futbolçusunu transfer etdi

Ölkə futbolu2022-01-19 02:25

“Betis”dən darmadağın

Dünya futbolu2022-01-19 02:06

“Çelsi” səfərdə xal itirdi

Dünya futbolu2022-01-19 01:57

“Yuventus”la “Latsio” 1/4 finalda!

Dünya futbolu2022-01-19 01:40

“Borussiya”nı 1/4 finala buraxmadılar

Dünya futbolu2022-01-19 01:27

Azərbaycan millisinin potensial rəqibi Uqandaya uduzdu

Dünya futbolu2022-01-19 01:00

Afrika Millətlər Kuboku: “Neftçi”nin futbolçusundan məhsuldar ötürmə

Dünya futbolu2022-01-19 00:10

“Beşiktaş” səfərdə, “Konyaspor” evdə qalib gəldi

Ölkə futbolu2022-01-18 22:27

“Sivasspor” Mahir Emrelinin transferi üçün “Legiya”ya təklif göndərdi

Gündəm