Bizi izləyin

Milli komanda

İcraiyyə Komitəsinin qərar vaxtı: yerli, yoxsa əcnəbi?

AFFA rəhbərliyi SOCAR-ın büdcəsini dağıtmaq üçün plan qurmaqdan geri qalmır. Doğru idarəçiliklə yaxşı işlər görmək əvəzinə hər il daha çox pul xərcləməyin xəritəsini cızırlar. Çünki belədə bir cibdən obiri cibə gedən maliyyənin də həcmi artır.

Artıq qərar verilib, dekabrın 2-də AFFA İcraiyyə Komitəsinin növbəti iclası baş tutacaq. Millimizin italiyalı baş məşqçisi Canni de Byazinin müqavilə müddətinin bitməsini gözləyən qurum üzvləri məhz rəsmi bağlılıq yekunlaşdıqdan sonra bir araya gəlməyi lazım bilib. Seçmə mərhələnin yekunlarıyla bağlı hesabatın verilməsi, ümumiyyətlə ili yekunlaşdırmaq üçün doğru zamandı.

İK-nın gündəliyindən görünür ki, yenə iş görüntüsü sərgiləmək istəyirlər. Bütün bəndlər “quş qoymaq” üçündü. Qurumun rəsmi saytında açıqlanan gündəliyə bənd-bənd nəzər salaq:

* Azərbaycan milli komandasının baş məşqçisinin hesabatının dinlənilməsi və baş məşqçi məsələsi ilə bağlı müzakirə

De Byazinin hesabatının indki halda heç bir önəmi yoxdu. İtaliyalının nəyi ərz etməsi ümumi mənzərəni dəyişmir, hər şey göz önündədi – Millətlər Liqasının ardınca daha önəmli yarış da boşa verilib, yığma komanda antirekordunu təkrarlayıb.

Məşqçinin gəncləşdirmə, yeni komanda quruculuğu ilə bağlı nağıllarına inanmamaq lazımdı. Hər nə qədər yeni futbolçular heyətə cəlb edilsə də, onlar yalnız debütant statistikasının artırılmasına xidmət edib, həmin oyunçuların oyun dəqiqələrini hesablasaq, reallığı görərik. Millimiz yenə “qoca” ampluasındadı, əsas yükü “Qarabağ”ın təcrübəliləri, yaşı 30 civarında olan Emin Mahmudov, Höccət Haqverdi, Əli Qurbani çəkib. Onlar da nəticələri yaxşılaşdırmağa nail olmayıbsa, məşqçinin bacarığına şübhə etmək gərəkdi.

Zənnimizcə, de Byazi haqda qərar verilib, onun yola salınması reallaşacaq. İndi əsas məsələ milli komanda ilə bağlı bundan sonrakı planlardı. İK məhz bu məsələni müzakirə edəcək, millinin yerli, yoxsa əcnəbi mütəxəssisə tapşırmaq qərarı qətiləşəcək. AFFA-nı idarə edən “mütəşəkkil dəstə” hazırda bu planı reallaşdırmağa çalışır, gələcəkdə məsuliyyəti boynuna qoymaq üçün İK-nı alətə çevirib.

Ötən günlər ərzində bir sıra versiyalar ortaya atıldı, mətbuata informasiyalar sızdırıldı, ictimai müzakirələrə diqqət edildi. Əcnəbilərə qarşı aqressiya bəlli olduğundan “Türkiyə variantı” yoxlanıldı. Hansısa türkiyəli məqçinin gətirilməsi ictimaiyyət tərəfindən nisbətən yumşaq reaksiya gördü, lakin adlar müzakirə edildi, AFFA da növbəti dəfə oyun oynaya bilməyəcəyini anladı. Samet Aybaba kimi növbətçi-məşqçilər lağ obyekti oldu, Okan Buruk kimisini gətirmək isə AFFA-nın öz maraqlarına cavab vermədi. Yaxşı məşqçilər yaxşı büdcə, planlı iş tələb edir, üstəlik, onların müstəqil çalışmaq istəyi qurumdakılar üçün qəbulolunan deyil.

Bir müddət de Byazinin qalacağı barədə də informasiyalar gördük. Hamının tənqid etməsindən sonra AFFA hədəfə çevrildiyini görüb vəziyyəti dəyişir. Əksəriyyətin tələbi olan yerli məşqçi məsələsi güman ki, İK-da müzakirə olunacaq. Amma kim? Doğrusu, indiki məqamda futbolun problemi millini kimin çalışdırması deyil, nəticələr aşağı-yuxarı eyni olacaq, xəstə futbolumuzun özünün müalicə edilməsi lazımdı. Bununla belə, yığmaya imici təmiz, bacarıqlı, özünü sübut etmiş biri gətirilməlidi. Ən azından onun zamanla müəyyən işlər görəcəyinə ümid olmalıdı.

İK yəqin ki, ilkin variantda seçilən xətti müəyyənləşdirəcək, ardınca müəyyən zaman ərzində ən uyğun adlar müzakirəyə çıxarılacaq. Əcnəbi, yoxsa yerli – komitənin qarşıdakı iclasında əsasən bu sual cavabını tapmalıdı. Legioner məşqçilərə illər ərzində xərclənən milyonlar havaya sovrulduğundan güman ki, qənaət rejiminə keçiləcək, yerli mütəxəssislə davam qərarı alınacaq.

* Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatların müzakirəsi (Texniki direktor Cahangir Həsənzadə tərəfindən təqdimat)

Əslində, bu bənd daha önəmlidi. Bütün yaş qrupları üzrə millilərimiz fiasko yaşayır, məşqçisi olan, amma özü olmayan, yarışlarda iştirak etməyən yığmalarımız (məsələn, U-20) da var. Miloş Velebitin, Milan Obradoviçin fəaliyyətinə qiymət verilməsi, onlara vida edilməsi, bütün komandaların sistemli iş qurmaq adı ilə yerlilərə tapşırılması mümkündü. Baxmayaraq ki, tsikl bitmədyindən, məsələn, Obradoviçin yola salınması mümkünsüzdü. Qərarları maraqla gözləyirik.

* AFFA tərəfindən Gəncədə Futbol Akademiyasının inşasının təsdiqi

Gəncədə akademiyanın tikintisinə başlanılıb. Odur ki, İK-nın bu məsələyə müsbət yanaşacağı şübhə doğurmur, rəsmi təsdiq verilməsi üçün gündəliyə salınıb.

* Bölgələrdə futbol klublarına dəstək fondunun təsis olunması

Təqdirəlayiq addımdı, amma niyyətin doğru olmasına bağlıdı. Əvvəla, fondun hansı maliyyəyə söykənəcəyi maraqlıdı. Məqsəd SOCAR-ı daha çox “yükləməkdisə”, diqqətli olmaq gərəkir. Bu bənd divizion klublarının inkişafına, peşəkarlaşmasına, Premyer Liqanın daha  da güclənməsini nəzərdə tutsaydı, alqışlayardıq. Bölgə futbolu adıyla həvəskar Region Liqası klublarına maliyyə ayrılacaqsa, bəri başdan pulların çölə atılacağını deyə bilərik. AFFA-nın bu yolla sözəbaxan yeni klublar, məmurların yaxın dost-tanışına, qohumlarına iş yeri təşkil etməsi niyyəti varsa, eyvallah.

Bölgələrdə futbol klublarına dəstək adıyla “Şamaxı”ya çevriləcək “Keşlə”yə maliyyə yardımını artırmaq variantı da inandırıcıdı. İllərdi milyonları dağıdan bu klubu bir az da bölgə təmsilçisi kimi qoruyub, onun vasitəsilə böyük məbləğlər silmək istəyirlər.

* Digər məsələlər

Bax, əsas bənd məhz budur. İcraçı vitse-prezident Elxan Məmmədov papaqdan dovşan çıxarmaqda məşhurdu, istənilən niyyətini bu bənddə gizlədə, İK-ya sürpriz edə bilər.

CAVAD

Arxiv

Dünya futbolu2022-01-20 02:46

“İnter”lə “Sassuolo” da 1/4 finalda!

Dünya futbolu2022-01-20 02:36

“Valensiya” və “Sevilya”dan heç-heçə

Dünya futbolu2022-01-20 02:27

“Borussiya” 1/8 finalda darmadağına üzüldü

Dünya futbolu2022-01-20 02:13

“Mançester Yunayted”lə “Tottenhem” səfərdə qələbə qazandı

Dünya futbolu2022-01-20 01:58

“Atletiko” kubokdan kənarlaşdırıldı

Dünya futbolu2022-01-20 01:07

Afrika Millətlər Kuboku: Misir və Nigeriya da növbəti mərhələdə

Dünya futbolu2022-01-20 00:04

Çempion 3 xalı 3 qolla qazandı

Dünya futbolu2022-01-19 23:41

“Trabzonspor” xal itirdi, “Başakşəhər” uduzdu

Dünya futbolu2022-01-19 23:15

Super Liqada daha bir matç qara görə təxirə salındı

Premyer-liqa2022-01-19 22:50

Premyer Liqada qış bazarlığı – YENİLƏNİR

Ölkə futbolu2022-01-19 22:29

“Sabah” belaruslu qapıçı transfer etdi

Ölkə futbolu2022-01-19 21:10

Bolqarıstan klubu “Neftçi” ilə oyundan imtina etdi

Dünya futbolu2022-01-19 20:52

Türkiyə millisinin üzvü ÇSKA-ya qalmaqalla keçdi

Ölkə futbolu2022-01-19 20:00

“Neftçi”nin Polşa klubu ilə heç-heçəsi – VİDEO

Ölkə futbolu2022-01-19 19:39

“Yenidən “Neftçi” ilə eyni meydanı bölüşmək əla hissdir”

Ölkə futbolu2022-01-19 19:00

“Sumqayıt” almanlara böyük hesabla uduzdu

Ölkə futbolu2022-01-19 18:41

“Bu mövqedə də özümü yaxşı tərəfdən göstərmək istəyirəm”

Digər2022-01-19 18:25

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Ölkə futbolu2022-01-19 18:00

“Neftçi” “Visla” üzərində qələbəni əldən verdi

Dünya futbolu2022-01-19 17:46

Lionel Messi sıraya döndü

Müsahibə2022-01-19 17:29

Panadero: “Başıma gələnlər nə birincidir, nə sonuncu”

Dünya futbolu2022-01-19 16:54

“Çelsi”nin sabiq hücumçusu Türkiyə klubunda

Dünya futbolu2022-01-19 16:35

Super Liqada 2 oyunun vaxtı dəyişdi – qara görə

Dünya futbolu2022-01-19 16:16

“Atletiko”da iki ciddi itki

Dünya futbolu2022-01-19 15:57

Çempionlar Liqası: Final oyununun biletləri satışa çıxarıldı

Dünya futbolu2022-01-19 15:38

Qadın referi qitə futbolunun tarixinə düşdü

Dünya futbolu2022-01-19 15:19

“Barselona”nın futbolçusu əməliyyat olunacaq

Dünya futbolu2022-01-19 14:54

“Roma”nın futbolçusu rəsmən “Aston Villa”da

Milli komanda2022-01-19 14:32

UEFA AÇ öncəsi millimizin heyətində dəyişikliyə icazə verdi

Milli komanda2022-01-19 14:17

Rafael Vilelanın testi neqativ çıxdı

Ölkə futbolu2022-01-19 13:33

“Keşlə” “Səbail”i bu qollarla məğlub etdi – VİDEO

Ölkə futbolu2022-01-19 13:12

Mamadu Kane: “Neftçi”yə qayıtmayacağam”

Ölkə futbolu2022-01-19 12:53

“Legiya” azarkeşlərinin Emreli ilə bağlı mövqeyi bilindi

Ölkə futbolu2022-01-19 12:31

Mamadu Kane “Neftçi”ni tərk edə bilər

Digər2022-01-19 12:26

Bığsız Əli Həsənovun media siyasəti

Dünya futbolu2022-01-19 11:51

Premyer Liqa klubunda müvəqqəti baş məşqçi

Dünya futbolu2022-01-19 11:30

“Qarabağ”ın sabiq hücumçusu Yunanıstan klubunda

Milli komanda2022-01-19 11:02

“Səhvlərimizi üzə çıxardıq” – Millimizin qapıçısı

Milli komanda2022-01-19 10:52

Bu gün Avropa çempionatına start veriləcək

Dünya futbolu2022-01-19 10:11

Rusiya klubundan La Liqaya

Dünya futbolu2022-01-19 09:30

Premyer Liqa klubunda yeni futbolçu

Dünya futbolu2022-01-19 09:00

“Qarabağ”ın rəqibi “Arsenal”ın futbolçusunu transfer etdi

Ölkə futbolu2022-01-19 02:25

“Betis”dən darmadağın

Dünya futbolu2022-01-19 02:06

“Çelsi” səfərdə xal itirdi

Dünya futbolu2022-01-19 01:57

“Yuventus”la “Latsio” 1/4 finalda!

Dünya futbolu2022-01-19 01:40

“Borussiya”nı 1/4 finala buraxmadılar

Dünya futbolu2022-01-19 01:27

Azərbaycan millisinin potensial rəqibi Uqandaya uduzdu

Dünya futbolu2022-01-19 01:00

Afrika Millətlər Kuboku: “Neftçi”nin futbolçusundan məhsuldar ötürmə

Dünya futbolu2022-01-19 00:10

“Beşiktaş” səfərdə, “Konyaspor” evdə qalib gəldi

Ölkə futbolu2022-01-18 22:27

“Sivasspor” Mahir Emrelinin transferi üçün “Legiya”ya təklif göndərdi

Gündəm