Bizi izləyin

Ölkə futbolu

“Azərbaycan millisindən gələn təklifi qəbul etmədim”- “Qarabağ”ın sabiq legioneri

Futbol üzrə Ukrayna millisinin sabiq yarımmüdafiəçisi Sergey Kravçenko keçmiş komandası “Qarabağ”la bağlı fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubuna transferindən danışan 38 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında Ağdam klubunun son illərdə xeyli gücləndiyini bildirib:

“Qarabağ”a Denis Sokolovskinin vasitəsilə keçmişdim. Onun özü də həmin komandada çıxış edib. O vaxtkı komanda ilə indikini qarışdırmayın. Hazırda “Qarabağ” çox güclü kollektivdir. UEFA Çempionlar Liqası və Avropa Liqasının qruplarında mübarizə aparır. Mənim vaxtımda isə ortabab klub idi. Ukraynaya qayıtdıqdan sonra dostum dedi ki, adətən futbolçular Azərbaycandan ayrılandan sonra karyerlarını bitirirlər, sən isə hər şeyə orada başladın”.

Təcrübəli futbolçu “Qarabağ”da oynamağın onun üçün xoş olduğunu söyləyib: “Bu klubda hələ də əlaqə saxladığım insanlar var. Hətta onlardan biri mənə deyirdi ki, “Qarabağ”dan sonra “Dinamo” (Kiyev), “Dnepr” kimi komandalarda oynamış, Ukrayna millisinə çağırılmış yeganə futbolçusan.

Azərbaycanda əla vaxt keçirdim. Orada 6 ay çıxış etdim. Daim əsas heyətdə oynayırdım. Hətta mənə Azərbaycan vətəndaşlığı verib milliyə cəlb etməklə bağlı söhbət də olmuşdu. Düşünürəm ki, orada olduğum müddətdə bir az parlamışdım. Amma təklifi qəbul etmədim və Ukrayna yığmasında oynamaq istədiyimi bildirdim. Həmin vaxt hamı mənə güldü. Dedilər ki, Azərbaycan çempionatında 8-ci yerdə gedən komandadan Ukrayna millisinə düşə bilməzsən”.

Hazırda ölkəsinin “Çernomorets” klubunun şərəfini qoruyan yarımmüdafiəçi “Qarabağ”dan ayrılmasının səbəbini də açıqlayıb: “Azərbaycan çempionatında qış fasiləsi yarandıqdan sonra Ukraynaya qayıtdım və Donetskdə keçirilən turnirdə iştirak etdim. “Vorskla” klubunun nümayəndələri oyunumu görüb məni baxışa çağırdılar. “Qarabağ”la 6 aylıq müqaviləm qalmışdı. Amma danışıq olmuşdu ki, yaxşı təklif gəlsə, məni buraxacaqlar. Həmin ərəfədə Azərbaycandan 2 sərfəli təklif aldım. Aylıq 10 000 ABŞ dolları verirdilər. Mən isə “Vorskla” ilə bundan 3 dəfə az maaşa müqavilə bağladım”.

Xatırladaq ki, Sergey Kravçenko 2005/06 mövsümünün ilk hissəsində “Qarabağ”ın formasını geyinib. Donetsk “Şaxtyor”unun yetirməsi olan yarımmüdafiəçi Ukrayna millisində keçirdiyi 10 oyunda 1 qol vurub.

Dünya futbolu2022-01-25 01:01

“Neftçi”nin futbolçusu Afrika Millətlər Kuboku ilə vidalaşdı

Dünya futbolu2022-01-24 22:32

Premyer Liqa klubu Ranyerini istefaya göndərdi

Ölkə futbolu2022-01-24 21:29

“Qəbələ”nin zədəlilərindən son xəbər

Ölkə futbolu2022-01-24 21:18

“Toplanışdan razı qaldım” – Elmar Baxşıyev

Ölkə futbolu2022-01-24 21:06

UEFA “Qarabağ”a maliyyə vəsaiti ayırdı

Ölkə futbolu2022-01-24 20:46

“Çatışmazlıqlar çoxdur” – Samir Abasov

Ölkə futbolu2022-01-24 20:00

“Neftçi”dən Polşa komandası üzərində qələbə – VİDEO

Ölkə futbolu2022-01-24 19:31

“Keşlə” Boyoviçlə vidalaşdığını təsdiqlədi

Digər2022-01-24 19:19

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Ölkə futbolu2022-01-24 19:00

“Zirə”dən “Breqalniça” ilə heç-heçə

Ölkə futbolu2022-01-24 18:33

“Qəbələ” “Bohemians”a uduzdu

Ölkə futbolu2022-01-24 18:24

“Neftçi” Antalyadakı son sınağından qalib ayrıldı

Ölkə futbolu2022-01-24 17:29

“Keşlə” ilə “Səbail”dən heç-heçə

Ölkə futbolu2022-01-24 16:43

Boyoviç evə qayıdır: “Sənan Qurbanovun qərarları ilə razı olmasam da…”

Ölkə futbolu2022-01-24 16:21

“Neftçi” ilə əla müqavilə imzaladığımı düşünürəm” – Brkiç

Ölkə futbolu2022-01-24 15:54

“Qarabağ”ın rəqibi dəyişdi

Dünya futbolu2022-01-24 15:27

“Bayern” “Barselona”nın futbolçusunu istəyir

Dünya futbolu2022-01-24 14:38

Premyer Liqa klubunda baş məşqçiylə yeni müqavilə

Ölkə futbolu2022-01-24 14:14

“Qarabağ” yenidən Respublika stadionunda oynayacaq

Ölkə futbolu2022-01-24 13:58

“Keşlə” legioneri ilə vidalaşdı

Ölkə futbolu2022-01-24 13:39

“Keşlə” sabah daha bir yoxlama oyunu keçirəcək

Ölkə futbolu2022-01-24 13:15

AFFA-nın növbəti Hesabat Konfransının gündəliyi açıqlandı

Dünya futbolu2022-01-24 12:57

“Napoli”dən Səudiyyə Ərəbistanı klubuna

Dünya futbolu2022-01-24 12:28

“Milan”da İbrahimoviç şoku

Milli komanda2022-01-24 11:59

Azərbaycan millisinə 25 futbolçu dəvət olundu

Dünya futbolu2022-01-24 11:26

Lionel Messidən antirekord

Dünya futbolu2022-01-24 11:01

Benzemaya bir gündə iki şok: həm zədələndi, həm qarət olundu

Milli komanda2022-01-24 10:44

“Hakimlər 2-3 həlledici məqamda səhv qərar verdilər”

Dünya futbolu2022-01-24 09:58

Ronaldoya yaraşmayan göstərici

Dünya futbolu2022-01-24 09:00

“Traktor”dan növbəti xal itkisi

Dünya futbolu2022-01-24 02:27

“Barselona”dan qələbə, “Real”dan xal itkisi

Dünya futbolu2022-01-24 02:09

“Yuventus”la “Milan”dan heç-heçə

Dünya futbolu2022-01-24 01:48

PSJ-dən darmadağın

Dünya futbolu2022-01-24 01:01

Afrika Millətlər Kuboku: Burkina Faso və Tunis 1/4 finalda

Dünya futbolu2022-01-23 23:36

“Bayern”dən darmadağın

Dünya futbolu2022-01-23 23:09

“Çelsi” “Tottenhem”ə qalib gəldi

Dünya futbolu2022-01-23 22:33

“Qalatasaray” “Trabzonspor”a da uduzdu

Dünya futbolu2022-01-23 21:28

Ələskərovun komandasına qar əngəli

Dünya futbolu2022-01-23 19:45

Premyer Liqa matçında qalmaqal: bir azarkeş həbs olundu

Ölkə futbolu2022-01-23 18:38

“Qəbələ”nin legioneri milliyə dəvət aldı

Digər2022-01-23 18:14

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2022-01-23 17:50

İsgəndərlinin komandasına qələbə üçün bir qol bəs etdi

Dünya futbolu2022-01-23 17:22

“Benfika”nın futbolçusu “Qalatasaray”da

Dünya futbolu2022-01-23 16:48

Eriksen “Ayaks”la məşqlərə başladı, Premyer Liqa klubu ilə müqavilə bağlayır

Dünya futbolu2022-01-23 15:18

“Borussiya”da Haland şoku

Dünya futbolu2022-01-23 14:52

“Atletik”in kapitanı koronavirusa yoluxdu

Dünya futbolu2022-01-23 14:00

“Atletiko”dan Slovakiya klubuna

Dünya futbolu2022-01-23 13:20

“Fənərbaxça”da ciddi itki

Dünya futbolu2022-01-23 12:35

Afrika Millətlər kubokunda 1/8 finala çıxan komandada koronavirus şoku

Dünya futbolu2022-01-23 11:29

Almaniya klubu iranlı hücumçu transfer etdi

Gündəm