Connect with us

Ölkə futbolu

Turun qalibləri zirvədə

Paylaşıldı

-

Turda cəmi 2 komanda qalib gəldi və onlar hazırda turnir cədvəlinin zirvəsindədilər. Ən yaxşı futbolu sərgiləyən bu kollektivlər göstərdikləri oyuna layiq mövqedə qərar tutublar.

Samir Abasovun dediklərini artıq kimsə ciddiyə almır. Hər situasiyada sudan səbəblər gətirən “Neftçi”nin baş məşqçisi bir az da öz səhvlərindən, heyətin komplektləşməsində etdiyi yanlışların indi bumeranq kimi özünə qayıtmasından danışsa, pis olmaz. Dünənki “Sumqayıt”ı məğlub edə bilməməyin heç bir bəraəti yoxdu.

Heyət sıxıntısı baxımından “kimyaçılar” bu gün ən pis vəziyyətdə olan komandadı. Və Samir bəy Sezar Meza Kollinin, Xorxe Korreanınyoxluğunu itki saymaqla yalnız rəhbərliyin gözünə kül üfürə bilər. Bu oyunçular meydanda olanda komandaya hansı xeyri veriblər ki, yoxluqları da itki olsun? Və ya heyət üzü görməyən Roman Bask nə əcəb indi yada düşüb? Onların hamısının layiqli əvəzedicisi var, o “Sumqayıt”dı ki, istənilən oyunçunun yoxluğu komandaya təsir edir. Və Abasovun yetirmələri bir neçə vacib oyunçusu olmayan bu komandanın qapısına yol tapa bilmədi.

Əslində, “Sumqayıt”ın qol epizodu daha çox oldu. Ayxan Abbasov müdafiəni əla təşkil edib, oyunu əks-hücumlar üzərində qurdu və istədiyinə nail oldu. Qonaqlar rəqibə ciddi qol şansı vermədi, xüsusilə ikinci hissədə daha üstün təsir bağışladı. İlk dəfə sistem dəyişikliyi edib dördlü müdafiə ilə oynayan bakılılar isə ön xəttdəki üstünlükdən yararlanmağı bacarmadı. Nəticədə komandanın Premyer Liqanın 13-cü turunu 4-cü pillədə qapayacağı aydın oldu.

Həftənin bağlanış matçı daha maraqlı keçdi. “Zirə” uduzmasaydı, ikinci pillədə qalacaqdı, “Qəbələ” isə yalnız qələbə sayəsində “Qarabağ”a qonşu olacaqdı. Bölgə təmsilçisi rəqibinin 4 oyunluq məğlubiyyətsizlik seriyasını qırmağı bacardı. Düzdü, “qartallar” bütün turlarda qol vurmaq ənənəsinə sadiq qaldı, lakin bu, yalnız kiçik təsəllidi.

Hər şey “Zirə” üçün çox pis başladı. Nemanya Andelkoviçin zədə alıb əvəzlənməsindən 2 dəqiqə keçmiş Ürfan Abbasovun ötürməsindən sonra gözlənilməz trayektoriya cızan top tora daxil oldu. Az sonra Rövlan Muradov cərimə zərbəsini ustalıqla yerinə yetirdi. Bəlkə “Qəbələ” özü də belə startı gözləmirdi. “Zirə” fasilə ərəfəsində Davit Volkovun sayəsində hesab arasında fərqi azaldıb ümildlənsə də, sonradan bu qolun matçda sonuncu olduğu aydınlaşacaqdı.

Andelkoviçin zədələnməsi, Cəlal Hüseynovun meydana daxil olması ilə limitə üzündən oynamaq şansı qazanan digər gənc Rüstəm Nuruyevin məcburən əvəzlənməsi “Zirə”ni çətinə saldı. Baş məşqçi Rəşad Sadıqov hər nə qədər Rüstəmin növbəti sarı vərəqəni alacağından ehtiyatlandığını desə də, əslində, o, daha təcrübəli futbolçu sayəsində orta sahəni qaydasına salmağı düşünürdü. Maraqlıdı ki, ikinci qol məhz oyuna yeni daxil olan İlkin Muradovun kobudluğundan sonra təyin olunan cərimə zərbəsindən vuruldu.

“Qəbələ”nin qələbəsi təsadüfi deyildi. Elmar Baxşıyevin ən yaxşı şəkildə idarə etdiyi komanda ilk dəqiqələrdən rəqibi üstələməyi bacardı, sürətli oyunla üstünlük qazandı. “Zirə” heyətdəki itkiləri rotasiya sayəsində yoluna qoyanacan iş işdən keçmişdi. İstənilən halda, liderlərə yaraşan baxımlı oyun izlədik və nəticə ədalətli oldu. Meydan sahiblərinin fasilədən sonra daha yaxşı təsir bağışlaması isə ağıllı müdafiə olunan “Qəbələ”ni təslim etməyə kifayət etmədi.

Ötən mövsümü “Zirə”nin əlindən alan Elçin Məsiyevin bu matça təyinatı sanki qəsəbə təmsilçisində psixoloji gərginliyə səbəb olmuşdu. Cari çempionatda ilk dəfə “qartallar”ın oyununda görünən FIFA referisi oyunun nəticəsinə ciddi təsir etməyə imkan tapmadı, bu baxımdan “Qəbələ”nin yaxşı oyunu ona kömək etdi. Lakin eynigüclü rəqiblərin görüşündə hakimin azca simpatiyası qüvvələr nisbətinin dəyişməsinə kifayət edir.

Məsiyev eyni epizodlarda ikili standartlara söykənən qərarlar verməklə bu matça təsadüfən göndərilmədiyini göstərirdi. “Qəbələ” 87-ci dəqiqədə deyil, daha öncədən azlıqda qalmalıydı. Belə ki, Omar Hani ikinci sarı vərəqəni daha öncədən haqq etmişdi. Qırmızı vərəqə alan iordaniyalının meydanı tam tərk etməmiş oyunun bərpası hakimin səhvi idi, lakin daha böyük qüsuru o, matça cəmi 2 dəqiqə əlavə edəndə göstərdi – bu, niyyətin göstəricisi idi, istəyinə çatmışdı.

“Qəbələ”nin qələbəsi layiqli idi, lakin “Zirə”nin oyunçularının özündən çıxmasında, istədikləri futbolu sərgiləyə bilməməsində rəqibin taktiki gedişləri, intizamlı oyunu ilə yanaşı Məsiyev amilinin qıcıq mənbəyi olması da rol oynadı. Və Elçin Rəşad Sadıqova sarı vərəqə verməklə ona AFFA-nın xəbərdalığını çatdırdı – bu, hələ başlanğıcdı. “Zirə”nin baş məşqçisi özünün belə gözdən salınmasına imkan verməməlidi: çıxış yolunu mütəxəssis özü düşünsün. Belə etirazlar hər matçda olur, lakin hər dəfə yalnız Məsiyev Sadıqovun qarşısında vərəqə çıxarırsa…

İkinci dövrənin son turu ərəfəsində liderlər qrupunda maraqlı vəziyyət yaranıb. “Qəbələ” ilk üçlükdə yerini təmin edib və evdə “Neftçi”dən bir az da uzaqlaşmağa çalışacaq. Qələbə komandanı ikinci pillədə daha rahat möhkəmlədə bilər, çünki əsas izləyici olan “Zirə”ni də “Qarabağ”la matç gözləyir.

CAVAD

Arxiv

Dünya futbolu18 dəqiqə əvvəl

Super Liqada cari mövsümə onun adı verildi

Dünya futbolu37 dəqiqə əvvəl

İbrahimoviç 150-yə çatdı

Dünya futbolu56 dəqiqə əvvəl

“Roma”nın futbolçusu “Yuventus”a keçə bilər

Ölkə futbolu1 saat əvvəl

“Keşlə” transfer edə bilmədi, “Sumqayıt” baxışdan keçirir

Ölkə futbolu2 saat əvvəl

Araz Abdullayevdən bəd xəbər: kubok oyunlarını buraxacaq

Ölkə futbolu2 saat əvvəl

“Sabah”ın legioneri koronavirusdan sağaldı

Dünya futbolu3 saat əvvəl

“Liverpul”un sabiq futbolçusu Türkiyə klubunda

Dünya futbolu3 saat əvvəl

“Real”ın əfsanəvi futbolçusu vəfat etdi

Ölkə futbolu3 saat əvvəl

“Kamran Ağayevin karyerasını bitirməsi bizim üçün gözlənilməz oldu”

Ölkə futbolu4 saat əvvəl

“Neftçi”nin “Visla” ilə matçının başlama saatı bilindi

Dünya futbolu4 saat əvvəl

PSJ Zidanla razılığa gəldi

Ölkə futbolu5 saat əvvəl

“Xan Lənkəran” baş məşqçisini istefaya göndərdi

Dünya futbolu5 saat əvvəl

Məşqə sərxoş gələn futbolçu milli karyerasını bitirdi

Dünya futbolu6 saat əvvəl

“Barselona”da ciddi itki

Dünya futbolu6 saat əvvəl

Premyer Liqada daha bir matç təxirə salındı

Ölkə futbolu7 saat əvvəl

Canni De Byazinin “The Best” uzaqgörənliyi

Ölkə futbolu7 saat əvvəl

AÇ: Hansı komanda 11 finalın 9-da iştirak edib?

Dünya futbolu7 saat əvvəl

“The Best”: Levandovski, Messi və Ronaldo kimlərə səs verib?

Ölkə futbolu8 saat əvvəl

“Qəbələ” Polşa klubu ilə üz-üzə – YENİLƏNİR

Ölkə futbolu8 saat əvvəl

“Keşlə” “Səbail”ə qarşı – YENİLƏNİR

Ölkə futbolu9 saat əvvəl

AFFA Konfrans üçün vaxt təyin etdi

Dünya futbolu16 saat əvvəl

“Milan” uduzdu, “Napoli” qələbəyə sevindi

Ölkə futbolu17 saat əvvəl

Dörd əskiklə hazırlaşan “Qəbələ” üçün Antalyada ilk sınaq

Dünya futbolu17 saat əvvəl

Patrik Andradeli Kabo Verde millisi qrup üçüncüsü oldu

Dünya futbolu18 saat əvvəl

“The Best”: FİFA 2021-ci ilin ən yaxşılarını açıqladı

Milli komanda19 saat əvvəl

Belçika – Azərbaycan matçında 8 qol – VİDEO

Milli komanda20 saat əvvəl

“Tək Belçikaya yox, həm də hakimlərə qarşı mübarizə apardıq”

Dünya futbolu20 saat əvvəl

“Mançester Yunayted”in futbolçusu “Nyukasl”a keçməkdən imtina etdi

Ölkə futbolu21 saat əvvəl

“Keşlə”nin “Səbail”lə ilk matçının vaxtı və məkanı bilindi

Milli komanda22 saat əvvəl

“Oyunun əhəmiyyəti böyük idi” – Joze Alesio

Milli komanda22 saat əvvəl

Azərbaycan millisinin iki üzvü Belçikada karantinə alındı

Dünya futbolu22 saat əvvəl

“Barselona” İspaniya millisinin üzvü ilə güclənir

Digər22 saat əvvəl

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Milli komanda23 saat əvvəl

Azərbaycan millisi Belçikaya məğlub oldu

Dünya futbolu1 gün əvvəl

FİFA prezidenti Qətərə köçdü

Dünya futbolu1 gün əvvəl

“Atletiko” mozambikli futbolçu transfer edir

Dünya futbolu1 gün əvvəl

Azərbaycanda oynamış futbolçu Ermənistan klubu ilə razılaşdı

Dünya futbolu1 gün əvvəl

Marselo “Real”ın tarixinə düşdü

Dünya futbolu1 gün əvvəl

“Barselona”dan Dembeleyə şərt

Ölkə futbolu1 gün əvvəl

“Beşiktaş”dan Musa Qurbanlı açıqlaması

Dünya futbolu1 gün əvvəl

MY-nin futbolçusu baş məşqçini yalançı çıxardı

Dünya futbolu1 gün əvvəl

İtaliya klubu baş məşqçisi ilə vidalaşdı

Dünya futbolu1 gün əvvəl

Braziliya klubu Dieqo Kosta ilə vidalaşdı

Ölkə futbolu1 gün əvvəl

“Neftçi”nin yeni transferindən vida paylaşımı

Dünya futbolu1 gün əvvəl

PSJ-də ciddi itki

Ölkə futbolu1 gün əvvəl

“Sabah”ın Antalyada növbəti rəqibi bəlli oldu

Ölkə futbolu1 gün əvvəl

Aleksey Baqa: “İşləmək üçün yaxşı material və maraqlı çempionat var”

Dünya futbolu1 gün əvvəl

“The Best” mükafatının sahibləri bəlli olur

Dünya futbolu1 gün əvvəl

Rafael Benites qovuldu

Dünya futbolu1 gün əvvəl

“Qarabağ”ın rəqibi CAS-a müraciət etdi

Gündəm