Connect with us

Ölkə futbolu

“Həyatda sahib olduğum hər şeyi mənə Azərbaycan hədiyyə edib”

Paylaşıldı

-

Uzun müddətdir “”Sabah”ın uğurları üçün çalışan, klubun tarixinə ən çox oyun keçirmiş futbolçu kimi düşən Saşa Stamenkoviç dünən “Səbail”lə oyundan sonra komanda ilə yollarını ayırdı. Futbolinfo.az xəbər verir ki, təcrübəli qolkiper oyundan sonra klubun rəsmi saytına müsahibəsində verdiyi qərar, azarkeşlər və Azərbaycan karyerası barədə danışıb:  

– 3,5 illik “Sabah” karyeranı bitirdin. Necə oldu ki, ayrılmaq qərarına gəldin? Nə hislər keçirirsən?

– İlk növbədə onu deyim ki, bu qərarı vermək mənim üçün çox çətin oldu. Çünki 3  ildən çoxdur ki “Sabah”daydım və özümü burda evdəki kimi hiss edirdim. Bu qərarı verərkən çox düşündüm, lakin sonda mənim üçün futboldan daha vacib olan bəzi şeylərin olması qənaətinə gəldim. Bunun necə çətin olduğunu təkcə özüm bilirəm. Qərarımı anlayışla qarşıladıqlarına görə klub rəhbərliyinə və məşqçilərə təşəkkür edirəm.

– Komanda Premyer Liqaya vəsiqə qazandığı ilk mövsümdən burdaydın. Klubun qısa tarixinə ən çox oyun keçirən futbolçu kimi düşmüsən…

– Onu deyim ki, mən “Sabah”dan ancaq fiziki olaraq ayrılıram. Lakin həmişə bu klubun azarkeşi olaraq qalacam. Komanda Premyer Liqaya vəsiqə qazandığı ilk ildən burdaydım. Hər şey sıfırdan qurulurdu, çox çətin idi. Burda olduğum müddətdə gənc futbolçulara meydanda və ondan kənarda futboldan zövq almaq və uğur qazanmaq üçün necə davranmalı olduqlarını izah etməyə çalışdım, öz təcrübəmi onlarla paylaşdım. Onlara həmişə əsas işə yanaşmanın, peşəkarlığın olduğunu, maddi qazancın vaxt keçdikcə öz-özünə gələcəyini dedim. “Sabah” gənc klubdu, amma inanın ki, gələcəkdə böyük klub olacaq.

– “Sabah”da çıxış etdiyin müddətdə ən yaddaqalan qələbə hansı oldu?

– Həm mənim, həm də hər bir azərbaycanlı üçün ən vacib qələbə 8 noyabrda oldu.

– Sən Azərbaycanda çıxış etmiş legionerlər arasında azarkeşlər tərəfindən ən çox sevilən futbolçulardan birisən. Necə düşünürsən, onların sənə sevgisinin səbəbi nədir?

– “Sabah” ən uzun müddət üzvü olduğum, ən çox əmək sərf etdiyim klublardan biridir və bununa fəxr edirəm.  Azarkeşlər həmişə formanın önündəki emblemi formanın arxasındakı addan üstün tutan oyunçulara daha çox rəğbət bəsləyirlər. Düşünürəm ki, onlar bunu dərhal hiss edirlər və mənə sevgilərinin əsl səbəbi də budur. Onu deyim ki, bu sevgi qarşılıqlıdır. Hər birinə təşəkkür edirəm.

– “Sabah” azarkeşlərinə nə demək istərdin?

– Onlara demək istərdim ki, həmişə klubla qalsınlar. “Sabah” nəhayət ki, ayağa qalxıb, uğurlar uzaqda deyil. Sağlıq olsun, çox istərdim ki, karyeramı bitirəndə vida oyunumu “Sabah”ın formasında və məşhur futbolçuların iştirakı ilə, azarkeşlərin zövq alacağı şəkildə, dolu tribunalar önündə keçirim. Həyatda sahib olduğum hər şeyi mənə Azərbaycan hədiyyə edib. Bunu heç vaxt unutmuram. Burdan xoş hislərlə ayrılıram.

– Saşa, bir daha hər şeyə görə təşəkkür edir, gələcək karyeranda və həyatda uğurlar arzulayırıq.

– Mənə həm oyunçu, həm də şəxsiyyət kimi özümü göstərməyimə şərait yaratdığınıza görə mən də sizə təşəkkür edirəm. Yaşasın “Sabah”! Yaşasın Azərbaycan!

Reklamlar

Arxiv

Dünya futbolu18 dəqiqə əvvəl

Super Liqada cari mövsümə onun adı verildi

Dünya futbolu37 dəqiqə əvvəl

İbrahimoviç 150-yə çatdı

Dünya futbolu56 dəqiqə əvvəl

“Roma”nın futbolçusu “Yuventus”a keçə bilər

Ölkə futbolu1 saat əvvəl

“Keşlə” transfer edə bilmədi, “Sumqayıt” baxışdan keçirir

Ölkə futbolu2 saat əvvəl

Araz Abdullayevdən bəd xəbər: kubok oyunlarını buraxacaq

Ölkə futbolu2 saat əvvəl

“Sabah”ın legioneri koronavirusdan sağaldı

Dünya futbolu3 saat əvvəl

“Liverpul”un sabiq futbolçusu Türkiyə klubunda

Dünya futbolu3 saat əvvəl

“Real”ın əfsanəvi futbolçusu vəfat etdi

Ölkə futbolu3 saat əvvəl

“Kamran Ağayevin karyerasını bitirməsi bizim üçün gözlənilməz oldu”

Ölkə futbolu4 saat əvvəl

“Neftçi”nin “Visla” ilə matçının başlama saatı bilindi

Dünya futbolu4 saat əvvəl

PSJ Zidanla razılığa gəldi

Ölkə futbolu5 saat əvvəl

“Xan Lənkəran” baş məşqçisini istefaya göndərdi

Dünya futbolu5 saat əvvəl

Məşqə sərxoş gələn futbolçu milli karyerasını bitirdi

Dünya futbolu6 saat əvvəl

“Barselona”da ciddi itki

Dünya futbolu6 saat əvvəl

Premyer Liqada daha bir matç təxirə salındı

Ölkə futbolu7 saat əvvəl

Canni De Byazinin “The Best” uzaqgörənliyi

Ölkə futbolu7 saat əvvəl

AÇ: Hansı komanda 11 finalın 9-da iştirak edib?

Dünya futbolu7 saat əvvəl

“The Best”: Levandovski, Messi və Ronaldo kimlərə səs verib?

Ölkə futbolu8 saat əvvəl

“Qəbələ” Polşa klubu ilə üz-üzə – YENİLƏNİR

Ölkə futbolu8 saat əvvəl

“Keşlə” “Səbail”ə qarşı – YENİLƏNİR

Ölkə futbolu9 saat əvvəl

AFFA Konfrans üçün vaxt təyin etdi

Dünya futbolu16 saat əvvəl

“Milan” uduzdu, “Napoli” qələbəyə sevindi

Ölkə futbolu17 saat əvvəl

Dörd əskiklə hazırlaşan “Qəbələ” üçün Antalyada ilk sınaq

Dünya futbolu17 saat əvvəl

Patrik Andradeli Kabo Verde millisi qrup üçüncüsü oldu

Dünya futbolu18 saat əvvəl

“The Best”: FİFA 2021-ci ilin ən yaxşılarını açıqladı

Milli komanda19 saat əvvəl

Belçika – Azərbaycan matçında 8 qol – VİDEO

Milli komanda20 saat əvvəl

“Tək Belçikaya yox, həm də hakimlərə qarşı mübarizə apardıq”

Dünya futbolu20 saat əvvəl

“Mançester Yunayted”in futbolçusu “Nyukasl”a keçməkdən imtina etdi

Ölkə futbolu21 saat əvvəl

“Keşlə”nin “Səbail”lə ilk matçının vaxtı və məkanı bilindi

Milli komanda22 saat əvvəl

“Oyunun əhəmiyyəti böyük idi” – Joze Alesio

Milli komanda22 saat əvvəl

Azərbaycan millisinin iki üzvü Belçikada karantinə alındı

Dünya futbolu22 saat əvvəl

“Barselona” İspaniya millisinin üzvü ilə güclənir

Digər22 saat əvvəl

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Milli komanda23 saat əvvəl

Azərbaycan millisi Belçikaya məğlub oldu

Dünya futbolu1 gün əvvəl

FİFA prezidenti Qətərə köçdü

Dünya futbolu1 gün əvvəl

“Atletiko” mozambikli futbolçu transfer edir

Dünya futbolu1 gün əvvəl

Azərbaycanda oynamış futbolçu Ermənistan klubu ilə razılaşdı

Dünya futbolu1 gün əvvəl

Marselo “Real”ın tarixinə düşdü

Dünya futbolu1 gün əvvəl

“Barselona”dan Dembeleyə şərt

Ölkə futbolu1 gün əvvəl

“Beşiktaş”dan Musa Qurbanlı açıqlaması

Dünya futbolu1 gün əvvəl

MY-nin futbolçusu baş məşqçini yalançı çıxardı

Dünya futbolu1 gün əvvəl

İtaliya klubu baş məşqçisi ilə vidalaşdı

Dünya futbolu1 gün əvvəl

Braziliya klubu Dieqo Kosta ilə vidalaşdı

Ölkə futbolu1 gün əvvəl

“Neftçi”nin yeni transferindən vida paylaşımı

Dünya futbolu1 gün əvvəl

PSJ-də ciddi itki

Ölkə futbolu1 gün əvvəl

“Sabah”ın Antalyada növbəti rəqibi bəlli oldu

Ölkə futbolu1 gün əvvəl

Aleksey Baqa: “İşləmək üçün yaxşı material və maraqlı çempionat var”

Dünya futbolu1 gün əvvəl

“The Best” mükafatının sahibləri bəlli olur

Dünya futbolu1 gün əvvəl

Rafael Benites qovuldu

Dünya futbolu1 gün əvvəl

“Qarabağ”ın rəqibi CAS-a müraciət etdi

Gündəm