Bizi izləyin

Müsahibə

“Qarşıdakı hər dəqiqə bizim üçün qızıl dəyərindədir”

Futzal üzrə Avropa çempionatının final mərhələsinə hazırlaşan Azərbaycan millisi Ukrayna yığması ilə 2 yoxlama oyunu keçirdi.

Futbolinfo.az xəbər verir ki, millimizin baş məşqçisi Joze Alesio Da Silva həm komandanın durumunu, həm də qarşıdakı hazırlıq planı barədə federasiyanın rəsmi saytına müsahibə verib.

  • Hər iki oyun haqda matç bitdikdən sonra açıqlama vermisiniz. Soyuq başla daha hansı məqamları qeyd etmək istərdiniz?
  • Nəticələr ürəkaçan olmasa da, oyunlar xeyrimizə oldu. Sonuncu dəfə apreldə rəsmi oyun keçirmişdik. Sonrakı 7 ayda komandaya bir araya toplanmamışdı. Əlbəttə, az müddət deyil. Oyundan əvvəl tam heyətlə 6 məşq keçdik. Ölkə xaricində çıxış edən futzalçılarımız dekabrın 14-də Bakıya gəldilər. Çünki klubları ilə oyunları var idi. 6 məşq elə də yüksək göstərici deyil. Nəzərə alın ki, xarici klublarda çıxış edən futzalçılarımız hər biri fərqli baş məşqçinin rəhbərliyi altında fərqli üslubda oynayırlar. Onları yenidən öz sistemimizə qaytarmaq, standart vəziyyətlər zamanı tapşırıqların icrasını mənimsəmək xeyli məşq istəyir. Oyunlar göstərdi ki, çox işləməliyik. Düzdür, ilk oyunla müqayisədə ikinci matçın 1-ci hissəsində nisbətən yaxşı oynadıq. Ancaq bu, yetərli deyil. Rəqibimiz də Avropanın güclü komandalarından biridir. Üstəlik, onlar bizimlə oyuna qədər İspaniya və Rumıniya yığmaları ilə üst-üstə 4 oyun keçirmişdilər.
  • Hansı səhvlər həlledici oldu?
  • Həm müdafiədə, həm də hücum planında səhvlərə yol verdik. Futzalçılar fərdi oyuna daha çox meyl edirdilər. Halbuki biz kollektiv şəkildə tapşırıqları yerinə yetirməli idik. Oyunun gedişində kollektiv oyunumuz alınmadı. Buna görə də fərdi oyuna üstünlük verdilər, nəticədə səhvlər bir-birini təkrarladı. Oyun intizamını itirdik. Ramiz Çovdarov ikinci oyuna zədəli çıxmışdı. Rövşəni də bu səbəbdən tez əvəzlədik.

Futzalçılara demişdim ki, hakimlərlə danışmayın. Hətta ilk matçda Bolinyaya tapşırdım ki, ehtiyatlı ol. Amma sonrası göz qabağındadır. Paltardəyişmə otağında da ilk tapşırıqlarımdan biri bu olurdu. Ancaq meydanda emosiyaları idarə etmək bir qədər çətin olur. Bəzən nəzarəti itirirsən… Hətta oyunun bir epizodunda Rizvan qapıçı formasında meydanda olduğu halda İsa heç kimə demədən oyuna çıxdı və meydanda eyni vaxtda 6 futzalçımız oldu. Bunlar tələskənliyin nəticəsidir. Həm də tam hazır olmayanda bu cür səhvlərdən qaça bilmirsən.

  • Bu nəticələr sizin üçün nə dəcərədə gözlənilən idi?
  • Gəzlənilməz oldu. Problemlərin olacağını bilirdim. Çünki uzun müddət idi oynamırdıq, buna görə də səhvlərdən qaça bilməyəcəyimizi düşünürdüm. Oyundan sonra uşaqlara bundan nəticə çıxarmalı olduğumuzu dedim. Məğlub olsaq da, hər iki görüş xeyrimizə oldu. Səhvlərimizi gördük, final mərhələsinə qədər bunu aradan qaldırmalıyıq. Futzal elə oyundur ki, taktiki tapşırıqları mənimsəmək üçün gərək mütəmadi oynayasan.
  • Yanvardakı hazırlıq planı necədir?
  • Uşaqlara dedim bu oyunu unudun. Qarşıdakı hər dəqiqə bizim üçün qızıl dəyərindədir. Yerli oyunçular yanvarın 5-də hazırlığa başlayacaq. Legionerlərimiz isə yanvarın 7-8-də gələcəklər. Çünki klublarında oyunlar var, ondan sonra bizə qoşulacaqlar. Niderlanda yollanmazdan əvvəl də bir yoxlama oyunu keçirəcəyik. Belçika millisi ilə matçda nə qədər hazır olduğumuzu görəcəyik.
  • Toplanış zamanı bu heyətə əlvələr olacaq?
  • Eduardo Borgez zədəli olduğuna görə bu toplanışda iştirak edə bilmirdi. Hazırda müalicə olunur. Ümid edirəm ki, həmin vaxta qədər sağalacaq və komandaya qoşulacaq. Əsas odur ki, digər futzalçılarımız da zədəsiz oyunlar keçirsinlər və son hazırlıq mərhələsinə tam heyətlə qatıla bilək.
Dünya futbolu2022-01-23 02:21

“Atletiko” “Valensiya”ya qalib gəldi

Dünya futbolu2022-01-23 01:56

Çempion uduzdu, “Qarabağ”ın rəqibi qalib gəldi

Dünya futbolu2022-01-23 01:42

“İnter” əzmkar qələbəyə sevindi

Dünya futbolu2022-01-23 00:57

“Borussiya”dan səfər qələbəsi

Dünya futbolu2022-01-23 00:32

MS xal itirdi, MY qalib gəldi

Ölkə kuboku2022-01-23 00:11

Azərbaycan Kuboku: 1/4 finalın oyun cədvəli bəlli oldu

Milli komanda2022-01-22 23:51

Azərbaycan – Gürcüstan matçında 5 qol – VİDEO

Dünya futbolu2022-01-22 23:44

“Beşiktaş”la “Fənərbaxça” xal itirdi

Milli komanda2022-01-22 22:06

“Müharibə davam edir” – Millimizin üzvü

Milli komanda2022-01-22 20:52

“Məğlubiyyətə etdiyimiz səhvlər səbəb oldu” – Joze Alesio

Milli komanda2022-01-22 19:16

Azərbaycan millisi Avropa çempionatına məğlubiyyətlə başladı

Ölkə futbolu2022-01-22 18:49

“Sumqayıt” “Şkupi”yə məğlub oldu

Müsahibə2022-01-22 18:27

“Medallar uğrunda mübarizə aparmaq istəyirik” – Slavik Alxasov

Dünya futbolu2022-01-22 18:16

“Barselona”nın sabiq üzvü karyerasını bitirdi

Ölkə futbolu2022-01-22 17:53

“Qarabağ”ın 1 gündə keçirdiyi 2 yoxlama matçı – VİDEO

Dünya futbolu2022-01-22 17:35

Mbappenin qardaşı avtomobil qəzası keçirdi

Digər2022-01-22 17:15

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Ölkə futbolu2022-01-22 16:50

“Neftçi” legioner qapıçı transfer etdi

Milli komanda2022-01-22 16:36

“Azərbaycana gəlməklə düzgün addım atdığımı düşünürəm”

Ölkə futbolu2022-01-22 16:00

Azərbaycan Premyer Liqası 60-cı oldu

Ölkə futbolu2022-01-22 15:30

“Neftçi”də növbəti ayrılıq

Dünya futbolu2022-01-22 14:59

Premyer Liqa klubunda 2 yeni müqavilə

Dünya futbolu2022-01-22 14:27

Koronavirus daha bir futbolçunun ürəyində problemə səbəb oldu

Dünya futbolu2022-01-22 13:58

“Barselona”nın futbolçusu 2 ay oynamayacaq

Dünya futbolu2022-01-22 13:21

PSJ-dən La Liqa klubuna

Milli komanda2022-01-22 13:02

Azərbaycan millisində AÇ öncəsi koronavirus şoku

Dünya futbolu2022-01-22 12:29

“Qalatasaray”da ayrılıq

Ölkə futbolu2022-01-22 12:03

“Sivasspor”un Mahir Emreli üçün təklif etdiyi məbləğ bilindi

Ölkə futbolu2022-01-22 11:45

MEDİA-nın sələfinə oxşamışlığı – bu dəfə fərqli “üslub”da

Ölkə futbolu2022-01-22 11:24

Qurban Qurbanov: “Rəqiblər bizdən daha hazırlıqlı idi”

Dünya futbolu2022-01-22 10:01

Liqa 1-də dekabrın ən yaxşı futbolçusu

Dünya futbolu2022-01-22 09:32

“Liverpul” icarədə olan futbolçunu geri çağırdı

Ölkə futbolu2022-01-22 09:00

“Qarabağ”ın rəqibi 14 milyona aldığı hücumçunu 3 milyona satdı

Dünya futbolu2022-01-22 02:17

“Norviç Siti” 3 xalı 3 qolla qazandı

Dünya futbolu2022-01-22 02:08

Lion “Olimpik”i tək qolla qalib gəldi

Dünya futbolu2022-01-22 01:56

“Espanyol” doğma meydanda darmadağına üzüldü

Dünya futbolu2022-01-22 01:46

“Verona”dan əzmkar qələbə

Dünya futbolu2022-01-22 01:33

“Ayntraxt” doğma meydanda uduzdu

Dünya futbolu2022-01-21 23:32

“Real”ın 1/4 finaldakı rəqibi bəlli oldu

Premyer-liqa2022-01-21 23:20

Premyer Liqada qış bazarlığı – YENİLƏNİR

Ölkə futbolu2022-01-21 22:14

“Sabah”ın futbolçusu Kiyevdə əməliyyat olundu

Milli komanda2022-01-21 21:19

“Onlardan qorxmuruq, ancaq hörmət edirik”

Ölkə futbolu2022-01-21 21:03

Braziliyalı hücumçu rəsmən “Neftçi”də!

Ölkə futbolu2022-01-21 20:50

“Qarabağ”dan bir gündə iki məğlubiyyət

Ölkə futbolu2022-01-21 20:27

“Neftçi”nin sonuncu rəqibi müəyyənləşdi

Ölkə futbolu2022-01-21 19:58

“Neftçi” Harramiz Soareslə yollarını ayırdı

Ölkə futbolu2022-01-21 19:38

“Səbail”in futbolçusu rəsmən Yunanıstan klubunda

Ölkə futbolu2022-01-21 19:11

“Bütün futbolçular səylə çalışırlar” – Elmar Baxşıyev

Ölkə futbolu2022-01-21 18:32

“Qəbələ” Şimali Makedoniya klubuna qalib gəldi

Ölkə futbolu2022-01-21 18:18

“Səbail”dən inamlı qələbə

Gündəm