Bizi izləyin

Müsahibə

“Canımızı meydanda qoysaq, nəticə də yaxşı olacaq”

Dekabrda “Araz”dan (Naxçıvan) ayrılıb Qazaxıstanın “Bayterek” klubuna keçən Hadi Ahmadi futzal üzrə Azərbaycan millisinin toplanışı ilə əlaqədar Bakıya dönüb.

Futbolinfo.az hücumçunun federasiyanın rəsmi saytına müsahibəsini təqdim edir:

  • “Bayterek”də işlərin necə gedir? Yeni klubuna adaptasiya olmusanmı?
  • Əlbəttə, bir ölkədən digərinə yollanmaq, fərqli şəraitə, sistemə uyğunlaşmaq asan deyil. Üstəlik, Qazaxıstanın çox soyuq olduğunu da unutmaq olmaz. Bakıda belə sərt soyuq olmur. “Bayterek”də ilk oyunum “Kayrat”a qarşı oldu. Cəmi 2 gün idi komandaya qoşulmuşdum. İlk matçda uduzsaq da, ikinci görüşdə qələbə qazandıq. Debüt etdiyim oyunda həm qol vurdum, həm də qol ötürməsi verdim. Ukraynalı baş məşqçimiz millinin heyətindəki oyunlarımı görmüşdü deyə, meydana buraxmaqda tərəddüd etmədi. Bu cür uğurlu start adaptasiya işini bir qədər yüngülləşdirdi. Tədricən uyğunlaşmağa çalışdım. Onu da qeyd edim ki, hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşsaq da, ilk “3-lük”dəki komandaların hamısına qalib gəlmişik.
  • Klubun şəraiti necədir?
  • Yaxşıdır. Kluba məxsus oyun, fitness zalları var. Məşqlərimizi də, ev oyunlarımızı da həmin zalda keçirik. Azarkeşlər də oyunlarımızı mütəmadi izləyir. Maraq daha çoxdur. Pandemiyaya rəğmən, hər görüşdə bizi yalnız buraxmırlar. Komandada 3 iranlı futzalçının olması da mənə kömək oldu. Həm oyun stilimiz bir-birinə bənzəyir, həm də ünsiyyət qurmaq işim asan olur. Biz iranlılar bir “dördlük”də yer alırıq.
  • “Bayterek” 6-cı pillədədir. Mükafatçılar sırasına düşmək ehtimalı varmı?
  • Pley-off sistemi ilə keçirilir çempionat. 9 komandadan 8-i pley-off-da iştirak edəcək. Bizim də bu mərhələyə düşmək şansımız yüksəkdir. Transfer dövründə heyətə yeni futzalçılar qoşulacaq. Ola bilsin, yenilər iranlılar olsun.
  • Müqavilən nə vaxt başa çatacaq?
  • Hazırkı anlaşmam mövsümün sonuna qədərdir. Ancaq təklif olsa, karyeramı orada davam etdirməyi düşünürəm. Hər şey məni qane edir.
  • Bizim futzalçılardan kimləri xəbər alırdılar?
  • Emin Kürdovu, Xətai Bağırovu, Ramiz Çovdarovu soruşurdular. Onlar müxtəlif vaxtlarda orda oynayıblar, turnirlərdə iştirak ediblər.
  • Millinin toplanışı ilə əlaqədar Bakıdasan. Yəqin ki, Ukrayna ilə oyunları izləmisən…
  • İzlədim və milli özünə bənzəmədi. Məncə, baş məşqçinin dediklərini icra edə bilmədi komanda yoldaşlarım. Həm də ölkə xaricində çıxış edən futzalçıların taktiki planda “axsadıqları”nı gördüm. Ola bilsin, az məşq ediblər və buna görə Alesionun istədiklərini icra edə bilməyiblər. Həm də bu yoxlama oyunları idi. Məqsəd komandanın durumunu görmək, zəif tərəflərini müəyyənləşdirmək idi. Baş məşqçi final mərhələsinə qədər yəqin ki, aşkarladığı səhvləri, çatışmazlıqları yoluna qoyacaq.
  • Qalan vaxt kifayət edəcək?
  • Hər şey özümüzdən asılıdır. Ürəklə məşq etsək, canımızı meydanda qoysaq, nəticə də yaxşı olacaq. Heç vaxt gec deyil.
  • Final mərhələsində hansı qarşılaşmanı “kilid oyun” hesab edirsən?
  • Gürcüstanla oyunu qeyd edərdim. Bu matçda qələbə qazansaq, ikinci yeri tuta bilərik. Qrupun aşkar favoriti İspaniyadır, amma biz onlara da təslim olmaq haqda düşünmürük. Əlbəttə, Bosniya və Herseqovina da zəif komanda deyil. Maraqlı final mərhələsi olacaq.
Dünya futbolu2022-01-23 21:28

Ələskərovun komandasına qar əngəli

Dünya futbolu2022-01-23 19:45

Premyer Liqa matçında qalmaqal: bir azarkeş həbs olundu

Ölkə futbolu2022-01-23 18:38

“Qəbələ”nin legioneri milliyə dəvət aldı

Digər2022-01-23 18:14

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2022-01-23 17:50

İsgəndərlinin komandasına qələbə üçün bir qol bəs etdi

Dünya futbolu2022-01-23 17:22

“Benfika”nın futbolçusu “Qalatasaray”da

Dünya futbolu2022-01-23 16:48

Eriksen “Ayaks”la məşqlərə başladı, Premyer Liqa klubu ilə müqavilə bağlayır

Dünya futbolu2022-01-23 15:18

“Borussiya”da Haland şoku

Dünya futbolu2022-01-23 14:52

“Atletik”in kapitanı koronavirusa yoluxdu

Dünya futbolu2022-01-23 14:00

“Atletiko”dan Slovakiya klubuna

Dünya futbolu2022-01-23 13:20

“Fənərbaxça”da ciddi itki

Dünya futbolu2022-01-23 12:35

Afrika Millətlər kubokunda 1/8 finala çıxan komandada koronavirus şoku

Dünya futbolu2022-01-23 11:29

Almaniya klubu iranlı hücumçu transfer etdi

Dünya futbolu2022-01-23 10:00

Dmitri Nazarovun komandası darmadağına üzüldü

Dünya futbolu2022-01-23 09:14

Dadaşovun komandası doğma meydanda uduzdu

Dünya futbolu2022-01-23 02:21

“Atletiko” “Valensiya”ya qalib gəldi

Dünya futbolu2022-01-23 01:56

Çempion uduzdu, “Qarabağ”ın rəqibi qalib gəldi

Dünya futbolu2022-01-23 01:42

“İnter” əzmkar qələbəyə sevindi

Dünya futbolu2022-01-23 00:57

“Borussiya”dan səfər qələbəsi

Dünya futbolu2022-01-23 00:32

MS xal itirdi, MY qalib gəldi

Ölkə kuboku2022-01-23 00:11

Azərbaycan Kuboku: 1/4 finalın oyun cədvəli bəlli oldu

Milli komanda2022-01-22 23:51

Azərbaycan – Gürcüstan matçında 5 qol – VİDEO

Dünya futbolu2022-01-22 23:44

“Beşiktaş”la “Fənərbaxça” xal itirdi

Milli komanda2022-01-22 22:06

“Müharibə davam edir” – Millimizin üzvü

Milli komanda2022-01-22 20:52

“Məğlubiyyətə etdiyimiz səhvlər səbəb oldu” – Joze Alesio

Milli komanda2022-01-22 19:16

Azərbaycan millisi Avropa çempionatına məğlubiyyətlə başladı

Ölkə futbolu2022-01-22 18:49

“Sumqayıt” “Şkupi”yə məğlub oldu

Müsahibə2022-01-22 18:27

“Medallar uğrunda mübarizə aparmaq istəyirik” – Slavik Alxasov

Dünya futbolu2022-01-22 18:16

“Barselona”nın sabiq üzvü karyerasını bitirdi

Ölkə futbolu2022-01-22 17:53

“Qarabağ”ın 1 gündə keçirdiyi 2 yoxlama matçı – VİDEO

Dünya futbolu2022-01-22 17:35

Mbappenin qardaşı avtomobil qəzası keçirdi

Digər2022-01-22 17:15

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Ölkə futbolu2022-01-22 16:50

“Neftçi” legioner qapıçı transfer etdi

Milli komanda2022-01-22 16:36

“Azərbaycana gəlməklə düzgün addım atdığımı düşünürəm”

Ölkə futbolu2022-01-22 16:00

Azərbaycan Premyer Liqası 60-cı oldu

Ölkə futbolu2022-01-22 15:30

“Neftçi”də növbəti ayrılıq

Dünya futbolu2022-01-22 14:59

Premyer Liqa klubunda 2 yeni müqavilə

Dünya futbolu2022-01-22 14:27

Koronavirus daha bir futbolçunun ürəyində problemə səbəb oldu

Dünya futbolu2022-01-22 13:58

“Barselona”nın futbolçusu 2 ay oynamayacaq

Dünya futbolu2022-01-22 13:21

PSJ-dən La Liqa klubuna

Milli komanda2022-01-22 13:02

Azərbaycan millisində AÇ öncəsi koronavirus şoku

Dünya futbolu2022-01-22 12:29

“Qalatasaray”da ayrılıq

Ölkə futbolu2022-01-22 12:03

“Sivasspor”un Mahir Emreli üçün təklif etdiyi məbləğ bilindi

Ölkə futbolu2022-01-22 11:45

MEDİA-nın sələfinə oxşamışlığı – bu dəfə fərqli “üslub”da

Ölkə futbolu2022-01-22 11:24

Qurban Qurbanov: “Rəqiblər bizdən daha hazırlıqlı idi”

Dünya futbolu2022-01-22 10:01

Liqa 1-də dekabrın ən yaxşı futbolçusu

Dünya futbolu2022-01-22 09:32

“Liverpul” icarədə olan futbolçunu geri çağırdı

Ölkə futbolu2022-01-22 09:00

“Qarabağ”ın rəqibi 14 milyona aldığı hücumçunu 3 milyona satdı

Dünya futbolu2022-01-22 02:17

“Norviç Siti” 3 xalı 3 qolla qazandı

Dünya futbolu2022-01-22 02:08

Lion “Olimpik”i tək qolla qalib gəldi

Gündəm