Connect with us

Müsahibə

Ozobiç: “Azərbaycan millisini seçdiyim üçün peşman deyiləm”

Paylaşıldı

-

“Qarabağ”ın və Azərbaycan milli komandasının futbolçusu Filip Ozobiç Xorvatiya mətbuatına müsahibə verib.

Futbolinfo.az “sportske.jutarnji.hr” saytına istinadən xəbər verir ki, Ozobiç, Azərbaycan milli komandasını seçdiyi üçün peşman olmadığını deyib:

  • “Hayduk” azarkeşləri sizi bura qayıtmağa razı sala bildilər?
  • Bir neçəsi mənə dedi ki, yenidən “ağ-qaralar”da oynamalıyam. Amma daha il yarımlıq müqaviləm olduğunu bildirdim. “Qarabağ”dan razıyam. “Hayduk”un yaxşı mövsüm keçirməsinə şadam və ümid edirəm ki, sona qədər davam edəcək.
  • Bakıda ulduz kimi şəhərdə rahat gəzə bilirsiz?
  • Şəhərə çıxanda insanlar məni tanıyır, amma tez-tez yaxınlaşmırlar. Hərdən kimsə şəkil çəkdirmək istəyir. Futbolu izləyən adam kimin harada oynadığını bilir. Amma Splitdəki kimi eyforiya yoxdur.
  • Deməli, Marko Livaya qədər tanınmış deyilsiz?
  • Təsadüf deyil, bu baxımdan mən Livayanın heç on faizi də deyiləm. Orada futbolçulara belə pərəstiş etmək vərdişləri yoxdur. Splitdə baş verənlər, həqiqətən də, heç yerdə yoxdur.
  • Azərbaycan yığmasını seçdiyiniz üçün peşman deyilsiz?
  • Azərbaycan millisini seçdiyim üçün peşman deyiləm. Bilirdim ki, Xorvatiya millisindən mənə zəng etməyəcəklər. İmkan varsa, niyə kömək etməyək.
  • Azarkeşlər sizi öz millilərinin forması altında dəstəkləyirlər?
  • Mənə mahnı oxuyurlar. Azərbaycan dilində oxuduqları üçün başa düşmürəm. Mən o dili yaxşı bilmirəm, yalnız sol, sağ, daha yavaş, daha sürətli… Səbəb odur ki, hamı rus dilində danışır, ona görə də öyrənməyə ehtiyac duymadım. Rus dilini daha əvvəl Moskva “Spartak”ında olarkən mənimsəmişdim.
  • Dünya çempionatının seçmə mərhələsində cəmi 1 xalla sonuncu yeri tutduz…
  • Beş komandadan ibarət qrupumuz var idi. Bundan pis olsaydı belə, daha çox xal toplayardıq. Azərbaycanda bir növ nəsil dəyişikliyi yaşanır, italyan baş məşqçi Canni de Byazi yeni komanda formalaşdırır. Millətlər Liqasında daha yaxşı olacağımıza inanıram. Komanda yeni qurulur. Bəzi oyunçular getdi.
  • Millətlər Liqasındakı rəqiblər Slovakiya, Belarus və Qazaxıstan-Moldova cütünün qalibidir. Qrupda birinci yeri tutmaq arzunuz var?
  • Slovakiya kağız üzərində əsas favoritdir, bunu etiraf etməliyik. Təcrübələri, güclü liqalardan keyfiyyətli oyunçuları var. Xorvatiya ilə matçlarda təhlükəli və yaxşı olduqları görünürdü. Təəccübləndirmək istəyirik, amma özümüzə birincilik məcburiyyəti qoymuruq. Seçmə mərhələlərdən daha çox xal qazanmalıyıq.
  • Azərbaycan yığmasında oynayacağınızı deyəndə ailəniz necə qarşıladı?
  • Hamı məni dəstəklədi. Qərarlarıma hörmət edirlər. Təkcə ailə üzvlərim deyil, həm də dostlarım matçlara baxırlar.
  • Robert Prosineçki və Nikola Yurçeviç Azərbaycan millisini çalışdırıb. Bu gün hansına daha çox dəyər verirlər?
  • Hər ikisini yüksək qiymətləndirirlər, hər birinin öz şəraiti var idi ki, bacardığı qədər etdi. Robert orada hələ də təriflənir, çox yaxşı iz buraxdı.
  • Hazırda Azərbaycanda nə qədər xorvat var?
  • “Sabah”da ancaq Şpiro Periçiç oynayır. Məndən başqa yalnız o orada oynayır.
  • Ötən mövsüm “Neftçi” sizi üstələyərək çempion oldu, bu mövsüm isə lidersiz…
  • Çempionatda birinciyik, indi mövsümün ikinci yarısının daha uğurlu keçməsi üçün yaxşı hazırlaşmalıyıq.
  • Xorvatiyalı futbolçu Duje Kaleta-Kar “Marsel”də qalsa, Konfrans Liqasının pley-off mərhələsində rəqib olacaqsız…
  • Görüşməmişik, amma yəqin ki, indi şansımız olacaq. O, məndən beş yaş kiçikdir. “Marsel” böyük klubdur. Bununla belə, bizim də gözəl komandamız, bir sıra yaxşı oyunçularımız var. Bizə qarşı oyun onlar üçün asan olmayacaq. Bu, “Qarabağ”ın avrokuboklarda yarışdığı müddətdə ən yaxşı nəticəsidir. Komanda Çempionlar Liqası və Avropa Liqasının qrupunda oynayıb, amma ilk dəfə daha irəli getdi.
  • “Marsel” cütlüyün aşkar favoritidir…
  • Əlbəttə, belədir. Amma iki oyunda üz-üzə gəldiyin zaman hər şey ola bilər.
  • “Qarabağ”ın karyeranızın zirvəsi olduğu qənaətindəsiz. Hazırda isə yaşınız 30-dur. Başqa ambisiyalarınız var?
  • Görək bundan sonrası necə olacaq. Mənim üçün ən vacibi sağlam olmaq, yaxşı oynamaqdır. Qalanı özü gələcək. Karyeram boyu çox zədə almışam, amma uğurlu işlər də görmüşəm. Xorvatiyada insanlar “Qarabağ”ı yaxşı tanımırlar. Lakin bu, əla və intizamlı klubdur.

Arxiv

Dünya futbolu18 dəqiqə əvvəl

Super Liqada cari mövsümə onun adı verildi

Dünya futbolu37 dəqiqə əvvəl

İbrahimoviç 150-yə çatdı

Dünya futbolu56 dəqiqə əvvəl

“Roma”nın futbolçusu “Yuventus”a keçə bilər

Ölkə futbolu1 saat əvvəl

“Keşlə” transfer edə bilmədi, “Sumqayıt” baxışdan keçirir

Ölkə futbolu2 saat əvvəl

Araz Abdullayevdən bəd xəbər: kubok oyunlarını buraxacaq

Ölkə futbolu2 saat əvvəl

“Sabah”ın legioneri koronavirusdan sağaldı

Dünya futbolu3 saat əvvəl

“Liverpul”un sabiq futbolçusu Türkiyə klubunda

Dünya futbolu3 saat əvvəl

“Real”ın əfsanəvi futbolçusu vəfat etdi

Ölkə futbolu3 saat əvvəl

“Kamran Ağayevin karyerasını bitirməsi bizim üçün gözlənilməz oldu”

Ölkə futbolu4 saat əvvəl

“Neftçi”nin “Visla” ilə matçının başlama saatı bilindi

Dünya futbolu4 saat əvvəl

PSJ Zidanla razılığa gəldi

Ölkə futbolu5 saat əvvəl

“Xan Lənkəran” baş məşqçisini istefaya göndərdi

Dünya futbolu5 saat əvvəl

Məşqə sərxoş gələn futbolçu milli karyerasını bitirdi

Dünya futbolu6 saat əvvəl

“Barselona”da ciddi itki

Dünya futbolu6 saat əvvəl

Premyer Liqada daha bir matç təxirə salındı

Ölkə futbolu7 saat əvvəl

Canni De Byazinin “The Best” uzaqgörənliyi

Ölkə futbolu7 saat əvvəl

AÇ: Hansı komanda 11 finalın 9-da iştirak edib?

Dünya futbolu7 saat əvvəl

“The Best”: Levandovski, Messi və Ronaldo kimlərə səs verib?

Ölkə futbolu8 saat əvvəl

“Qəbələ” Polşa klubu ilə üz-üzə – YENİLƏNİR

Ölkə futbolu8 saat əvvəl

“Keşlə” “Səbail”ə qarşı – YENİLƏNİR

Ölkə futbolu9 saat əvvəl

AFFA Konfrans üçün vaxt təyin etdi

Dünya futbolu16 saat əvvəl

“Milan” uduzdu, “Napoli” qələbəyə sevindi

Ölkə futbolu17 saat əvvəl

Dörd əskiklə hazırlaşan “Qəbələ” üçün Antalyada ilk sınaq

Dünya futbolu17 saat əvvəl

Patrik Andradeli Kabo Verde millisi qrup üçüncüsü oldu

Dünya futbolu18 saat əvvəl

“The Best”: FİFA 2021-ci ilin ən yaxşılarını açıqladı

Milli komanda19 saat əvvəl

Belçika – Azərbaycan matçında 8 qol – VİDEO

Milli komanda20 saat əvvəl

“Tək Belçikaya yox, həm də hakimlərə qarşı mübarizə apardıq”

Dünya futbolu20 saat əvvəl

“Mançester Yunayted”in futbolçusu “Nyukasl”a keçməkdən imtina etdi

Ölkə futbolu21 saat əvvəl

“Keşlə”nin “Səbail”lə ilk matçının vaxtı və məkanı bilindi

Milli komanda22 saat əvvəl

“Oyunun əhəmiyyəti böyük idi” – Joze Alesio

Milli komanda22 saat əvvəl

Azərbaycan millisinin iki üzvü Belçikada karantinə alındı

Dünya futbolu22 saat əvvəl

“Barselona” İspaniya millisinin üzvü ilə güclənir

Digər22 saat əvvəl

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Milli komanda23 saat əvvəl

Azərbaycan millisi Belçikaya məğlub oldu

Dünya futbolu1 gün əvvəl

FİFA prezidenti Qətərə köçdü

Dünya futbolu1 gün əvvəl

“Atletiko” mozambikli futbolçu transfer edir

Dünya futbolu1 gün əvvəl

Azərbaycanda oynamış futbolçu Ermənistan klubu ilə razılaşdı

Dünya futbolu1 gün əvvəl

Marselo “Real”ın tarixinə düşdü

Dünya futbolu1 gün əvvəl

“Barselona”dan Dembeleyə şərt

Ölkə futbolu1 gün əvvəl

“Beşiktaş”dan Musa Qurbanlı açıqlaması

Dünya futbolu1 gün əvvəl

MY-nin futbolçusu baş məşqçini yalançı çıxardı

Dünya futbolu1 gün əvvəl

İtaliya klubu baş məşqçisi ilə vidalaşdı

Dünya futbolu1 gün əvvəl

Braziliya klubu Dieqo Kosta ilə vidalaşdı

Ölkə futbolu1 gün əvvəl

“Neftçi”nin yeni transferindən vida paylaşımı

Dünya futbolu1 gün əvvəl

PSJ-də ciddi itki

Ölkə futbolu1 gün əvvəl

“Sabah”ın Antalyada növbəti rəqibi bəlli oldu

Ölkə futbolu1 gün əvvəl

Aleksey Baqa: “İşləmək üçün yaxşı material və maraqlı çempionat var”

Dünya futbolu1 gün əvvəl

“The Best” mükafatının sahibləri bəlli olur

Dünya futbolu1 gün əvvəl

Rafael Benites qovuldu

Dünya futbolu1 gün əvvəl

“Qarabağ”ın rəqibi CAS-a müraciət etdi

Gündəm