Connect with us

Müsahibə

“Məqsədimiz yarışın son gününə qədər orada qalmaqdır”

Paylaşıldı

-

Bakıda təlim-məşq toplanışına start verən Azərbaycan millisinin üzvü Vassura federasiyanın rəsmi saytına müsahibə verib.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

  • Bir neçə gün əvvəl “Sporting Paris” klubu ilə müqavilə imzaladın. Buna qədər hansı komandada çıxış edirdin?
  • Ötən ilin martında millinin seçmə mərhələsinin oyunlarından sonra Braziliyaya döndüm. Orada bir klubla anlaşdım, amma bu qısamüddətli oldu. Daha sonra “futbol 7×7” turnirinə qatıldım. Braziliya millisinin heyətində dünya çempionu olduq. Ötən həftə isə “Sporting Paris” klubu ilə müqavilə imzaladım. Bilirsiniz ki, millinin digər üzvü Fineo De Araujo da həmin klubda çıxış edir. Onu da deyim ki, adaptasiya üçün mənə əlavə vaxt lazım deyil. Çünki təcrübəm bunun öhdəsindən asanlıqla gələcəyimə təminat verir. Vassoura meydandadırsa, işinin öhdəsindən gələcək.
  • Komandanın məqsədi nədir?
  • Bu klub hazırda Fransa çempionatının Birinci Liqasında iştirak edir və liderdir. Məqsədləri üst liqaya vəsiqə qazanmaqdır. Onu da deyim ki, rəqabət böyükdür. Hətta məşhur portuqaliyalı futzalçı Rikardinyo da bu liqada iştirak edir. Mövsümün sonunda çempionluq kubokunu başımız üzərinə qaldırmaq istəyirik. Yaxşı baş məşqçimiz, infrastrukturumuz var.
  • Debüt etmək imkanın oldu?
  • Yox, oyuna çıxmadım. Amma 3-4 məşqdə iştirak etdim. Cəmi 1 həftə əvvəl komandaya qoşulmuşam. Millinin oyunlarından sonra debüt edəcəm.
  • Gələk milli komandaya. Bu gün ilk məşqini keçirdin komanda ilə birgə. Milli final mərhələsinə nə dərəcədə hazırdır?
  • Toplanış bu gün başladı. Səhərə yaxın Bakıya çatmışam. Əlbəttə, ilk məşq hər zaman çətin olur. Çalışırıq ki, hər məşqdən maksimum faydalanaq. Vaxtımız çox azdır. Bir həftəyə yaxın Bakıda hazırlıq keçəcəyik. Daha sonra Belçikaya gedəcəyik və orada bir yoldaşlıq matçında gücümüzü sınayacağıq. Həmin görüş rəsmi oyunlara nə dərəcədə hazır olduğumuzu göstərəcək. Yenə deyirəm, qalan vaxt çox azdır. Alesionun istəyini yerinə yetirmək üçün 2-3 həftə məşq etmək lazımdır. İndi bizim buna imkanımız yoxdur.
  • Final mərhələsindəki rəqiblərimiz haqda nə düşünürsən?
  • Çox çətin qrupda yer almışıq. İspaniya haqda danışmaq artıqdır. Ancaq onlara qarşı da mübarizəmizi apracağıq. İspanlar futzalda hegemon olsalar da, biz heç bir rəqibdən çəkinmirik. Gürcüstan indi-indi bu cür turnirə qatılır.
  • Qrupda “Kilid oyun” hansını hesab edirsən?
  • İlk oyun çox vacibdir. Gürcüstanla matçda mütləq qələbə qazanmalıyıq. Onların heyətində də yeni futzalçılar var.
  • Rəqiblərimizdən Gürcüstan və Bosniya və Herseqovina final mərhələsinin debütantlarındandır..
  • Bu cür yarışlarda bizim təcrübəmiz daha çoxdur. Artıq 6-cı dəfə final mərhələsində iştirak edəcəyik. Onlar isə ilk dəfə belə yarışa çıxacaqlar. Təcrübəmiz çox olsa da, bu hər şey demək deyil. Yadınıza gəlirsə, millimiz ən yaxşı nəticəsini məhz debüt ilində qazanmışdı. İnanıram ki, 2022-ci il Azərbaycan futzalı üçün əlamətdar olacaq. Nəticəmizi yaxşılaşdıracağıq. Məqsədimiz yarışın son gününə qədər orada qalmaqdır. Özümü buna hazır sayıram.
  • Ukrayna ilə oyunları necə, izləmisən?
  • Ukrayna Avropanın yaxşı komandalarından biridir. İllərdir bir kollektivdə çıxış edirlər. Bizim isə hazırlaşmaq üçün vaxtımız az oldu. Ölkə xaricində çıxış edən legionerlər cəmi 2 gün əvvəl Bakıya gələ bildilər. Bu cür məqamlar həlledici olur. Allahın köməyi ilə Niderlanda fiziki, taktiki və texniki baxımdan hazır yollanacağıq.
Reklamlar

Arxiv

Dünya futbolu18 dəqiqə əvvəl

Super Liqada cari mövsümə onun adı verildi

Dünya futbolu37 dəqiqə əvvəl

İbrahimoviç 150-yə çatdı

Dünya futbolu56 dəqiqə əvvəl

“Roma”nın futbolçusu “Yuventus”a keçə bilər

Ölkə futbolu1 saat əvvəl

“Keşlə” transfer edə bilmədi, “Sumqayıt” baxışdan keçirir

Ölkə futbolu2 saat əvvəl

Araz Abdullayevdən bəd xəbər: kubok oyunlarını buraxacaq

Ölkə futbolu2 saat əvvəl

“Sabah”ın legioneri koronavirusdan sağaldı

Dünya futbolu3 saat əvvəl

“Liverpul”un sabiq futbolçusu Türkiyə klubunda

Dünya futbolu3 saat əvvəl

“Real”ın əfsanəvi futbolçusu vəfat etdi

Ölkə futbolu3 saat əvvəl

“Kamran Ağayevin karyerasını bitirməsi bizim üçün gözlənilməz oldu”

Ölkə futbolu4 saat əvvəl

“Neftçi”nin “Visla” ilə matçının başlama saatı bilindi

Dünya futbolu4 saat əvvəl

PSJ Zidanla razılığa gəldi

Ölkə futbolu5 saat əvvəl

“Xan Lənkəran” baş məşqçisini istefaya göndərdi

Dünya futbolu5 saat əvvəl

Məşqə sərxoş gələn futbolçu milli karyerasını bitirdi

Dünya futbolu6 saat əvvəl

“Barselona”da ciddi itki

Dünya futbolu6 saat əvvəl

Premyer Liqada daha bir matç təxirə salındı

Ölkə futbolu7 saat əvvəl

Canni De Byazinin “The Best” uzaqgörənliyi

Ölkə futbolu7 saat əvvəl

AÇ: Hansı komanda 11 finalın 9-da iştirak edib?

Dünya futbolu7 saat əvvəl

“The Best”: Levandovski, Messi və Ronaldo kimlərə səs verib?

Ölkə futbolu8 saat əvvəl

“Qəbələ” Polşa klubu ilə üz-üzə – YENİLƏNİR

Ölkə futbolu8 saat əvvəl

“Keşlə” “Səbail”ə qarşı – YENİLƏNİR

Ölkə futbolu9 saat əvvəl

AFFA Konfrans üçün vaxt təyin etdi

Dünya futbolu16 saat əvvəl

“Milan” uduzdu, “Napoli” qələbəyə sevindi

Ölkə futbolu17 saat əvvəl

Dörd əskiklə hazırlaşan “Qəbələ” üçün Antalyada ilk sınaq

Dünya futbolu17 saat əvvəl

Patrik Andradeli Kabo Verde millisi qrup üçüncüsü oldu

Dünya futbolu18 saat əvvəl

“The Best”: FİFA 2021-ci ilin ən yaxşılarını açıqladı

Milli komanda19 saat əvvəl

Belçika – Azərbaycan matçında 8 qol – VİDEO

Milli komanda20 saat əvvəl

“Tək Belçikaya yox, həm də hakimlərə qarşı mübarizə apardıq”

Dünya futbolu20 saat əvvəl

“Mançester Yunayted”in futbolçusu “Nyukasl”a keçməkdən imtina etdi

Ölkə futbolu21 saat əvvəl

“Keşlə”nin “Səbail”lə ilk matçının vaxtı və məkanı bilindi

Milli komanda22 saat əvvəl

“Oyunun əhəmiyyəti böyük idi” – Joze Alesio

Milli komanda22 saat əvvəl

Azərbaycan millisinin iki üzvü Belçikada karantinə alındı

Dünya futbolu22 saat əvvəl

“Barselona” İspaniya millisinin üzvü ilə güclənir

Digər22 saat əvvəl

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Milli komanda23 saat əvvəl

Azərbaycan millisi Belçikaya məğlub oldu

Dünya futbolu1 gün əvvəl

FİFA prezidenti Qətərə köçdü

Dünya futbolu1 gün əvvəl

“Atletiko” mozambikli futbolçu transfer edir

Dünya futbolu1 gün əvvəl

Azərbaycanda oynamış futbolçu Ermənistan klubu ilə razılaşdı

Dünya futbolu1 gün əvvəl

Marselo “Real”ın tarixinə düşdü

Dünya futbolu1 gün əvvəl

“Barselona”dan Dembeleyə şərt

Ölkə futbolu1 gün əvvəl

“Beşiktaş”dan Musa Qurbanlı açıqlaması

Dünya futbolu1 gün əvvəl

MY-nin futbolçusu baş məşqçini yalançı çıxardı

Dünya futbolu1 gün əvvəl

İtaliya klubu baş məşqçisi ilə vidalaşdı

Dünya futbolu1 gün əvvəl

Braziliya klubu Dieqo Kosta ilə vidalaşdı

Ölkə futbolu1 gün əvvəl

“Neftçi”nin yeni transferindən vida paylaşımı

Dünya futbolu1 gün əvvəl

PSJ-də ciddi itki

Ölkə futbolu1 gün əvvəl

“Sabah”ın Antalyada növbəti rəqibi bəlli oldu

Ölkə futbolu1 gün əvvəl

Aleksey Baqa: “İşləmək üçün yaxşı material və maraqlı çempionat var”

Dünya futbolu1 gün əvvəl

“The Best” mükafatının sahibləri bəlli olur

Dünya futbolu1 gün əvvəl

Rafael Benites qovuldu

Dünya futbolu1 gün əvvəl

“Qarabağ”ın rəqibi CAS-a müraciət etdi

Gündəm