Connect with us

Ölkə futbolu

“Baqa yaxşı “böhran məşqçisi” olduğunu sübut edib”

Paylaşıldı

-

“Sumqayıt”ın belaruslu məşqçi Aleksey Baqa ilə anlaşması bir çox müzakirələr yol açdı. Onun müvəqqəti olaraq “gənclik şəhəri” klubunda çalışacağı, Canni de Byazinin uğursuz olacağı halda milliyə gətiriləcəyi xəbərləri var. Bəzi mənbələr də iddia edir ki, Baqanın başqa problemləri var və Belarusda hazırda iş tapa bilməməsinin səbəbi də budur.

İstənilən halda, son illər özünü yaxşı tərəfdən göstərən, nəticələri göz oxşayan birinin Sumqayıta gəlməsi maraq doğurur. Futbolinfo.az-ın əməkdaşı Baqanı daha doğru təqdim etmək üçün belarusdan olan jurnalistlərlə əlaqə saxladı. Həmkarlarımız çalışdırıcının ölkəsində və Qazaxıstanda möhkəmlənə bilməməsinə aydınlıq gətirdilər.

Nikolay İvanov (“Прессбола” nəşri): “Əlbəttə ki, Aleksey Baqa Belarusun ən yaxşı məşqçilərindən biridir. Onun xaricdə əldə etdiyi nəticələr bunu deməyə əsas verir. Məsələn, Litvada elə birinci il çempion oldu, Qazaxıstanda “Aktobe” rəhbərliyi ilə problemlər ucbatından daha çox nəticə qazana bilmədi. Düşünürəm ki, “Sumqayıt”ın rəhbərliyi onun işinə mane olmasa, komandanın nəticələrini yaxşılaşdıracaq. Baqa artıq yaxşı bir böhran məşqçisi olduğunu sübut edib. Soliqorsk “Şaxtyor”unda komandanı toparladı və çempion etdi. Düşünürəm ki, Azərbaycan təmsilçisini də aşağı pillələrdən xilas edə bilər. Tezliklə görəcəksiniz ki, Baqa sizin çempionat üçün yaxşı məşqçidir. Onun səviyyəsi yuxarıdır və Belarusdan zəif deyil. Aleksey uzun illər BATE-də çalışdı, bu klubla yaxşı nəticələr göstərdi. Xüsusən, Avropa Liqasında oyunlar heç kimin yadından çıxmır. Ancaq 2019-cu ildə Belarus çempionluğunu qazana bilmədi və BATE-nin təcrübəsiz rəhbəri Andrey Kapskoy Baqa ilə müqaviləni yeniləməmək qərarına gəldi. Bu səhv addım idi. Hətta bu il onu kluba qaytarmaq istəsələr də, qatar getmişdi. BATE-nin nəticələri daha pis oldu, Baqa isə digər klublarda yaxşı işlər gördü. Bir sözlə, 2019-cu ilin sonunda rəhbərliyin axmaqlığına görə qovulmasaydı, hələ də öz klubu BATE-də çalışacaqdı”.

Dmitri Ruto (by.tribuna.com): “Aleksey Baqa kifayət qədər təcrübəli və bacarıqlı məşqçidir. Bəlkə də o, hazırda Belarusun ən yaxşı mütəxəssislərindən biridir. Onun burada və Litvada qazandıqları çox şey deyir. Qeyd etmək lazımdır ki, istənilən komandada futbolçularla dil tapmağı bacarır. Bir çox futbolçular onunla əsl performansını göstərə bilir və gözəl futbol oynayan komanda qurur. Baqanın son bir ildə 3 klubda işləməsi isə sadəcə, təsadüfdür. “Aktobe”də alınmadı, “Şaxtyor”da çempion oldu. Sadəcə, bəzən elə məqamlar olur ki,  məşqçi karyerasına maneə törədir. Əminəm ki, Baqa Azərbaycanda uğurlu olacaq. Ölkənizi seçməsinə gəlincə, Baqa açıqlamasında bildirmişdi ki, hələ Belarusda işləmək istəmir. Özünüz bilirsiniz ki, hazırda bizim futbolda çətin dönəmdir. Hətta futbolçular belə çempionatımızda qalmaq istəmir. Böyüməyə, inkişaf etməyə çalışan məşqçi haqqında çox söz demək olmur. Baqa bax onlardandır. Ola bilər ki, Baqanı “Sumqayıt”la qarşısına qoyulan vəzifələr cəlb edib. Bəlkə də orada futbolu yaşamaq istəyib. Yəqin ki, tərəflər bir-birini yaxşı anlayıb, ortaq dil tapıblar. Və bunlar nəticə üçün vacibdir”.

Arxiv

Dünya futbolu18 dəqiqə əvvəl

Super Liqada cari mövsümə onun adı verildi

Dünya futbolu37 dəqiqə əvvəl

İbrahimoviç 150-yə çatdı

Dünya futbolu56 dəqiqə əvvəl

“Roma”nın futbolçusu “Yuventus”a keçə bilər

Ölkə futbolu1 saat əvvəl

“Keşlə” transfer edə bilmədi, “Sumqayıt” baxışdan keçirir

Ölkə futbolu2 saat əvvəl

Araz Abdullayevdən bəd xəbər: kubok oyunlarını buraxacaq

Ölkə futbolu2 saat əvvəl

“Sabah”ın legioneri koronavirusdan sağaldı

Dünya futbolu3 saat əvvəl

“Liverpul”un sabiq futbolçusu Türkiyə klubunda

Dünya futbolu3 saat əvvəl

“Real”ın əfsanəvi futbolçusu vəfat etdi

Ölkə futbolu3 saat əvvəl

“Kamran Ağayevin karyerasını bitirməsi bizim üçün gözlənilməz oldu”

Ölkə futbolu4 saat əvvəl

“Neftçi”nin “Visla” ilə matçının başlama saatı bilindi

Dünya futbolu4 saat əvvəl

PSJ Zidanla razılığa gəldi

Ölkə futbolu5 saat əvvəl

“Xan Lənkəran” baş məşqçisini istefaya göndərdi

Dünya futbolu5 saat əvvəl

Məşqə sərxoş gələn futbolçu milli karyerasını bitirdi

Dünya futbolu6 saat əvvəl

“Barselona”da ciddi itki

Dünya futbolu6 saat əvvəl

Premyer Liqada daha bir matç təxirə salındı

Ölkə futbolu7 saat əvvəl

Canni De Byazinin “The Best” uzaqgörənliyi

Ölkə futbolu7 saat əvvəl

AÇ: Hansı komanda 11 finalın 9-da iştirak edib?

Dünya futbolu7 saat əvvəl

“The Best”: Levandovski, Messi və Ronaldo kimlərə səs verib?

Ölkə futbolu8 saat əvvəl

“Qəbələ” Polşa klubu ilə üz-üzə – YENİLƏNİR

Ölkə futbolu8 saat əvvəl

“Keşlə” “Səbail”ə qarşı – YENİLƏNİR

Ölkə futbolu9 saat əvvəl

AFFA Konfrans üçün vaxt təyin etdi

Dünya futbolu16 saat əvvəl

“Milan” uduzdu, “Napoli” qələbəyə sevindi

Ölkə futbolu17 saat əvvəl

Dörd əskiklə hazırlaşan “Qəbələ” üçün Antalyada ilk sınaq

Dünya futbolu17 saat əvvəl

Patrik Andradeli Kabo Verde millisi qrup üçüncüsü oldu

Dünya futbolu18 saat əvvəl

“The Best”: FİFA 2021-ci ilin ən yaxşılarını açıqladı

Milli komanda19 saat əvvəl

Belçika – Azərbaycan matçında 8 qol – VİDEO

Milli komanda20 saat əvvəl

“Tək Belçikaya yox, həm də hakimlərə qarşı mübarizə apardıq”

Dünya futbolu20 saat əvvəl

“Mançester Yunayted”in futbolçusu “Nyukasl”a keçməkdən imtina etdi

Ölkə futbolu21 saat əvvəl

“Keşlə”nin “Səbail”lə ilk matçının vaxtı və məkanı bilindi

Milli komanda22 saat əvvəl

“Oyunun əhəmiyyəti böyük idi” – Joze Alesio

Milli komanda22 saat əvvəl

Azərbaycan millisinin iki üzvü Belçikada karantinə alındı

Dünya futbolu22 saat əvvəl

“Barselona” İspaniya millisinin üzvü ilə güclənir

Digər22 saat əvvəl

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Milli komanda23 saat əvvəl

Azərbaycan millisi Belçikaya məğlub oldu

Dünya futbolu1 gün əvvəl

FİFA prezidenti Qətərə köçdü

Dünya futbolu1 gün əvvəl

“Atletiko” mozambikli futbolçu transfer edir

Dünya futbolu1 gün əvvəl

Azərbaycanda oynamış futbolçu Ermənistan klubu ilə razılaşdı

Dünya futbolu1 gün əvvəl

Marselo “Real”ın tarixinə düşdü

Dünya futbolu1 gün əvvəl

“Barselona”dan Dembeleyə şərt

Ölkə futbolu1 gün əvvəl

“Beşiktaş”dan Musa Qurbanlı açıqlaması

Dünya futbolu1 gün əvvəl

MY-nin futbolçusu baş məşqçini yalançı çıxardı

Dünya futbolu1 gün əvvəl

İtaliya klubu baş məşqçisi ilə vidalaşdı

Dünya futbolu1 gün əvvəl

Braziliya klubu Dieqo Kosta ilə vidalaşdı

Ölkə futbolu1 gün əvvəl

“Neftçi”nin yeni transferindən vida paylaşımı

Dünya futbolu1 gün əvvəl

PSJ-də ciddi itki

Ölkə futbolu1 gün əvvəl

“Sabah”ın Antalyada növbəti rəqibi bəlli oldu

Ölkə futbolu1 gün əvvəl

Aleksey Baqa: “İşləmək üçün yaxşı material və maraqlı çempionat var”

Dünya futbolu1 gün əvvəl

“The Best” mükafatının sahibləri bəlli olur

Dünya futbolu1 gün əvvəl

Rafael Benites qovuldu

Dünya futbolu1 gün əvvəl

“Qarabağ”ın rəqibi CAS-a müraciət etdi

Gündəm