Connect with us

Müsahibə

“Taktiki planda çox çalışmalıyıq”

Paylaşıldı

-

Futzal üzrə Avropa çempionatının final mərhələsinə hazırlaşan Azərbaycan millisi dünən 2 məşq keçib. Futbolinfo.az xəbər verir ki, axşam çalışmasından sonra komandaya sonuncu qoşulan Eduardo Borges federasiyanın rəsmi saytına müsahibə verib.

  • Dekabrda Ukrayna ilə oyunlarda zədəli olduğuna görə iştirak etmədin. Özünü necə hiss edirsən?
  • Ciddi zədə deyildi. Həkimlər dizimə müalicə əhəmiyyətli gel vurmuşdular. Buna görə də 10-12 gün intensiv hərəkət etməməli idim. Bu səbəbdən də Ukrayna ilə oyunları buraxmalı oldum. Avropa çempionatının final mərhələsində komandama kömək etmək daha vacibdir. İndi özümü yaxşı hiss edirəm.
  • Məşqlər necə gedir?
  • Plana uyğun olaraq hazırlaşırıq. Çalışırıq ki, baş məşqçinin istədiklərini yerinə yetirək. 8-9 aydan sonra komandaya qoşuldum, əla atmosfer var. Hamı istəklidir. Məşqlərdə çox çalışırıq ki, oyunlarda bəhrəsini görək.
  • Komandanı rəsmi oyunlara hazır saymaq olarmı?
  • Bu barədə tələsməyək. Bakıda hələ 2 məşqimiz var. Ondan sonra Belçika ilə oynayacağıq. Həmin görüş zəif cəhətlərimizi ortaya çıxaracaq. Belçika ilə matçdan sonra da vaxtımız olacaq.
  • Əsas çatışmazlıq fiziki, yoxsa taktiki hazırlıqla bağlıdır?
  • Fiziki hazırlığımız yaxşıdır. Taktiki planda çox çalışmalıyıq. Eyni zamanda standartlar üzərində də işləməliyik. Mən Belçika, Qalo və Rafael İspaniya, Tyaqo və Fineo isə Fransa çempionatında çıxış edirlər. Həm biz, həm də “Araz-Naxçıvan”da oynayan futzalçılar indi eyni sistemdə yer almalıyıq. Bunun üçün də çox məşq etməliyik. Yəni zamana ehtiyac var, vaxtımız isə çox azdır.
  • Federasiya prezidenti Zaur Axundov komanda üzvləri ilə görüşdü. Nə dedi?
  • Hər zamankı kimi, məşq prosesi, hazırlığımızla, zədəli olub-olmamağımızla maraqlandı. Təbii ki, rəhbərlik hər zaman bizdən daha yaxşı nəticə istəyir. Bu cür yarışda nəticə çox önəmlidir. İlk matçda daha yaxşı oynamalıyıq.
  • Qrupumuzun açılış oyununda Gürcüstan yığması ilə qarşılaşacağıq. Təqvimi uyğun hesab edirsənmi?
  • Çətin qrupda yer aldığımızı gizlədə bilmərəm. Gürcüstan millisi debüt etsə də, heyətini gücləndirib. Yeni futzalçıları var. Çoxlu yoldaşlıq oyunları keçiriblər. Əvvəlki oyunları ilə indiki çıxışları arasında xeyli fərq var. Bu duelin favoriti onlardır. Debütant olduqlarına görə çox istəklidirlər. Əlbəttə, bunlar oyundan əvvəlki düşüncələrimdir.
  • Rəqibin oyunlarını izləmisən?
  • Əlbəttə, izləmişəm. Ümumiyyətlə, asan oyun olmur. Gürcüstan millisi ilk dəfə bu mərhələyə yüksəlib. Çox istəklidirlər, yaxşı nəticə qazanmaq üçün əllərindən gələni edəcəklər. Həm də onların aparıcı oyunçularından Roninyo ilə bir klubda çıxış edirəm. Onunla müəyyən söhbətlərimiz olub.
  • Roninyo bir qrupda yer almağımızı özləri üçün necə dəyərləndirib?
  • Püşk atıldıqdan sonra onun da fikrini soruşdum. Açığı, istəmirdi.
  • Heç İspaniya, Bosniya və Herseqovina haqda danışan yoxdur..
  • İspaniyanın gücünü bütün komandalar bilir. Bosniya və Herseqovina da ilk dəfə iştirak edəcək. Ancaq onların gəldiyi yola baxsaq, güclü rəqib olduqlarını görərik. Serbiya ilə bir qrupda yer almışdılar, həmin qrupdan lider kimi final mərhələsinə yüksəldilər. Deməli, güclüdürlər. Sadəcə, açılış oyunu hər zaman ağır keçir. Həm də həmin görüşdə qazanılan nəticə növbəti hədəflər üçün fikir formalaşdırır.
  • Bu arada, “Halle-Gooik”lə yeni müqavilə imzaladın. Təbrik edirik.
  • Təşəkkür edirəm. Bəli, 2024-cü ilin iyununa qədər bu klubun üzvüyəm. Artıq ailəm də bir müddətdir Belçikada yaşayır, ora uyğunlaşıb. İspaniya və Fransa klublarından da təkliflər var idi, amma Belçikada qalmağı uyğun hesab etdik. Klubun şəraiti məni qane edir, ailəm üçün də orda olmaq rahatlıqdır. Hər iki tərəfə xeyirli olsun.
Reklamlar

Arxiv

Dünya futbolu18 dəqiqə əvvəl

Super Liqada cari mövsümə onun adı verildi

Dünya futbolu37 dəqiqə əvvəl

İbrahimoviç 150-yə çatdı

Dünya futbolu56 dəqiqə əvvəl

“Roma”nın futbolçusu “Yuventus”a keçə bilər

Ölkə futbolu1 saat əvvəl

“Keşlə” transfer edə bilmədi, “Sumqayıt” baxışdan keçirir

Ölkə futbolu2 saat əvvəl

Araz Abdullayevdən bəd xəbər: kubok oyunlarını buraxacaq

Ölkə futbolu2 saat əvvəl

“Sabah”ın legioneri koronavirusdan sağaldı

Dünya futbolu3 saat əvvəl

“Liverpul”un sabiq futbolçusu Türkiyə klubunda

Dünya futbolu3 saat əvvəl

“Real”ın əfsanəvi futbolçusu vəfat etdi

Ölkə futbolu3 saat əvvəl

“Kamran Ağayevin karyerasını bitirməsi bizim üçün gözlənilməz oldu”

Ölkə futbolu4 saat əvvəl

“Neftçi”nin “Visla” ilə matçının başlama saatı bilindi

Dünya futbolu4 saat əvvəl

PSJ Zidanla razılığa gəldi

Ölkə futbolu5 saat əvvəl

“Xan Lənkəran” baş məşqçisini istefaya göndərdi

Dünya futbolu5 saat əvvəl

Məşqə sərxoş gələn futbolçu milli karyerasını bitirdi

Dünya futbolu6 saat əvvəl

“Barselona”da ciddi itki

Dünya futbolu6 saat əvvəl

Premyer Liqada daha bir matç təxirə salındı

Ölkə futbolu7 saat əvvəl

Canni De Byazinin “The Best” uzaqgörənliyi

Ölkə futbolu7 saat əvvəl

AÇ: Hansı komanda 11 finalın 9-da iştirak edib?

Dünya futbolu7 saat əvvəl

“The Best”: Levandovski, Messi və Ronaldo kimlərə səs verib?

Ölkə futbolu8 saat əvvəl

“Qəbələ” Polşa klubu ilə üz-üzə – YENİLƏNİR

Ölkə futbolu8 saat əvvəl

“Keşlə” “Səbail”ə qarşı – YENİLƏNİR

Ölkə futbolu9 saat əvvəl

AFFA Konfrans üçün vaxt təyin etdi

Dünya futbolu16 saat əvvəl

“Milan” uduzdu, “Napoli” qələbəyə sevindi

Ölkə futbolu17 saat əvvəl

Dörd əskiklə hazırlaşan “Qəbələ” üçün Antalyada ilk sınaq

Dünya futbolu17 saat əvvəl

Patrik Andradeli Kabo Verde millisi qrup üçüncüsü oldu

Dünya futbolu18 saat əvvəl

“The Best”: FİFA 2021-ci ilin ən yaxşılarını açıqladı

Milli komanda19 saat əvvəl

Belçika – Azərbaycan matçında 8 qol – VİDEO

Milli komanda20 saat əvvəl

“Tək Belçikaya yox, həm də hakimlərə qarşı mübarizə apardıq”

Dünya futbolu20 saat əvvəl

“Mançester Yunayted”in futbolçusu “Nyukasl”a keçməkdən imtina etdi

Ölkə futbolu21 saat əvvəl

“Keşlə”nin “Səbail”lə ilk matçının vaxtı və məkanı bilindi

Milli komanda22 saat əvvəl

“Oyunun əhəmiyyəti böyük idi” – Joze Alesio

Milli komanda22 saat əvvəl

Azərbaycan millisinin iki üzvü Belçikada karantinə alındı

Dünya futbolu22 saat əvvəl

“Barselona” İspaniya millisinin üzvü ilə güclənir

Digər22 saat əvvəl

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Milli komanda23 saat əvvəl

Azərbaycan millisi Belçikaya məğlub oldu

Dünya futbolu1 gün əvvəl

FİFA prezidenti Qətərə köçdü

Dünya futbolu1 gün əvvəl

“Atletiko” mozambikli futbolçu transfer edir

Dünya futbolu1 gün əvvəl

Azərbaycanda oynamış futbolçu Ermənistan klubu ilə razılaşdı

Dünya futbolu1 gün əvvəl

Marselo “Real”ın tarixinə düşdü

Dünya futbolu1 gün əvvəl

“Barselona”dan Dembeleyə şərt

Ölkə futbolu1 gün əvvəl

“Beşiktaş”dan Musa Qurbanlı açıqlaması

Dünya futbolu1 gün əvvəl

MY-nin futbolçusu baş məşqçini yalançı çıxardı

Dünya futbolu1 gün əvvəl

İtaliya klubu baş məşqçisi ilə vidalaşdı

Dünya futbolu1 gün əvvəl

Braziliya klubu Dieqo Kosta ilə vidalaşdı

Ölkə futbolu1 gün əvvəl

“Neftçi”nin yeni transferindən vida paylaşımı

Dünya futbolu1 gün əvvəl

PSJ-də ciddi itki

Ölkə futbolu1 gün əvvəl

“Sabah”ın Antalyada növbəti rəqibi bəlli oldu

Ölkə futbolu1 gün əvvəl

Aleksey Baqa: “İşləmək üçün yaxşı material və maraqlı çempionat var”

Dünya futbolu1 gün əvvəl

“The Best” mükafatının sahibləri bəlli olur

Dünya futbolu1 gün əvvəl

Rafael Benites qovuldu

Dünya futbolu1 gün əvvəl

“Qarabağ”ın rəqibi CAS-a müraciət etdi

Gündəm