Connect with us

Ölkə futbolu

Sumqayıtda ədalətli sülh, lideri hakimlər büdrətdi

-də paylaşıldı

Premyer Liqanın 19-cu turu heç-heçələrlə başladı. “Sumqayıt” – “Keşlə” matçı bərabər səviyyəli oyunla yadda qaldısa, “Qarabağ” bütün komponentlərdə üstün olduğu “Sabah”la matçda hakim səhvləri üzündən qələbə qazanmadı.

Sumqayıtdakı nəticə ədalətli oldu. Çempionatın ən baxımlı matçlarından birində səhvlər də, qol sayı da yarı bölünmüşdü. Meydan sahiblərinin 2 dəfə hesabı açması, qonaqların zamanında cavab verməsi yekun nəticənin də xal bölgüsüylə nəticələnməsinə gətirib çıxardı.

Rəqib qapıçıların hərəsinin bir qolda səhvi, son dəqiqələrdə əldən çıxan yüzfaizli qol şansları – bərabər səviyyəli rəqiblərin duelinə rəng qatan mənzərə belə idi. Özünü pis hiss etdiyi üçün start heyətində görünməyən Əmir Ağayev meydan sahiblərinin itkisi idisə, “Keşlə” oyunun əvvəlində Con Kamaranı zədə üzündən itirəndə güc bərabərliyi də təmin olundu.

Təbii ki, hamı qələbə qazanmaq istəyir, lakin uduzmaqdansa, xal bölgüsü yaxşıdı. Bu nəticə “Keşlə”nin izləyiciləri ilə 7 xallıq fərqi qorumasına kifayət etdi, “Sumqayıt”ı ilk “dördlük”də saxladı. Ona görə də şikayətlənmək üçün əsas yoxdu.

Amma “Qarabağ” yəqin ki, etiraz etməyə özündə güc tapacaq. Matçın hakimlər briqadası ağdamlıların büdrəməsi üçün hər şey etdi. Və bu, “Sabah”a olan rəğbətdən deyildi, sadəcə, liderin qələbəsini arzulamayanlar var. Kim? Cavabını Elçin Məsiyevi bu oyuna baş hakim, az qala hər tur səhv edən laysmanları yardımçı kimi göndərənlərdən soruşmaq lazımdı.

Ümumiyyətlə, 3 FIFA referisi ola-ola belə vacib matça Elçin kimi təcrübəsiz birinin təyin olunması özü müzakirə olunmalıdı. AFFA Hakimlər Komitəsinin sədri Frits Stulxlik eksperimentləri ilə komandaların taleyi ilə oynayır. 1 penalti təyin olunmur, 2 yanlış ofsayd bayrağı qalxır və son dəqiqələrdə təmiz qol hesaba alınmır. Bütün hallarda zərərçəkən eyni komandadısa, deməli, qərəz var. Öz oyunçuları ilə toqquşan Saşa Stamenkoviçdən gedən topu oyundankənar kimi qiymətləndirməyin cəzası ən azı 5 oyun olmalıdı. Amma sizi əmin edirəm ki, Məsiyev qarşıdakı turlarda da fit çalacaq.

Oyuna gəlincə, “Qarabağ” evdə ikinci 0:0-a üzüldü, lakin bu il qol buraxmamaq seriyasını davam etdirdi. “Sabah” isə məğlubiyyətsiz oyunlar seriyasını 4-ə çatdırıb, avrokubok ümidlərini qorudu. Düzdü, ağdamlılar oyun boyu diqtə edən tərəf idi, amma rəqibin beşli müdafiə xətti, gücləndirilmiş dayaq bölgəsi meydan sahiblərinə göz açmağa imkan vermədi. Ələ düşən bir neçə şans zamanı isə ya Stamenkoviç qapıda divləşdi, ya da hakimlər “sülh keşikçisi” oldu.

Tur sabah davam edəcək. Bəlkə qarşıdakı 2 oyunda başverənlər Məsiyevin hoqqalarını unutdurdu. Ümid edirik, heç olmasa, AFFA Hakimlər Komitəsi unutmaz. Oyunun hakim-inspektoru Fariz Yusifovun raportunu həvəslə oxuyardım…

CAVAD

Arxiv

Milli komanda2021-10-16 19:05

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb

Premyer-liqa2021-10-16 18:55

“Keşlə”dən qələbə, Qəbələdə heç-heçə

Premyer-liqa2021-10-16 18:26

“Səbail” “Keşlə”yə də uduzdu – VİDEO

Premyer-liqa2021-10-16 18:02

Aftandil Hacıyev: “Ardıcıl süni örtüklü meydanda oynamağımız bizə problem yaradır”

Premyer-liqa2021-10-16 17:43

Sənan Qurbanov: “İlk hissədə qol vursaydıq, bizim üçün daha asan olardı”

Digər2021-10-16 17:07

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-10-16 16:36

Ronaldo sevgilisinə 150 minlik hədiyyə aldı

Dünya futbolu2021-10-16 15:57

Dani Alves “Barselona”ya qayıda bilər

Dünya futbolu2021-10-16 15:17

“Napoli”nin baş məşqçisinin avtomobili oğurlandı

Dünya futbolu2021-10-16 14:36

“Milan”ın daha bir futbolçusunda koronavirus aşkarlandı

Dünya futbolu2021-10-16 13:07

“Kayrat”ın legioneri sağaldı – “Qarabağ”la oyunda iştirak edə bilər

Ölkə futbolu2021-10-16 12:34

Mahir Emrelinin transfer dəyəri artdı

Dünya futbolu2021-10-16 12:00

“Milan”da yeni müqavilə

Digər2021-10-16 11:37

Elxan Məmmədovun “Bəyaz həyat”ından “Teşkilat”acan

Dünya futbolu2021-10-16 11:09

“Tottenhem”in 2 futbolçusu koronavirusa yoluxdu

Dünya futbolu2021-10-16 10:26

Xorvatiyalı futbolçudan “Bayern”lə yeni müqavilə

Dünya futbolu2021-10-16 09:58

Ozan Can oynadı, “Telstar” böyük hesabla uduzdu

Dünya futbolu2021-10-16 09:29

Dadaşovun vurduğu qol “Şalke”ni darmadağından xilas etmədi

Ölkə kuboku2021-10-16 09:00

“Neftçi” mənim ailəmdir” – Kane

Dünya futbolu2021-10-16 00:58

PSJ-dən əzmkar qələbə

Dünya futbolu2021-10-16 00:39

“Hoffenhaym” 3 xalı 5 cavabsız qolla qazandı

Ölkə futbolu2021-10-16 00:05

AFFA-dan serial açıqlaması: “Bizim üçün təəccüblü oldu”

Premyer-liqa2021-10-15 23:54

“Qəbələ” – “Zirə” matçı üçün FİFA referisi

Dünya futbolu2021-10-15 23:29

“Beşiktaş” “Başakşəhər”ə məğlub oldu

Dünya futbolu2021-10-15 20:34

“Masada silah və peyvənd olsa, seçimim başımdan vurulmağım olar”

Digər2021-10-15 19:59

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Premyer-liqa2021-10-15 18:57

“Qəbələ” ilə “Zirə”nin 26-cı dueli

Dünya futbolu2021-10-15 18:04

“Liverpul”un futbolçusu onu tənqid edənləri “axmaq” adlandırdı

I Divizion2021-10-15 17:39

“Kəpəz” səfərdə, “Zaqatala” doğma meydanda sevindi

Ölkə futbolu2021-10-15 17:17

AFFA-dakıların arxasında Rusiya, Amerika, Fransa, İran durub?

Dünya futbolu2021-10-15 16:45

Rəhbərlikdən baş məşqçiyə tam dəstək – “Qarabağ”ın rəqibində

I Divizion2021-10-15 16:27

Birinci Divizionda 5-ci turun oyun cədvəl açıqlandı

Dünya futbolu2021-10-15 15:59

DÇ-2022: Pley-offun püşkatmasının vaxtı bilindi

Digər2021-10-15 15:20

Gənclər və idman naziri GUAM-ın baş katibi ilə görüşdü

Dünya futbolu2021-10-15 14:59

Milli komandada baş məşqçi ayrılığı

Ölkə futbolu2021-10-15 14:12

“Emreli sağlamdır, peyvənd olunub” – Mixneviç

Dünya futbolu2021-10-15 13:54

Ronaldo “Qızıl top”a namizədini açıqladı

Ölkə futbolu2021-10-15 13:37

“Onsuz da Bakıya getmək istəyim yox idi” – Erməni futbolçu

Ölkə futbolu2021-10-15 13:18

“AFFA-da böyük islahatlar aparılmalıdır” – VİDEO

Ölkə futbolu2021-10-15 12:57

Bakıda hakim komitə sədrinin üzünə tüpürdü – QALMAQAL

Ölkə futbolu2021-10-15 12:38

“Neftçi” ilə “Old Spice” arasında tərəfdaşlıq müqaviləsi imzalandı

Ölkə futbolu2021-10-15 12:14

Xudiyev “Spartak” – “Lester Siti” matçına təyinat aldı

Dünya futbolu2021-10-15 11:55

“Mançester Siti”nin zədəlisi sağaldı

Dünya futbolu2021-10-15 11:35

İtaliya klubunun futbolçusunda koronavirus aşkarlandı

Dünya futbolu2021-10-15 11:11

Braziliya və Argentina yığmalarından qələbə

Milli komanda2021-10-15 10:55

Azərbaycan – Malta matçının hakimləri bilindi

Dünya futbolu2021-10-15 10:36

“Mançester Siti”də ciddi itki

Dünya futbolu2021-10-15 10:17

Salah “Liverpul”un ən yaxşısı seçildi

Dünya futbolu2021-10-15 09:58

“Barselona” ilə oyundan öncə “Real”da ciddi itki

Dünya futbolu2021-10-15 09:29

Serxio Ramosun debütü ləngiyir

Gündəm