Connect with us

Digər

Operativ Qərargahdan vətəndaşlara müraciət

-də paylaşıldı

Hazırda əksər dövlətlər və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən görülən tədbirlərə və birgə səylərə baxmayaraq, koronavirus (COVID-19) infeksiyasının dünyada yayılmasının qarşısını almaq mümkün olmayıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, bugünədək dünyada 787 469 nəfər COVID-19 infeksiyasına yoluxub, 37 846 nəfər isə bu xəstəlikdən vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Azərbaycan hökuməti tərəfindən görülən preventiv tədbirlərə baxmayaraq, xəstəliyin ölkə ərazisində yayılması müşahidə edilir:

“Hazırda Azərbaycanda virusa yoluxma dinamikası gündəlik artmaqdadır. Təəssüflə bildiririk ki, xəstəliyin bu artım dinamikasına virusun aqressiv və yoluxma sürətinin yüksək olması ilə yanaşı, əhalinin əksər hissənin xüsusu rejim qaydalarının tələblərinə əməl etməməsi, digər şəxslərlə sıx təmasları, ciddi zərurət olmadığı hallarda evdən çölə çıxmaları, ictimai nəqliyyatda karantin dövrünün tələblərinə tabe olmamaları və digər mövcud qaydalara əməl etməmələri səbəb olub”.

Məlumatda bildirilir ki, insanların bir-biri ilə yaxın əlaqələrini minimuma endirmək, bununla da infeksiyaya yoluxmanın sürətini azaltmaq məqsədilə ölkə ərazisindəki xüsusi rejim dövrü martın 31-dən aprelin 20-dək gücləndirilib, insanların fərdi evlərindən və mənzillərindən çıxışına yalnız təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə gedildikdə, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə icazə verilib.

“Əhalidən xahiş olunur ki, evdən çıxmaq zərurəti yarandıqda mütləq qaydada şəxsiyyət vəsiqəsini və ya şəxsiyyəti təsdiq edən sənədi, fəaliyyətinə icazə verilmiş sahələrdə işləyən şəxslər xidməti vəsiqələrini və ya iş yerindən bu faktı təsdiqləyən rəsmi arayışı, Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını özləri ilə götürsünlər. Ciddi zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmək tövsiyə edilir.

Bildiririk ki, bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir. Virusun qarşısının tez bir zamanda alınması, insanlar arasında daha təhlükəli fəsadlar yaratmaması üçün hər bir kəsdən karantin rejimi qaydalarına əməl etməsi, zərurət olmadıqda evdən çıxmamaq tələb olunur. Karantin rejiminin qaydalarına əməl etməyən şəxslər haqqında isə hüquqi məsuliyyət tədbirləri görüləcək”, – məlumatda vurğulanıb.

Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Milli komanda2021-10-24 13:05

Rəşad Sadıqovun “yox” demək məcburiyyəti

Dünya futbolu2021-10-24 12:53

Quliyevli “Arsenal” böyük hesabla uduzdu

Dünya futbolu2021-10-24 12:27

Baş məşqçilərdən “el klasiko” öncəsi açıqlama

Ölkə futbolu2021-10-24 11:47

İnqilabi qərar – stadionun ortasında təcavüz?

Dünya futbolu2021-10-24 11:24

Zlatan İbrahimoviç üçün əlamətdar oyun

Dünya futbolu2021-10-24 10:53

“El-Klassiko” günü

Premyer-liqa2021-10-24 10:34

“Keşlə” “Qəbələ”yə qarşı – YENİLƏNİR

Dünya futbolu2021-10-24 10:21

“Bavariya”dan tarixi rekord

Ölkə futbolu2021-10-24 10:15

Meydan sahiblərinin günü

Dünya futbolu2021-10-24 10:01

Dadaşovlu “Şalke” evdə xal itirdi

Dünya futbolu2021-10-24 09:42

Əliyevin komandası səfərdən xalsız döndü

Dünya futbolu2021-10-24 09:23

“Etnikos”dan Abdullayevsiz heç-heçə

Müsahibə2021-10-24 09:00

“Qurban Qurbanovun buna görə narahat olması başadüşüləndir”

Dünya futbolu2021-10-24 01:11

“Vilyarreal” yenə uduzdu

Dünya futbolu2021-10-24 00:56

“Lill” doğma meydanda xal itirdi

Dünya futbolu2021-10-24 00:49

“Milan”dan inamlı qələbə

Dünya futbolu2021-10-23 23:45

Millimizin hücumçusu “Portu”ya qarşı 90 dəqiqə oynadı

Dünya futbolu2021-10-23 23:19

Lider darmadağınla qalib gəldi

Ölkə futbolu2021-10-23 22:53

Rəşad Sadıqov: “Bütün millilərdə yerli məşqçilər olmalıdır” – VİDEO

Dünya futbolu2021-10-23 22:46

“Çelsi” və “Mançester Siti”dən darmadağın

Dünya futbolu2021-10-23 22:14

“Trabzonspor”dan növbəti qələbə

Dünya futbolu2021-10-23 21:49

Nəbiyevli “Viktoriya” böyük hesabla uduzdu

Premyer-liqa2021-10-23 21:10

“Neftçi” “Zirə”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-10-23 21:01

Samir Abasov: “Oyundakı sürət bizi razı saldı”

Premyer-liqa2021-10-23 20:37

Rəşad Sadıqov: “Yığmadan gələn təklifə “yox” demərəm”

Premyer-liqa2021-10-23 20:08

“Sabah”la “Neftçi” ikinci dövrəyə qələbə ilə başladı

Ölkə futbolu2021-10-23 19:53

İsgəndərli komandasına qələbə qazandırdı

Premyer-liqa2021-10-23 19:14

“Sabah”ın ilk qələbəsi – VİDEO

Ölkə futbolu2021-10-23 18:53

“Neftçi”nin qapıçısı mükafatlandırıldı

Digər2021-10-23 18:46

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Ölkə futbolu2021-10-23 18:38

“Bu qələbəni çoxdan gözləyirdim” – “Sabah”ın məşqçisi

Ölkə futbolu2021-10-23 18:28

Ayxan Abbasov: “Hakim “Sumqayıt”ın uduzması üçün hər şeyi etdi”

Milli komanda2021-10-23 17:57

Millimiz İtaliyaya da biabırçı hesabla uduzdu

Ölkə futbolu2021-10-23 16:49

“Araz”ın Çempionlar Liqası üçün iştirak ərizəsi

Dünya futbolu2021-10-23 16:18

23 yaşlı futbolçu öldürüldü

Müsahibə2021-10-23 15:29

“Bu cür hallarda daha çox enerji sərf edirik” – Patrik Andrade

Dünya futbolu2021-10-23 15:07

FİFA qalmaqallı Albaniya – Polşa matçı ilə bağlı qərarını açıqladı

Ölkə futbolu2021-10-23 14:51

Çempionun oyunu təxirə salındı – ÇL-ə görə

Premyer-liqa2021-10-23 13:59

“Keşlə” – “Qəbələ”: 58-ci duel

Dünya futbolu2021-10-23 13:07

Ronaldo milli karyerasını başa vurmaq istəmir

Ölkə futbolu2021-10-23 12:25

“Qarabağ”ın 2 futbolçusu ən yaxşılar arasında

Dünya futbolu2021-10-23 11:45

DÇ-2022 üçün 5-ci stadion istifadəyə verildi

Ölkə futbolu2021-10-23 10:53

Region Liqasında iştirakı dəqiqləşən komandalar: “Karvan”, “Cəbrayıl”, “Füzuli”…

Dünya futbolu2021-10-23 10:26

Krivotsyuk darmadağını kənardan izlədi

Dünya futbolu2021-10-23 09:57

Ozan Can üçün 45 dəqiqə və 1 xal

Dünya futbolu2021-10-23 09:27

Qurbanlı komandasının qələbəsini kənardan izlədi

Dünya futbolu2021-10-23 09:00

“Yuventus”un hücumçusunun evi qarət olundu

Dünya futbolu2021-10-23 01:59

“Sent-Etyen”in qələbə həsrəti davam edir

Dünya futbolu2021-10-23 01:06

“Arsenal”dan inamlı qələbə

Dünya futbolu2021-10-23 00:58

Hərəyə 1 qol və 1 xal

Gündəm