Connect with us

Ölkə futbolu

AFFA hüquqi tənzimləmələr üzrə təlimat hazırladı

-də paylaşıldı

Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar futbol sahəsində yaranmış mövcud vəziyyəti dəyərləndirərək və FIFA-nın müvafiq tövsiyələrini nəzərə alaraq, AFFA hüquqi tənzimləmələr üzrə təlimat hazırlayıb.

Futbolinfo.az xəbər verir ki, təlimatda əsasən 3 əsas istiqamət öz əksini tapıb:

a) Müddəti bitən müqavilələr və yeni müqavilələr
b) Müqavilənin icrasının mümkün olmadığı hallar
c) Qeydiyyat dövrləri

1-ci istiqamətlə bağlı Təlimatda qeyd olunan əsas tövsiyələr aşağıdakılardır:
– Müqavilənin bitmə tarixi cari futbol mövsümünün əvvəlcədən müəyyən olunmuş başa çatma tarixi ilə eynidirsə, müqavilənin müddəti mövsümün yeni başa çatma tarixinə qədər uzadılsın.
– Müqavilə növbəti mövsümün əvvəlcədən müəyyənləşdirilmiş başlanğıc tarixində qüvvəyə minirsə, bu müqavilənin qüvvəyə minməsi növbəti futbol mövsümünün yeni başlanğıc tarixinə qədər təxirə salınsın.

Təlimatdakı 2-ci istiqamət özündə əsasən bunları ehtiva edir:
– COVID-19 pandemiyası ilə əlaqədar yarışların təxirə salındığı müddətdə və daha sonra iş şəraitinin şərtləri barədə klublar və əməkdaşları (oyunçular və məşqçilər) birlikdə müzakirələr apararaq klub və ya liqa səviyyəsində razılaşmalar əldə etməyə çalışmalıdırlar.
– Futbol klubları və əməkdaşlar (futbolçular) razılığa gələ bilmirsə və ya müqavilələrin şərtlərini dəyişməklə bağlı birtərəfli qərar verilirsə, əməkdaş ilə klub arasında bağlanmış müqaviləyə uyğun olaraq, aidiyyəti məsələyə AFFA və ya FIFA-nın hüquq tətbiqedici orqanları, o cümlədən Azərbaycan Respublikasının məhkəmə orqanları tərəfindən qiymət veriləcək.

3-cü istiqamət üzrə isə əsasən aşağıdakılar qeyd olunub:
– FIFA-nın qaydalarına uyğun olaraq, üzv assosiasiyalar qeydiyyat dövrü başlayana qədər xüsusi hallarda qeydiyyat dövrlərini dəyişdirə bilər. COVID-19 pandemiyası xüsusi hal hesab olunduğu üçün zəruri olacağı halda cari mövsümün uzadılması, cari qeydiyyat dövrlərinin və növbəti qeydiyyat dövrlərinin tarixlərinin dəyişdirilməsi barədə AFFA tərəfindən qərar qəbul oluna bilər.
– COVID-19 pandemiyasının yayılması ilə bağlı şəraiti nəzərə alaraq, istisna hal kimi COVID-19 səbəbilə müqaviləsi başa çatmış və ya müqaviləsinə xitam verilmiş peşəkar oyunçu başa çatma və ya xitamvermə tarixindən asılı olmayaraq, qeydiyyat dövrünün xaricində assosiasiya tərəfindən qeydiyyata alınmaq hüququna malikdir.

Təlimat münasibət bildirilməsi üçün Peşəkar Futbol Liqasına, Premyer Liqada çıxış edən klublara göndərilib və AFFA-ya bununla bağlı hər hansı yeni təklif, qeyd və irad daxil olmayıb. COVİD-19 pandemiyası ilə əlaqədar AFFA-nın İcraiyyə Komitəsinin iclasının keçirilməsi mümkün olmadığı üçün müvafiq Təlimat İcraiyyə Komitəsinin bütün üzvlərinə göndərilib və hər bir üzvün münasibəti öyrənilib. İcraiyyə Komitəsi üzvlərinin bütün qeydləri Təlimatın son verisiyasında müvafiq qaydada öz əksini tapıb.

AFFA klublara mövcud vəziyyətdə qarşıya çıxan məsələlərin Təlimatda göstərilən tövsiyələrə uyğun olaraq, qarşılıqlı razılıq əsasında tənzimlənməsini tövsiyə edir.

Qeyd: Təlimatın müddəaları mövcud vəziyyətə uyğun olaraq yenilənə bilər.

Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Milli komanda2021-10-21 18:25

DÇ: Millimiz Monteneqroya da uduzdu

Ölkə futbolu2021-10-21 17:21

“Sabah” Ramin Quliyevlə vidalaşdı

Ölkə futbolu2021-10-21 17:07

“Legiya”nın baş məşqçisi Mahir Emrelidən narazıdır

Ölkə futbolu2021-10-21 16:47

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Premyer-liqa2021-10-21 16:22

“Qarabağ” – “Neftçi” oyununun vaxtı açıqlandı

Dünya futbolu2021-10-21 16:06

Noyer 100-ə çatdı: “Bu, möhtəşəm göstəricidir”

Dünya futbolu2021-10-21 15:37

Naqelsmanda koronavirus aşkarlandı

Dünya futbolu2021-10-21 15:01

“Çelsi”nin hücumçuları sıradan çıxdı

Dünya futbolu2021-10-21 14:33

İngiltərə klubunda 63 ildən sonra ilk

Dünya futbolu2021-10-21 14:11

“Çelsi”nin italiyalı futbolçusu üçün əlamətdar oyun

Dünya futbolu2021-10-21 13:40

Pike “Barselona”nın və ÇL-in rekordçusuna çevrildi

Dünya futbolu2021-10-21 13:18

Ronaldo yenə Messini geridə qoydu

Ölkə futbolu2021-10-21 12:29

FİFA reytinqi: Millimiz 2 pillə gerilədi

Dünya futbolu2021-10-21 12:11

“Bunu məntiqli hesab etmirəm” – UEFA prezidenti

Ölkə futbolu2021-10-21 11:58

“Kopenhagen” Mahir Emreli ilə maraqlanır

Ölkə futbolu2021-10-21 11:36

“Qarabağ” “Kayrat”la oyunun favoritidir” – İspaniyalı məşqçi

Dünya futbolu2021-10-21 11:03

“Səbail”in sabiq futbolçusu Qana tarixinin rəmzi komandasında

Dünya futbolu2021-10-21 10:44

Konfrans Liqasında 16 oyun – YENİLƏNİR

Ölkə futbolu2021-10-21 10:37

“Qarabağ”ın qəbələ şansı daha çoxdur, amma…” – “Kayrat”ın sabiq futbolçusu

Dünya futbolu2021-10-21 10:26

Avroliqa: “Fənərbaxça”nın ev, “Qalatasaray”ın səfər sınağı – YENİLƏNİR

Dünya futbolu2021-10-21 10:08

ÇL-də həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlandı

Ölkə futbolu2021-10-21 09:35

“Qarabağ” “Kayrat”a qarşı – YENİLƏNİR

Dünya futbolu2021-10-21 09:00

DÇ-2022: Püşkatma mərasiminin tarixi açıqlandı

Dünya futbolu2021-10-21 00:55

ÇL: “Barselona”dan ilk qələbə, Londonda darmadağın

Dünya futbolu2021-10-21 00:19

“Barselona”dan Ansu Fati ilə yeni müqavilə

Dünya futbolu2021-10-20 23:42

Klublararası DÇ-nin keçiriləcəyi ölkə bəlli oldu

Dünya futbolu2021-10-20 23:23

Naqelsman virusa yoluxdu, ÇL matçını buraxmaq məcburiyyətində qaldı

Dünya futbolu2021-10-20 21:33

“Lester Siti” Moskvada qələbəyə sevindi

Dünya futbolu2021-10-20 21:21

“Traktor” yeni mövsümə ağır məğlubiyyətlə start verdi

Milli komanda2021-10-20 20:58

Millimizin AÇ-dəki oyunlarının başlanma saatı açıqlandı

Ölkə futbolu2021-10-20 18:56

Kurban Berdıyev: “Qarabağ”la oyuna böyük ümidlərlə baxırıq”

Dünya futbolu2021-10-20 18:16

FİFA-ya qarşı “üsyan” başlayır

Digər2021-10-20 17:53

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Milli komanda2021-10-20 17:33

“Zəfər Liqası” turnirinin püşkü atıldı

I Divizion2021-10-20 17:08

“Turan Tovuz”un oyununda 6 qol

Dünya futbolu2021-10-20 16:26

Qrizmann Çempionlar Liqasında ilkə imza atdı

Milli komanda2021-10-20 15:54

Azərbaycan millisi Norveçə böyük hesabla uduzdu

Dünya futbolu2021-10-20 15:39

Salah “Liverpul”un tarixinə düşdü

Dünya futbolu2021-10-20 15:18

Messi Ronaldonun rekordunu təkrarladı

Dünya futbolu2021-10-20 15:04

Çempionlar Liqasında 100-cü oyununa çıxdı

Dünya futbolu2021-10-20 14:33

Ərəblərin aldığı Premyer Liqa klubu baş məşqçisiylə vidalaşdı

Ölkə futbolu2021-10-20 14:15

“Qarabağ” – “Kayrat” matçına biletlər tükənir

Ölkə futbolu2021-10-20 13:55

“Qəbələ” Niderlandda 7 qola üzüldü – VİDEO

Ölkə futbolu2021-10-20 13:39

“Mərkəzi xətt”də futbol söhbəti – VİDEO

Ölkə futbolu2021-10-20 13:37

“Qurbanovla Berdıyevin qarşılaşmasını həmişə arzulayırdım” – Abışov

Ölkə futbolu2021-10-20 13:17

AFFA – AGİN: “atışma” başladı, Qayıbov Məmmədovla görüşdü

Ölkə futbolu2021-10-20 13:03

“Araz”ın ÇL oyunlarını idarə edəcək hakimlər bəlli oldu

Ölkə futbolu2021-10-20 12:49

Zubir: “Bizim üçün bu stadionda oynamaq daha yaxşıdır”

Ölkə futbolu2021-10-20 12:24

Qurban Qurbanov: “Qalib gəlmək üçün əvvəlki matçlardan daha istəkli olmalıyıq”

Milli komanda2021-10-20 11:57

Millimizin kapitanı: “Rəqabət artıb, işimiz çətin olacaq”

Gündəm