Dünya futbolu
Yenə Zidan
Zinəddin Zidanın adı yenə gündəmdədir. Fransa millisi və ya PSJ-də hər hansı uğursuzluq yaşanan kimi Zizu ön plana çıxır.
Futbolinfo.az xəbər verir ki, PSJ-nin ardıcıl 3 məğlubiyyət alması ilə vəziyyət yenə dəyişib. Liqa 1-dəki yenilgilər azmış kimi parislilərin Çempionlar Liqasında da evdə “Bayern”ə uduzması Kristofer Qaltyenin kreslosunu laxladıb. Klub rəhbərliyi 0:1-in əvəzinin Almaniyada çıxılmasını və Fransa çempionatında nəticələrin yaxşılaşmasını gözləyir. Əks halda, baş məşqçi ilə yollar ayrılacaq.
Təbii ki, yenə ona xələf olmağa əsas namizəd Zidandır. Ərəb investorlar bu dəfə xəyallarının gerçək olacağına, Zinəddini razı salacaqlarına ümid edir.
PSJ-ni qarşıdakı günlərdə “Lill” və “Marsel”ə qarşı çətin oyunların gözlədiyini də əlavə edək.