Bizi izləyin

Ölkə futbolu

Yeni mövsüm gözləntiləri

blank
blank

El arasında belə bir deyim var, dəyirman öz işindədir, amma çax-çax baş ağrıdır. Nədənsə, Azərbaycan çempionatında hər yeni mövsümün startı ərəfəsində istər-istəməz bu məsəli xatırlayıram. Hər halda, 2014-cü ildən – “Qarabağ”ın ölkə çempionatını inhisara aldığı dövrdən bu belədir.

Komandaların sayı 8-ə enəndən sonra isə vəziyyət daha acınacaqlı həddə gəlib çatdı. Təbii ki, bütün bunların günahkarı “Qarabağ” deyil. Əslində, ardıcıl 7 il çempion olmaq heç də çempionatda rəqabətin məhv olmasına əsas verməməlidir. Heç olmasa, hər il hansısa komanda(lar) son tura qədər mübarizə aparmalıdır. Amma onu da görmürük. Bu gedişlə dəyirman yenə də öz işində olacaq və yenə da çax-çax baş ağrıdacaq.

Doğrudur, Premyer Liqanın avqustun 5-də start götürəcək yeni mövsümündə artıq 8 yox, 10 komanda oynayacaq. Amma özümüz də qəbul edirik ki, bu kəmiyyət yox, keyfiyyət zənginliyidir. Əvvəl “Qarabağ” dəyirman kimi öz işini görür, digər 7 komanda boş-boşuna çaqqıldayırdısa, bu dəfə çaqqıldayanların sayı 9-a yüksələcək. 16 və ya 20 olacaqsa, nə fərqi var? Sadəcə, o üstünlük olacaq ki, futbol bölgələrə yayılacaq, heç olmasa, bu mənada kütləvilik artacaq. Ancaq indiki məqamda Azərbaycan futbolunun mərkəzlərindən olan Gəncə və Tovuza gedən yollar yenidən açıldısa, deməli, nəyəsə sevinməyə dəyər.

Bəs, yeni mövsümdə rəqabət planında bizi nə gözləyir? Nəyə ümid edə bilərik? Çempionatın fiziki və iqtisadi coğrafiyasında dəyişiklik gözlənilirmi?

Təbii ki, bir mövsümün proqnozu üçün ən əsas məsələ hansı komandanın çempion olacağı sualıdır. Əlbəttə, bunun tam dəqiq cavabı olmasa da, asan proqnozu var. Məlum məsələdir ki, “Qarabağ”ın bu yolda yeganə rəqibi özüdür və yalnız o boşluq buraxdığı halda, hansısa komanda bundan istifadə edə bilər. 2020/21 mövsümündə bunun şahidi olduq. “Neftçi”nin əziyyətini yerə vurmasaq da, “Qarabağ”ın özü-özünə mane olduğunu hamımız bilirik.

Gələn mövsüm də bunun baş verməsi istisna deyil. Onsuz da dekabr ayında avrokubok macərasını başa vuran (doğrudur, son mövsüm Ağdam klubu daha uzağa getdi) “köhlən atlar” bu müddət ərzində iki cəbhədə döyüşdüyündən bir növ arxa cəbhəni boş buraxır. Amma Avropadakı müharibədən qayıdandan sonra Qurban Qurbanovun komandası daxili üsyanı yatırır. Hətta “Qarabağ” istədiyi transferləri etməsə də, çempionatda çulunu nəinki sudan çıxara, hətta onu quruda da bilir. Böyük ehtimalla, yeni mövsümdə də Ağdam klubu eyni ssenari ilə hərəkət edəcək.

Sadəcə, bir sual maraqlıdır: “Qarabağ”ın çempionluq uğrunda mübarizədə əsas rəqibləri hansı komandalar olacaq? Belə baxanda, bu sualın da cavabı haradasa məlumdur. Normal şəraitdə “Qarabağ”ın arxasınca “Neftçi” düşür. Elə qarşıdakı mövsümdə də “Neftçi”nin vəzifəsi bundan ibarət olacaq.  Samir Abasovla vidalaşdıqdan sonra rumıniyalı mütəxəssis Laurentsiu Reqekampfla “qabıq dəyişən” “ağ-qaralar” çempionatın rəngini də dəyişməyə çalışacaq.

Təbii ki, bu sabahın işidir. Amma çempionluq uğrunda mübarizə “Sabah”ın işi olacaqmı? Dünənə boylanmalı olsaq, nikbinliyə əsas var. Ən azı Murad Musayev belə düşünməyə əsas verib. Bugünün transferləri bu ümidi daha da artırır.

“Zirə” və “Qəbələ” kimi komandalara gəlincə, transfer bazarında passivlik bu komandaların sadəcə, avrokuboklara vəsiqə uğrunda döyüşəcəyi haqda fikirlər formalaşdırır. “Sabah” ötən mövsüm son turlarda avrokuboklara vəsiqəni “Qəbələ”yə uduzdusa, bu gedişlə növbəti mövsüm “qədim Albaniyanın paytaxtının sakinləri” ilə yerini dəyişəcək. “Zirə” isə Avropaya gedən qatarın sonuncu vaqonuna tullanacaq.

Digər “vaqonlar” isə sadəcə, Premyer Liqanın relsləri ilə hərəkət etdiklərinə görə öz günlərinə şükr edə bilər. Bəlkə, bu mənada yenilənmiş və güclənməyə çalışmış “Səbail”i istisna etmək olar. Amma hər oxuyan Molla Pənah olmadığı kimi, hər güclənən də Herakla çevrilmir. Bu mənada “Səbail” çempionatın sirli qutusudur.

“Sumqayıt”dakı gedişat bu komandanın sadəcə yerində sayacağını göstərir. Normal ölkələrin çempionatlarında elitada mövsümün debütantları sürpriz etməyə meyilli olsa da, bizdə “Turan Tovuz”la “Kəpəz”in gücünün ekvalentini ölçmək çətin deyil. İndiki vəziyyətdə bu iki komanda digərlərini yox, yalnız bir-birini təəccübləndirməyə və ötməyə çalışacaq.

Hə, “Şamaxı”nın adını çəkmədik axı. Sabiq “İnter”dən və ya haradasa “Keşlə”dən danışmalı olsaydım, bu komandanın adını daha əvvəl qabardardım. Amma Keşlədən lələsini köçürdüb yurdunu saxlayan komanda Şamaxıda sadəcə, yer tutur. Qazandığı yalnız “Keşlə” ilə müqayisədə daha böyük azarkeş ordusudur. Amma rayon camaatının da səbri bir yerə qədərdir. Komanda iddiasını artırmasa və sadəcə, eksperimentlər aparsa,  orada da stadion getdikcə boşalacaq.

İndi də keçək, mövsümün ilk istefaları ilə bağlı proqnozlara. Hə, ən çətin məsələni sona saxladıq. Sual oluna bilər ki, komandaların gücünü müəyyənləşdirmək asandırsa, istefaları proqnozlaşdırmaq niyə çətin olsun ki? Cavab sadədir: inam! Biz klub rəhbərlərinin məşqçilərə verdikləri “kreditlərin məbləği”ni bilmirik! Bəli, elə klublar var ki,  onların məşqçiləri toxunulmazdır. Bu mənada “Qarabağ”da Qurban Qurbanov, haradasa “Zirə”də Rəşad Sadıqovun və “Qəbələ”də Elmar Baxşıyevin adını çəkə bilərik. Bəzi klublar da var ki, rəhbərlik mövcud şəraitə görə məşqçini istefaya göndərməz. Məsələn, “Kəpəz”də Yaşar Vahabzadəyə, “Turan”da Ayxan Abbasov “hələm-hələm” qapını göstərməzlər.

“Sabah” rəhbərliyi bir qədər səbirsiz olsa da, ötən mövsüm ona verilən kreditin faizini ödəyən Murad Musayevə dəyməz. Hərçənd bu dəfə ondan daha çox şey gözləyirlər. “Şamaxı”da Cavid Hüseynov isə ötən mövsüm “Cəbrayıl”da “ibtidaiyə qədər hazırlıq kursları”nda məşqçiliyin hərflərini yaxşı mənimsədiyinə görə ona bu dəfə cümlə yazmağa imkan verəcəklər. Elə “Sumqayıt”ın da Baqa(j)ı elə də zəngin deyil. Ayxan Abbasov kimi məşqçinin dəyərinini bilməyən Riad Rəfiyev Alekseyi niyə saxlasın ki? Amma müəyyən məqsədlər üçün onu saxlaya bilərlər.

Bu mənada topun lüləsinə bərkidilən iki məşqçi var: “Neftçi”də Laurentsiu Reqekampf, “Səbail”də Mahmud Qurbanov. Çünki ikisi də iddiasını artırmağa məcburdu. Reqe hələ çempionatı tanıyacaq deyə, bir qədər vaxta ehtiyacı var. Qurbanov isə nəzəriyyəni yaxşı bildiyinə görə təcrübədə axsamamalıdır. Bizə isə gözləmək qalır. Bu da bizim “dəyirman”ımız. Rəhmətlik Nizami Rəmzi demişkən, “gəlin təbrik edək “Dəyirman”mızı, dəyirman üyüdər güzəranımızı”…

ABBAS

Reklam
blank
Digər idman növləri2022-08-13 16:00

Ravin Alməmmədov yeni rekordla Avropa çempionu oldu

blank
Digər idman növləri2022-08-13 15:40

İslamiada: Millimiz finala çıxdı, rəqib Türkiyə olacaq

blank
Dünya futbolu2022-08-13 15:21

PSJ-dən “Renn”ə 20 milyonluq transfer

blank
Ölkə futbolu2022-08-13 15:02

Rəqib ayağına göndərilən “Kəpəz” və “siçan-pişik” oynayan AGİN-lə AFFA

blank
Dünya futbolu2022-08-13 14:46

Super Liqa klubunda bosniyalı müdafiəçi

blank
Digər idman növləri2022-08-13 14:30

Azərbaycanın 5 boksçusu Millətlər kubokunun yarımfinalında!

blank
Digər idman növləri2022-08-13 14:15

Yığmamızın 4 boksçusu AÇ-də mərhələ adladı

blank
Dünya futbolu2022-08-13 14:00

Məşhur futbolçu təhdid olundu – Klubdan ayrıldı

blank
Dünya futbolu2022-08-13 13:40

La Liqa klubundan daha 4 transfer

blank
Ölkə futbolu2022-08-13 13:25

Dəyişmək naminə dəyişmək?

blank
Ölkə futbolu2022-08-13 13:00

“Qəbələ” azarkeşlərinin doğum günümü təbrik etməsi xoş oldu”

blank
Ölkə futbolu2022-08-13 12:43

“Qarabağ”ın uğuru digər klubları da varlandıracaq: “Şamaxı”, “Turan Tovuz”dan nümunə götür!

blank
Ölkə futbolu2022-08-13 12:29

Hacıağa bir ay oynamayacaq

blank
Ölkə futbolu2022-08-13 12:14

Cəza olmayacaq: PFL özü belə istəyib

blank
Milli komanda2022-08-13 12:00

İslamiada: Millimiz finala vəsiqə uğrunda Türkiyə ilə qarşılaşacaq

blank
Dünya futbolu2022-08-13 11:43

“Qalatasaray”ın futbolçusu karyerasını bitirdi

blank
Dünya futbolu2022-08-13 11:21

La Liqanın yeni klubundan daha 2 transfer

blank
Ölkə futbolu2022-08-13 11:12

Dünəndən dərs çıxarmış “Sabah”, mövsümə hazır olmayan “Zirə”

blank
Digər idman növləri2022-08-13 11:00

DÇ: Elcan Hacıyevdən bürünc medal

blank
Dünya futbolu2022-08-13 10:42

“Qarabağ”la oyunlarda uğur əldə edə bilərik”

blank
Digər idman növləri2022-08-13 10:21

İslamiada: Azərbaycan 5-cidir

blank
Ölkə futbolu2022-08-13 10:00

Əliyar Ağayevə UEFA-dan növbəti təyinat

blank
Dünya futbolu2022-08-13 09:43

“Napoli”nin hücumçusu “Monza”da

blank
Dünya futbolu2022-08-13 09:24

Ozandan Niderland klubunda uğurlu debüt

blank
Premyer-liqa2022-08-13 09:00

“Sumqayıt” “Qarabağ”a, “Səbail” “Turan Tovuz”a qarşı – YENİLƏNİR

blank
Dünya futbolu2022-08-13 01:05

La Liqada yeni mövsüm başladı

blank
Dünya futbolu2022-08-13 00:56

“Lill” səfərdə xal itirdi

blank
Dünya futbolu2022-08-13 00:32

“Borussiya”dan əzmkar qələbə

blank
Dünya futbolu2022-08-13 00:11

“Trabzonspor”dan növbəti qələbə

blank
Digər idman növləri2022-08-12 23:44

İslamiada: Azərbaycan yığmasının yarımfinaldakı rəqibi bəlli oldu

blank
Premyer-liqa2022-08-12 22:08

“Çox rahat qollar buraxırıq” – Rəşad Sadıqov

blank
Premyer-liqa2022-08-12 21:47

“Sabah”dan “Zirə” üzərində inamlı qələbə – VİDEO

blank
Ölkə futbolu2022-08-12 10:16

“Rapid” “Neftçi”nin yolunu belə kəsdi – VİDEO

blank
Ölkə futbolu2022-08-11 15:00

“Qarabağ” dünyada bənzəri olmayan hekayəyə sahibdir”

blank
Dünya futbolu2022-08-11 12:00

Renat Dadaşov “Qrasshopper”i məğlubiyyətdən xilas etdi – VİDEO

blank
Dünya futbolu2022-08-11 10:20

“Real”dan “Ayntraxt” üzərində super qələbə – VİDEO

blank
Ölkə futbolu2022-08-10 11:14

“Viktoriya” bu qələbə ilə “Qarabağ”a rəqib oldu – VİDEO

blank
Ölkə futbolu2022-08-10 11:00

“Qarabağ”ın Budapeşt zəfəri – VİDEO

blank
Dünya futbolu2022-08-09 00:40

“Qarabağ”ın Budapeştə səfəri – VİDEO

blank
Premyer-liqa2022-08-08 20:09

“Turan Tovuz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2022-08-08 19:47

Ayxan Abbasov: “Qırmızı vərəqə planlarımızı pozdu” – VİDEO

blank
Premyer-liqa2022-08-08 19:36

Elmar Baxşıyev: “Stadionlarda fanat sayının çox olmasını istəyirik” – VİDEO

blank
Premyer-liqa2022-08-08 18:50

BÖLGƏ FUTBOLU: 9 illik həsrət bitdi

blank
Ölkə futbolu2022-08-08 17:26

“Neftçi” yeni transferini açıqladı – VİDEO

blank
Ölkə futbolu2022-08-07 22:33

“Sabah”dan “Sumqayıt”a 3 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2022-08-07 20:38

“Neftçi” yeni mövsümə qələbə ilə başladı – VİDEO

blank
Premyer-liqa2022-08-06 23:16

“Qarabağ” 3 xalı 3 qolla qazandı – VİDEO

blank
Premyer-liqa2022-08-05 22:28

“Zirə” “Kəpəz”i Premyer Liqada belə “qarşıladı” – VİDEO

blank
Ölkə futbolu2022-08-05 00:27

“Neftçi” – “Rapid” matçında 3 qol – VİDEO

blank
Ölkə futbolu2022-08-04 14:00

“Qarabağ”ın “Ferentsvaroş”la heç-heçəsi – VİDEO

blank
Ölkə futbolu2022-08-03 21:37

Yeqor Boqomolski: “Onunla rəqabət aparmaqdan qorxmuram”

blank
Ölkə futbolu2022-08-03 15:15

“Etopaz”da yeni mövsüm – VİDEO

blank
Ölkə futbolu2022-08-03 14:30

BÖLGƏ FUTBOLU: Gəncədən xoş xəbər də var

blank
Digər idman növləri2022-08-02 20:11

Dünya üçüncüsü olan millimiz vətənə qayıtdı

blank
Digər idman növləri2022-07-31 18:03

“Finalda qələbə qazanacağıma əmin idim”

blank
Dünya futbolu2022-07-31 11:37

BÖLGƏ FUTBOLU: Avrokubok tariximizə düşən yevlaxlı balıqçı

blank
Ölkə futbolu2022-07-29 23:31

Murad Musayev Bansko toplanışını dəyərləndirdi – VİDEO

blank
Digər idman növləri2022-07-29 14:26

Dünya ikincisi olan milli vətənə qayıtdı – VİDEO

blank
Ölkə futbolu2022-07-29 14:05

“Qəbələ” “Fehervar”ı məğlub yola saldı – VİDEO

blank
Ölkə futbolu2022-07-29 10:14

“Zirə”nin “Makkabi” ilə heç-heçəsi – VİDEO

Gündəm