Bizi izləyin

Ölkə futbolu

Yeni mövsüm gözləntiləri

blank
blank

El arasında belə bir deyim var, dəyirman öz işindədir, amma çax-çax baş ağrıdır. Nədənsə, Azərbaycan çempionatında hər yeni mövsümün startı ərəfəsində istər-istəməz bu məsəli xatırlayıram. Hər halda, 2014-cü ildən – “Qarabağ”ın ölkə çempionatını inhisara aldığı dövrdən bu belədir.

Komandaların sayı 8-ə enəndən sonra isə vəziyyət daha acınacaqlı həddə gəlib çatdı. Təbii ki, bütün bunların günahkarı “Qarabağ” deyil. Əslində, ardıcıl 7 il çempion olmaq heç də çempionatda rəqabətin məhv olmasına əsas verməməlidir. Heç olmasa, hər il hansısa komanda(lar) son tura qədər mübarizə aparmalıdır. Amma onu da görmürük. Bu gedişlə dəyirman yenə də öz işində olacaq və yenə da çax-çax baş ağrıdacaq.

Doğrudur, Premyer Liqanın avqustun 5-də start götürəcək yeni mövsümündə artıq 8 yox, 10 komanda oynayacaq. Amma özümüz də qəbul edirik ki, bu kəmiyyət yox, keyfiyyət zənginliyidir. Əvvəl “Qarabağ” dəyirman kimi öz işini görür, digər 7 komanda boş-boşuna çaqqıldayırdısa, bu dəfə çaqqıldayanların sayı 9-a yüksələcək. 16 və ya 20 olacaqsa, nə fərqi var? Sadəcə, o üstünlük olacaq ki, futbol bölgələrə yayılacaq, heç olmasa, bu mənada kütləvilik artacaq. Ancaq indiki məqamda Azərbaycan futbolunun mərkəzlərindən olan Gəncə və Tovuza gedən yollar yenidən açıldısa, deməli, nəyəsə sevinməyə dəyər.

Bəs, yeni mövsümdə rəqabət planında bizi nə gözləyir? Nəyə ümid edə bilərik? Çempionatın fiziki və iqtisadi coğrafiyasında dəyişiklik gözlənilirmi?

Təbii ki, bir mövsümün proqnozu üçün ən əsas məsələ hansı komandanın çempion olacağı sualıdır. Əlbəttə, bunun tam dəqiq cavabı olmasa da, asan proqnozu var. Məlum məsələdir ki, “Qarabağ”ın bu yolda yeganə rəqibi özüdür və yalnız o boşluq buraxdığı halda, hansısa komanda bundan istifadə edə bilər. 2020/21 mövsümündə bunun şahidi olduq. “Neftçi”nin əziyyətini yerə vurmasaq da, “Qarabağ”ın özü-özünə mane olduğunu hamımız bilirik.

Gələn mövsüm də bunun baş verməsi istisna deyil. Onsuz da dekabr ayında avrokubok macərasını başa vuran (doğrudur, son mövsüm Ağdam klubu daha uzağa getdi) “köhlən atlar” bu müddət ərzində iki cəbhədə döyüşdüyündən bir növ arxa cəbhəni boş buraxır. Amma Avropadakı müharibədən qayıdandan sonra Qurban Qurbanovun komandası daxili üsyanı yatırır. Hətta “Qarabağ” istədiyi transferləri etməsə də, çempionatda çulunu nəinki sudan çıxara, hətta onu quruda da bilir. Böyük ehtimalla, yeni mövsümdə də Ağdam klubu eyni ssenari ilə hərəkət edəcək.

Sadəcə, bir sual maraqlıdır: “Qarabağ”ın çempionluq uğrunda mübarizədə əsas rəqibləri hansı komandalar olacaq? Belə baxanda, bu sualın da cavabı haradasa məlumdur. Normal şəraitdə “Qarabağ”ın arxasınca “Neftçi” düşür. Elə qarşıdakı mövsümdə də “Neftçi”nin vəzifəsi bundan ibarət olacaq.  Samir Abasovla vidalaşdıqdan sonra rumıniyalı mütəxəssis Laurentsiu Reqekampfla “qabıq dəyişən” “ağ-qaralar” çempionatın rəngini də dəyişməyə çalışacaq.

Təbii ki, bu sabahın işidir. Amma çempionluq uğrunda mübarizə “Sabah”ın işi olacaqmı? Dünənə boylanmalı olsaq, nikbinliyə əsas var. Ən azı Murad Musayev belə düşünməyə əsas verib. Bugünün transferləri bu ümidi daha da artırır.

“Zirə” və “Qəbələ” kimi komandalara gəlincə, transfer bazarında passivlik bu komandaların sadəcə, avrokuboklara vəsiqə uğrunda döyüşəcəyi haqda fikirlər formalaşdırır. “Sabah” ötən mövsüm son turlarda avrokuboklara vəsiqəni “Qəbələ”yə uduzdusa, bu gedişlə növbəti mövsüm “qədim Albaniyanın paytaxtının sakinləri” ilə yerini dəyişəcək. “Zirə” isə Avropaya gedən qatarın sonuncu vaqonuna tullanacaq.

Digər “vaqonlar” isə sadəcə, Premyer Liqanın relsləri ilə hərəkət etdiklərinə görə öz günlərinə şükr edə bilər. Bəlkə, bu mənada yenilənmiş və güclənməyə çalışmış “Səbail”i istisna etmək olar. Amma hər oxuyan Molla Pənah olmadığı kimi, hər güclənən də Herakla çevrilmir. Bu mənada “Səbail” çempionatın sirli qutusudur.

“Sumqayıt”dakı gedişat bu komandanın sadəcə yerində sayacağını göstərir. Normal ölkələrin çempionatlarında elitada mövsümün debütantları sürpriz etməyə meyilli olsa da, bizdə “Turan Tovuz”la “Kəpəz”in gücünün ekvalentini ölçmək çətin deyil. İndiki vəziyyətdə bu iki komanda digərlərini yox, yalnız bir-birini təəccübləndirməyə və ötməyə çalışacaq.

Hə, “Şamaxı”nın adını çəkmədik axı. Sabiq “İnter”dən və ya haradasa “Keşlə”dən danışmalı olsaydım, bu komandanın adını daha əvvəl qabardardım. Amma Keşlədən lələsini köçürdüb yurdunu saxlayan komanda Şamaxıda sadəcə, yer tutur. Qazandığı yalnız “Keşlə” ilə müqayisədə daha böyük azarkeş ordusudur. Amma rayon camaatının da səbri bir yerə qədərdir. Komanda iddiasını artırmasa və sadəcə, eksperimentlər aparsa,  orada da stadion getdikcə boşalacaq.

İndi də keçək, mövsümün ilk istefaları ilə bağlı proqnozlara. Hə, ən çətin məsələni sona saxladıq. Sual oluna bilər ki, komandaların gücünü müəyyənləşdirmək asandırsa, istefaları proqnozlaşdırmaq niyə çətin olsun ki? Cavab sadədir: inam! Biz klub rəhbərlərinin məşqçilərə verdikləri “kreditlərin məbləği”ni bilmirik! Bəli, elə klublar var ki,  onların məşqçiləri toxunulmazdır. Bu mənada “Qarabağ”da Qurban Qurbanov, haradasa “Zirə”də Rəşad Sadıqovun və “Qəbələ”də Elmar Baxşıyevin adını çəkə bilərik. Bəzi klublar da var ki, rəhbərlik mövcud şəraitə görə məşqçini istefaya göndərməz. Məsələn, “Kəpəz”də Yaşar Vahabzadəyə, “Turan”da Ayxan Abbasov “hələm-hələm” qapını göstərməzlər.

“Sabah” rəhbərliyi bir qədər səbirsiz olsa da, ötən mövsüm ona verilən kreditin faizini ödəyən Murad Musayevə dəyməz. Hərçənd bu dəfə ondan daha çox şey gözləyirlər. “Şamaxı”da Cavid Hüseynov isə ötən mövsüm “Cəbrayıl”da “ibtidaiyə qədər hazırlıq kursları”nda məşqçiliyin hərflərini yaxşı mənimsədiyinə görə ona bu dəfə cümlə yazmağa imkan verəcəklər. Elə “Sumqayıt”ın da Baqa(j)ı elə də zəngin deyil. Ayxan Abbasov kimi məşqçinin dəyərinini bilməyən Riad Rəfiyev Alekseyi niyə saxlasın ki? Amma müəyyən məqsədlər üçün onu saxlaya bilərlər.

Bu mənada topun lüləsinə bərkidilən iki məşqçi var: “Neftçi”də Laurentsiu Reqekampf, “Səbail”də Mahmud Qurbanov. Çünki ikisi də iddiasını artırmağa məcburdu. Reqe hələ çempionatı tanıyacaq deyə, bir qədər vaxta ehtiyacı var. Qurbanov isə nəzəriyyəni yaxşı bildiyinə görə təcrübədə axsamamalıdır. Bizə isə gözləmək qalır. Bu da bizim “dəyirman”ımız. Rəhmətlik Nizami Rəmzi demişkən, “gəlin təbrik edək “Dəyirman”mızı, dəyirman üyüdər güzəranımızı”…

ABBAS

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-25 02:16

PSJ-dən təxirə salınmış oyunda darmadağın

blank
Dünya futbolu2024-04-25 01:52

Sonuncu finalçı bəlli oldu

blank
Dünya futbolu2024-04-25 01:13

“Mançester Yunayted” qalib gəldi, “Liverpul” uduzdu

blank
Digər idman növləri2024-04-25 00:40

Azərbaycanın daha bir boksçusu AÇ-də yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-25 00:21

“Trabzonspor”dan ilk oyunda çətin qələbə

blank
Digər idman növləri2024-04-24 23:57

“Sabah” müntəzəm mövsümü zirvədə tamamladı

blank
Ölkə kuboku2024-04-24 23:14

“Komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq” – Bojoviç

blank
Ölkə kuboku2024-04-24 23:00

“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov

blank
Ölkə futbolu2024-04-24 22:45

“Sabah” bölgələrdə seçimlərə başlayır

blank
Ölkə kuboku2024-04-24 22:31

“Qarabağ”ı finala çıxaran növbəti darmadağın – VİDEO

blank
Ölkə kuboku2024-04-24 22:17

“Qəbələ”də 300-cü oyun

blank
Dünya futbolu2024-04-24 22:02

Xavi qalsa, Silvanın transferini istəyəcək

blank
Ölkə kuboku2024-04-24 21:48

“Qarabağ” “Neftçi”yə yenə 4 qol vurdu, finala çıxdı

blank
Dünya futbolu2024-04-24 21:45

“Milan” vidalara hazırlaşır

blank
Ölkə futbolu2024-04-24 21:30

Sərxan Hacıyev məşqçi seçməyə gedib

blank
Digər idman növləri2024-04-24 21:12

“Ferrari” komandasının adı rəsmən dəyişdi

blank
Ölkə kuboku2024-04-24 20:53

“Bizi çox gərgin sonluq gözləyir” – Rəşad Sadıqov

blank
Ölkə kuboku2024-04-24 20:44

“Belə durumda olmağımız əzabvericidir” – Sxadadze

blank
Ölkə futbolu2024-04-24 20:30

Orxan vəziyyətin dəyişəcəyinə inanır

blank
Ölkə kuboku2024-04-24 19:27

“Zirə”ni finala daşıyan inamlı qələbə – VİDEO

blank
Ölkə kuboku2024-04-24 18:50

“Zirə” finalda!

blank
Digər idman növləri2024-04-24 18:28

Azərbaycan çempionatında sərbəst güləş yarışı başa çatdı

blank
Digər idman növləri2024-04-24 17:44

AVF ilə GVF arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-04-24 17:17

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Ölkə futbolu2024-04-24 16:19

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

blank
Digər idman növləri2024-04-24 16:01

Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər

blank
Digər idman növləri2024-04-24 15:46

Azərbaycan tennisçisi Belçikada bürünc medal qazandı

blank
Ölkə kuboku2024-04-24 15:30

“Qəbələ”də iki itki

blank
Dünya futbolu2024-04-24 15:14

Teves xəstəxanaya yerləşdirildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm