Digər idman növləri
Yeniyetmə cüdoçular Avropa kubokunda 3-cü oldular
Fransanın Strasburq şəhərində keçirilən yeniyetmələrin Avropa kubokuna yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, 20 ölkədən 374 idmançının iştirak etdiyi turnir Azərbaycan yığması üçün uğurlu alınıb.
Yarışa 18 idmançı ilə qatılan komandamız yekunda 9 medal qazanıb. Cüdoçularımızdan Nizami İmranov (60 kq) qızıl, Məhəmməd Musayev (55 kq), Nicat Nağıyev (66 kq) və Əli Hacızadə (73 kq) gümüş, Xaliq Məmmədov (50 kq), Məhəmməd Məmişov (50 kq), Şahin Oruczadə (55 kq), Əbil Yusubov (66 kq) və Nahid Tarquliyev (73 kq) isə bürünc medal qazanıblar.
Beləliklə, idmançılarımız bu turniri 1 qızıl, 3 gümüş və 5 bürünc medalla başa vurublar. Komandamız yarışı ümumi hesabda üçüncü, kişilər arasında isə ikinci yerdə tamamlayıb.
- Dünya futbolu2024-01-23 08:17
“Burqos”un futbolçusu Azərbaycana gəlir?
- Layihə2024-01-22 13:50
Limitin ölkə xaricinə çıxardığı futbolçularımız
- Premyer-liqa2024-01-24 00:19
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Ölkə futbolu2024-01-23 08:00
Vurulanlar eyni, sifariş verən eyni – Parisdə oturub Bakıda seçkiyə hazırlaşırlar