Milli komanda
Yığmamız səfərdə başlayıb, səfərdə də yekunlaşdıracaq

DÇ-2024-ün elit-raund mərhələsindəki rəqibləri iyunun 8-də bilinəcək Azərbaycan millisi ilk oyununu səfərdə keçirəcək.
Futbolinfo.az xəbər verir ki, UEFA artıq oyun cədvəlinin ardıcıllığını da açıqlayıb.
Sentyabrda rəqib meydanında bu mərhələyə start verəcək komandamız daha sonra Bakıda oyun keçirəcək. Oktyabrda isə əvvəlcə doğma məkanda, sonra rəqib meydanında gücünü göstərəcək. Dekabr ayında da yenə ilk matçı Bakıda oynayacaq komandamız mərhələnin son sınağını rəqib meydanında verəcək.
Qeyd edək ki, 6 dəfə Avropa çempionatının final mərhələsində iştirak etmiş Azərbaycan millisi artıq bir dəfə də dünya çempionatının final mərhələsində gücünü göstərib. 2016-cı ildə Kolumbiyada təşkil olunan mundialda uğurla çıxış edən yığmamız mübarizəni 1/4 finalda dayandırsa da, yekunda ən güclü 5-ci komanda olmağı bacarmışdı.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat