Digər idman növləri
Yığmamızdan beynəlxalq turnirə uğurlu start

Azərbaycanın şose velosipedi üzrə kişilərdən ibarət Elit/U23 millisi Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı “Tour of Sharjah” yarışında mübarizəyə başlayıb.
Futbolinfo.az xəbər verir ki, 17 ölkədən 24 komandanın qatıldığı turnirin ilk mərhələsində velosipedçilər fərdi ötüşmə növündə güclərini sınayıblar.
Al-Mamzar ərazisində baş tutan mübarizədə idmançılar 8,9 km məsafə qət ediblər.
Yarışda 6 velosipedçi ilə iştirak edən Azərbaycan yığması üzvləri mərhələni uğurla başa vurublar. İdmançılardan ən yaxşı nəticəyə Elçin Əsədov imza atıb. O, 11 dəqiqə 37 saniyə göstərici ilə 9-cu yerdə qərarlaşıb. Velosipedçi qalibdən 15 saniyə geri qalıb.
Musa Mikayılzadə 23-cü (11’48”64), Əli Qurbanov 75-ci (12’25”11), Nəcəf Bağırov 95-ci (12’39”80), Şahin Eyvazov 101-ci ( 12’47”23), Elgün Əlizadə isə 113-cü (12’52”58) yerlə kifayətləniblər.
Mərhələnin qalibi isə 11 dəqiqə 21 saniyə nəticə ilə BƏƏ-nin “Torq Team” klubunun böyük britaniyalı üzvü Qordon Kayl olub.
Xatırladaq ki, 141 velosipedçinin iştirak etdiyi 5 mərhələli yarış yanvarın 31-də başa çatacaq.

- Ölkə futbolu2023-12-01 01:58
“Qarabağ” Norveçdən 1 xalla qayıdır
- Ölkə futbolu2023-11-30 16:31
Azərbaycanda oynamış norveçli: “Molde”ni müəyyən qədər üstün saymaq olar”
- Ölkə futbolu2023-12-01 18:23
Hacıyev: “Çerçesov Azərbaycan millisini yeni səviyyəyə qaldıra bilər”
- Milli komanda2023-11-30 08:00
Uğura gedən yol: məşqçinin milliyyəti nə dərəcədə önəmlidir?