Bizi izləyin

Ölkə futbolu

“Qəbələ” xaos içində: idarəolunmaz klubun idarəolunmaz məşqçiləri

blank
blank

Elmar Baxşıyev mövsümün yeni başlamasından və komandasının gözəl oynamasından danışır. Turnir cədvəlinə baxmasan, bəlağətli danışan bu şəxsə heyran olarsan. Halbuki…

Halbuki artıq 7 tur geridə qalıb, mövsüm yarılanmağa doğru gedir və “Qəbələ”nin cəmi 4 xalı var. 7 oyunda 5 dəfə məğlub olan komandanın baş məşqçisi bu sözlərlə yalnız klub rəhbərliyində olan səriştəsiz idarəçi Nail Kərimovu aldada bilər. Digər komandalar hər tur vəziyyətini yaxşılaşdırdığı halda aldığı ardıcıl məğlubiyyətlərlə son pilləni özününküləşdirən “qırmızı-qaralar”ın çalışdırıcısı nağıl danışır.

Gözəl oyuna gəlincə, 11 dəqiqəyə matçın taleyini həll edən “Qarabağ” qarşısında nisbətən üstün görünmək rəqibin azlıqda qalmasının, ikinci heyətlə oynamasının, hesabdan irəli gələn arxayınlığın və iki cəbhədə mübarizə aparan ağdamlıların yorğunuğunun nəticəsi idi. Gözəl futbol nəticə gətirir – bir-iki dəfə alınmaya bilər, amma komanda yaxşı oynayırsa, mütləq qələbələr sıralanmalıdır. “Qəbələ” azarkeşləri isə yalnız məğlubiyyətlərə öyrəşib.

Doğrudur, “Qəbələ”nin heyətində ciddi dəyişikliklər olub. Lakin bu, hamının üzləşdiyi durumdur və kifayət qədər transferlər edilib, hətta ötən mövsümlə müqayisədə daha zəngin heyət var. Kərimov – Baxşıyev cütlüyü yararsız legionerlər seçibsə, bu, onların günahıdır.

“Qarabağ” əsas rəqiblərinin büdrədiyi turda vacib qələbə qazandı və çempionluğa yenə də bir nömrəli namizəd olduğunu göstərdi. Gərgin qrafikdə səfər oyununda qazanılan qələbə ağdamlıları bir addım önə atdı. Uğursuz startdan sonra özünə gələn komanda məqsədinə addım-addım irəliləyir.

Təəssüf ki, oyunda hakimlik ön ölana çıxdı. Ədalət təmsilçilərinin səlahiyyətindən aşırı istifadə etmək cəhdi komandalara ziyan vurdu. Oyunun ipini əldən verən Elçin Məsiyev matçı idarə etmək əvəzinə sərt üsullara əl atdı və bu məqamda niyyətini ortaya qoyduğundan özü hədəfə gəldi.

“Qəbələ” yiyəsiz komandadır. Yuxarıda adını çəkdiyimiz Kərimov kimi xarizması olmayan idarəçilərin üzündən bölgə təmsilçisinin məşqçiləri hər oyunda qovulur. Klubda xoşagəlməz mühit var, məşqçilər korpusunda xaos yaşanır, hamı özünü ağa sayır və bu üzdən ardıcıl 3 turdur kimsə tribunaya göndərilir. Deməli, ya klub rəhbərliyi onlara nəzarət edə bilmir, ya da məşqçilər haqsız qırmızı vərəqələr alır və rəhbərlik onları qorumağı bacarmır.

Zənnimizcə, hər iki məqam rol oynayır. Qurban Qurbanov kimi sakit təbiətli şəxs belə onların davranışından narazı qalıb etiraz edirsə və qırmızı vərəqə görürsə, deməli, “Qəbələ” də vəziyyət yaxşı deyil. Təsadüfi deyil, Qurbanov məhz rəqib məşqçinin oyunçusunun üzərinə getməsinə etiraz etdiyi üçün ilk sarı vərəqəni almışdı. İkinci “sarı” isə Elxan Məmmədovun kostyumunda oyuna çıxan Elçin Məsiyevin şəxsi qərəzi idi. Öz səhvini ört-bacdır etmək üçün haqlı etiraz edən Qurbanova “qırmızı” göstərdi.

Nüfuzlu insanlara vərəqə verməyi sevən, bununla özündən qəhrəman düzəltmək istəyən Məsiyev həqiqətən yaxşı hakim olsaydı, Kevin Medinanın qovulduğu epizodda onu təxribata çəkən rəqibi də, olaylara qarışan Əyyub Allaşı da cəzasız qoymaz, kolumbiyalını qəsdlə vuran Bilel Aueşeriya haqda ölçü götürərdi. Ədalətsiz davranış sonda əsəbləri tarıma çəkdi və daha gərgin oyun alınması ilə nəticələndi.

Beləcə gərgin qrafikdə oynayan “Qarabağ” hakim səhvləri üzündən əlavə güc itirdi, stress yaşadı. Və elə mənzərə yarandı ki, Baxşıyev azarkeşləri guya yaxşı oynamaları nağılı ilə aldatmağa çalışdı.

Hamıya aşağıdan yuxarı baxmağa məcbur olan “Qəbələ” son pillədədir. “Qarabağ” isə “Səbail”lə eyni xal toplayıb və zirvədən cəmi 3 addım geridədir. Gərgin keçəcəyi deyilən mövsümdə ağdamlıların hegemonluğu yenə bərpa olunur. Bir neçə turdan sonra izləyicilərlə aşkar fərq yarnsa, təəccüblənməməliyik.

ABBAS

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2023-11-29 19:38

“Bayern”də daha bir yeni müqavilə

blank
Digər idman növləri2023-11-29 19:19

“Azərreyl”dən növbəti qələbə

blank
Dünya futbolu2023-11-29 19:00

“Bayern”dən Noyerlə yeni müqavilə

blank
Digər idman növləri2023-11-29 18:46

Azərbaycanlı hakim ÇL matçına təyinat aldı

blank
Ölkə futbolu2023-11-29 18:30

“Qəbələ”nin legionerinin adı niyə siyahıda yoxdur?

blank
Dünya futbolu2023-11-29 18:11

Ronaldo məhkəməlik oldu

blank
Dünya futbolu2023-11-29 17:52

Qvardiola cərimələndi

blank
Digər idman növləri2023-11-29 17:34

Azərbaycan çempionatları keçiriləcək

blank
Dünya futbolu2023-11-29 17:17

Dünənin ulduzları, bu günün məşqçiləri

blank
Ölkə kuboku2023-11-29 17:14

“Qaradağ Lökbatan”, “Kəpəz” və “Araz-Naxçıvan” növbəti mərhələdə – YENİLƏNİR

blank
Ölkə futbolu2023-11-29 17:00

Yeddi komandaya texniki məğlubiyyət verildi

blank
Ölkə futbolu2023-11-29 16:46

Hakimi təhqir edən futboçuya 4 oyunluq cəza

blank
Dünya futbolu2023-11-29 16:30

Mudriki təhdid edirlər – rus modelə görə

blank
Digər idman növləri2023-11-29 16:16

UFC-də Konorsuz superdöyüş gözlənilir

blank
Dünya futbolu2023-11-29 15:59

Kannavaronun gözü önündə – Ançelotti çətin durumda

blank
Ölkə futbolu2023-11-29 15:46

“Qarabağ” Norveçə bir itki ilə yollandı

blank
Dünya futbolu2023-11-29 15:33

“Leypsiq”in yetirməsi 25 yaşında vəfat edib

blank
I Liqa2023-11-29 15:19

“İrəvan”ın prezidenti, “İmişli”nin meneceri cəzalandı

blank
Dünya futbolu2023-11-29 15:07

Nunyes “Liverpul” tarixinin ən bahalı transferi oldu

blank
Dünya futbolu2023-11-29 14:50

“Barselona”nın gəliri 70 milyon avronu keçdi

blank
Digər idman növləri2023-11-29 14:32

Quluzadə beynəlxalq yarışda mübarizə aparacaq

blank
Ölkə futbolu2023-11-29 14:15

“Sabah”a dəyən zərəri “Qarabağ” ödəyəcək

blank
Dünya futbolu2023-11-29 14:15

“Çelsi” Osimhendən əl çəkmir

blank
Digər idman növləri2023-11-29 14:01

Donçiçin 41 xalı qələbəyə kifayət etdi

blank
Müsahibə2023-11-29 13:44

Rəhman de Byazi ilə danışmaq istəyirmiş: “Yığmanın yerli mütəxəssisə tapşırılmasının tərəfdarıyam”

blank
Ölkə futbolu2023-11-29 13:27

“Səbail” bir rekordu təkrarladı, digərini yox

blank
Dünya futbolu2023-11-29 13:10

“Çelsi”nin satışından əldə edilən pulu Ukraynaya deyil, İsrailə vermək istəyiblər

blank
Dünya futbolu2023-11-29 12:52

Halanddan ÇL-də yeni rekord

blank
Digər idman növləri2023-11-29 12:37

Parataekvondoçularımız qran-prinin final mərhələsində iştirak edəcək

blank
Ölkə futbolu2023-11-29 12:20

“Oyundan sonra bəzən danışmağa hazır olmuruq” – Hacıyev

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

blank
Ölkə futbolu2023-09-16 18:09

Gəncə azarkeşləri Azər Məmmədovu istefaya çağırdılar – VİDEO

blank
Premyer-liqa2023-09-15 20:50

“Sumqayıt” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-09-13 22:05

“İnter”in sabiq hücumçusu rəsmən “Sabah”da

Facebook

Gündəm