Ölkə futbolu
“Yubileyi qələbə ilə qeyd etmək gözəl hissdir”
“İstənilən oyun bizim üçün vacibdir. Matçdan öncə bizi çətin səfərin gözlədiyini bilirdik. Gözləntimizdə yanılmadıq. Çətin oyun oldu. Ancaq bu matçdan 3 xalla ayrılmağı bacardıq” – bu sözləri futbolinfo.az-a açıqlamasında “Sabah”ın müdafiəçisi Tellur Mütəllimov deyib.
O, Misli Premyer Liqasının 20-ci turunda “Qəbələ” üzərində 3:0 hesablı qələbədən və yubiley oyununa çıxmasından danışıb: “Düzü, mən də oyundan sonra bildim. 150-ci oyunumu qələbə ilə qeyd etmək gözəl hissdir. İnanıram ki, yaxın gələcəkdə oyunlarımın sayını sürətlə artıracam”.
Futbolçu növbəti turda “Səbail”ə qarşı keçirəcəkləri oyundan da söz açıb: “Biz hər bir rəqibimizə hörmətlə yanaşırıq, “Səbail”ə də həmçinin. Kubokda bizi mübarizədən kənarlaşdırmaları bu komandanın gücündən xəbər verir. Lakin bu komanda ilə kubokdakı nəticəmizdən asılı olmayaraq, biz onsuz da bütün oyunlarımıza qələbə üçün çıxırıq. Bu matç da istisna olmayacaq. Əlimizdən gələni edəcəyik ki, bu qarşılaşmadan 3 xalla ayrılaq”.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 10:00
Samir Abasov Xaviylə görüşə gedib