Digər idman növləri
Yüksək Liqada növbəti oyunların vaxtı dəqiqləşdi

Voleybol üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib.
Futbolinfo.az xəbər verir ki, qadınlar arasında Yüksək Liqada 2-ci dövrənin növbəti matçları fevralın 6-da gerçəkləşəcək
5-ci turun saat 16:00-da start götürəcək ilk qarşılaşmasında “Azərreyl” və “Abşeron” komandaları üz-üzə gələcək. Bu görüşdən iki saat sonra “Murov” və UNEC kollektivlərinin dueli baş tutacaq.
Fevralın 7-də kişilər arasında Yüksək Liqada 5-ci turun oyunları baş tutacaq. Günün ilk matçı saat 16:00-da “Murov” və MOİK komandaları arasında olacaq. Saat 18:00-da isə “Xarı bülbül” – “Neftçi” qarşılaşması keçiriləcək.
Görüşlər Voleybol Mərkəzində təşkil olunacaq.

- Dünya futbolu2023-12-02 23:00
Şahruddin 3 qola üzüldü, “Qalatasaray” inamlı qələbəyə sevindi
- Premyer-liqa2023-12-03 17:51
“Hakim səhv edir, məni cəzalandırırlar” – Murad Musayev
- Dünya futbolu2023-12-02 21:58
AÇ-2024-ün final mərhələsinin püşkü atıldı
- Premyer-liqa2023-12-03 18:58
“Neftçi” “Zirə”yə qalib gəldi