Dünya futbolu
“Yuventus” 12 il sonra kənarda qaldı
“Yuventus” A Seriyasındakı çıxışının nəticələrinə və xalların silinməsinə görə Çempionlar Liqasına vəsiqə qazana bilməyib. Massimiliano Alleqrinin komandası A seriyasının 37-ci turu çərçivəsində səfərdə “Milan”a uduzub (0:1).
Futbolinfo.az xəbər verir ki, maliyyə saxtakarlığına görə 10 xalının silinməsindən sonra “Yuventus”un 59 xalı qalıb.
Turin təmsilçisi 2010/11 mövsümündən sonra ilk dəfə Çempionlar Liqasında oynamayacaq. Komanda A Seriyasında 7-ci yeri tutub.
“Yuventus”un hələ də avrokuboklara düşmək şansı var. Çünki onlar 6-cı yerdəki “Roma”dan cəmi 1 xal, 5-ci “Atalanta”dan 2 xal geri qalırlar. A Seriyasının son turunda “Yuventus” səfərdə “Udineze” ilə qarşılaşacaq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”