Dünya futbolu
“Yuventus” rəhbərliyi istefa verdi

Diqqətlər Dünya Çempionatına yönəldiyi bir vaxtda İtaliyadan gözlənilməz xəbər gəldi. Az öncə bəlli oldu ki, “Yuventus” rəhbərliyi tam tərkibdə isyefaya gedib.
Futbolinfo.az xəbər verir ki, prezident Andrea Anyelli ve yardımcısı Pavel Nedvedin də olduğu İdarə heyəti vəzifədən ayrılmaq qərarı verib. Yeni İdarə Heyəti önümüzdəki həftələrdə seçiləcək.
Bu hadisə mövsümün əvvəlində baş versəydi, anlaşılan olardı. Çünki komanda mövsümə uğursuz başlamışdı. İndi vəziyyətin düzəldiyi, Turin klubunun A Seriyasında zirvəyə doğru yürüdüyü bir vaxtda istefalar gözlənilməz oldu.
Yəqin ki, tezliklə bu qərarın pərdəarxası bəlli olacaq.

Reklam
- Ölkə futbolu2023-02-04 09:35
Qurban Qurbanovun nəcib addımını Gəncədə unutmayıblar
- Ölkə futbolu2023-02-03 18:31
Bizim Miura: 53 yaşına kimi futbol oynayan “At Əli” – VİDEO
- Ölkə futbolu2023-02-04 14:16
“Qarabağ” fanatları Gəncədə problemlə üzləşdi
- Premyer-liqa2023-02-04 15:53
“Qarabağ” Gəncədə xal itirdi