Dünya futbolu
“Yuventus” səfərdə məğlub oldu
Futbol üzrə İtaliya A Seriyasında 11-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
Turun açılış matçında “Atalanta” doğma meydanda “Latsio” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.
“Yuventus” bu turda səfərdə “Verona”nı sınağa çəkib. Uğursuz mövsüm keçirən Turin təmsilçisi bu oyundan da məğlubiyyətlə ayrılıb.
Turinin digər təmsilçisi “Torino” isə “Sampdoriya” ilə ev oyununda darmadağına sevinib.
İtaliya A Seriyası
11-ci tur
30 oktyabr
Atalanta – Latsio 2:2
Qol: Sapata, 45+1. De Roon, 90+4 – Pedro, 18. İmmobile, 74.
Verona – Yuventus 2:1
Qol: Simeone, 11; 14 – Makkenni, 80.
Torino – Sampdoriya 3:0
Qol: Praet, 17. Sinqo, 52. Belotti, 90+3.
31 oktyabr
15:30 İnter – Udineze
18:00 Cenoa – Venetsiya
18:00 Sassuolo – Empoli
18:00 Fiorentina – Spetsiya
21:00 Salernitana – Napoli
23:45 Roma – Milan
1 noyabr
22:45 Bolonya – Kalyari
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq