Dünya futbolu
“Yuventus”dan yeni rekord
“Yuventus” İtaliya A Seriyasının 36-cı turunda “Sampdoriya”ya 2:0 hesabı ilə qalib gələrək, növbəti çempionluğunu rəsmiləşdirib.
Futbolinfo.az xəbər verir ki, bu, “qoca sinyora”nın ardıcıl 9-cu çempionluğu olub.
Bununla da, “Yuventus” yeni rekorda imza atıb. Turin klubu Avropanın “böyük beşlik” çempionatlarında ardıcıl 9 dəfə çempionluq qazanan ilk komanda olub. Özünün keçənilki nəticəsini yeniləyən “Yuventus”, həmçinin bu mövsüm 8-ci çempionluğunu qazanan “Bavariya”nı da bu göstəricidə geridə qoyub.
Bu, “Yuventus”un tarixində 36-cı çempionluğu olub.
- Müsahibə2024-02-21 12:22
Rahil dolu tribunalardan zövq alır: “Azərbaycandan gəldiyimi deyəndə qəribə baxırdılar”
- Ölkə futbolu2024-02-21 13:38
Qurban Qurbanov: “İlk oyunun hesabı bizi aldatmamalıdır”
- Ölkə futbolu2024-02-21 08:34
Zubir Şotlandiyaya qayıdır?
- Ölkə futbolu2024-02-21 09:42
Rezabalanın “Sumqayıt”a gəlməkdə məqsədi var