Dünya futbolu
“Yuventus”un sabiq futbolçusu karyerasını başa vurdu
İtaliyanın “Yuventus” və “İnter” komandalarının sabiq futbolçusu Kvadvo Asamoa karyerasını başa vurub.
Futbolinfo.az xəbər verir ki, qanalı müdafiəçi 34 yaşında futbolla vidalaşıb.
A Seriyasında 279 oyun keçirmiş veteran futbolçu bu müddət ərzində 13 titul qazanıb. O, İtaliya çempionatında oyun sayı baxımından afrikalılar arasında rekordçudur.
Kvadvo Asamoa 2012-2018-ci illərdə “Yuventus”un, 2018-2020-ci illərdə isə “İnter”in formasını geyinib. “Udineze”də də oynamış futbolçunun son komandası İtaliya “Kalyari”si olub. O, Qana yığmasında da 74 oyuna 4 qol vurub.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi