Digər idman növləri
“Zədələrim olduğuna görə millinin məşqlərinə qatıla bilmədim”
Voleybol üzrə Azərbaycan yığmasının hücumçusu Ayşən Abduləzimova təlim-məşq toplanışını dəyərləndirib. Futbolinfo.az xəbər verir ki, federasiyanın mətbuat xidmətinə açıqlama verən voleybolçu bunları söyləyib:
“Vaşaş”ın heyətində Macarıstandakı yarışlar başa çatdıqdan sonra Bakıya qayıtmışam. Amma zədələrim olduğuna görə məşqlərə qatıla bilmədim. Bir ay müalicə aldım. Artıq müalicəm başa çatıb və Mingəçevirdə təşkil olunan təlim-məşq toplanışında fərdi məşqlərə başlamışam.
Komandamızda yüksək əhval-ruhiyyə var. Artıq hücumçumuz Odina Əliyeva da bizimlə birgə məşqlərə qoşulub. Bir neçə voleybolçumuz da yaxın günlərdə düşərgədə olacaqlar.
İnanıram ki, Avropa çempionatının təsnifatı və İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxış edəcək və qarşımıza qoyulan məqsədlərə çatacağıq”.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi