I Liqa
Zaqatalada darmadağın, “Qarabağ”dan qələbə, “Neftçi”dən xal itkisi
Azərbaycan I Divizionunda 9-cu tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
“Səbail” və “Sumqayıt”ın əvəzedicilərinin oyununda dörd qol qeydə alınsa da, qalib müəyyənləşməyib. “Neftçi” ilə “Kəpəz”in əvəzediciləri də heç-heçə ilə “sülh bağlayıblar”. “Zaqatala” doğma meydanda “Şamaxı”nın ikinci komandasını 4 cavabsız qolla yenib. “Qarabağ”ın əvəzediciləri isə “İmişli” ilə oyundan qalib ayrılıb.
I Divizion
9-cu tur
26 oktyabr
Səbail-2 – Sumqayıt-2 2:2
Qol: Ayaz Mikayılov, 4. Balamirzə Soltanov, 58 – Cavid Quliyev, 37-pen. Cavidan Abbaszadə, 64.
Hakimlər: Rövşən Rəcəbov, Zöhrab Abbasov, Vüqar Bayramov, Rəsul Babayev.
“ASCO Arena”, 14:00.
Zaqatala – Şamaxı-2 4:0
Qol: Cəlal Cəbrayılov, 27; 50; 79. Valeh Qəhrəmanlı, 88.
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Taleh Məmmədov, Sərxan İsmayılov.
Zaqatala OİK stadionu, 14:00.
Qarabağ-2 – İmişli 1:0
Qol: Ruslan Bayramov, 84.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Zakir Şükürzadə, Cavid Cəlilov.
Binə qəsəbə stadionu, 14:00.
Neftçi-2 – Kəpəz-2 1:1
Qol: Vüsal Əsgərov, 45+1 – Rauf Əliyev, 30.
Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Teymur Teymurov, Kamran Əliyev.
“Neftçi” Futbol Mərkəzi, 4-cü meydança 15:00
Turun digər oyunlarında qeydə alınan nəticələr:
MOİK – Qəbələ-2 2:4
Mingəçevir – Turan Tovuz-2 0:3
Qaradağ Lökbatan – Zirə-2 0:0
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi