Ölkə futbolu
“Zirə” Cəlal Hüseynovu icarəyə verdi

“Zirə” millimizin üzvü olan Cəlal Hüseynovu icarəyə verib. 19 yaşlı mərkəz müdafiəçisi qarşıdakı mövsümü “Şamaxı”da keçirəcək.
“Qartallar” Moiz Adileunu heyətə cəlb etdikdən sonra əcnəbi mərkəz müdafiəçilərinin sayını üçə çatdırıb. Belədə Cəlalın ehtiyatda qalması aktuallaşıb. Bu səbəbdən Hüseynovun oyun praktikası qazanması üçün yerli futbolçulara güvənən bökgə təmsilçisində oynaması məsləhət bilinib.
Hüseynov Konfrans Liqasında Təl-Əviv “Makkabi”siylə matçlarda start heyətindən kənarda qalmış, yalnız səfər görüşün 80-ci dəqiqəsində meydana buraxılmışdı.
