Ölkə futbolu
“Zirə” “Kəpəz”i Mərdəkandan “qovdu”

“Zirə”nin bu gün “Sabah”ı Mərdəkandakı “Dalğa Arena”da qəbul etməsi təsadüfi deyil. Qəsəbə təmsilçisi öz stadionunda aparılan təmir işləri üzündən belə qərar verib.
Futbolinfo.az-ın əldə etdiyi xəbərə görə, hazırda Zirədəki arenanın tribunalarındakı oturacaqlar, media-tribuna, VIP-otaqlar və s. yenilənir. İşləri vaxtında başa çatdırmaq mümkün olmadığından əsas komanda bir neçə matçı Mərdəkanda keçirməyə məcburdu.
Təmir işlərinin nə vaxt yekunlaşacağı ilə bağlı dəqiq məlumat yoxdu, lakin güman ki, “Zirə” doğma evinə sentyabrdan tez qayıda bilməyəcək.
Xatırladaq ki, “Zirə” ilk turdakı oyununu da “Dalğa Arena”da keçirmişdi. O zaman digər “qaçqın komanda” olan “Kəpəz”lə səfər matçı 2:1 hesablı qələbəylə bitmişdi.
“Zirə”nin Mərdəkana köçməsindən sonra “Kəpəz” də ev ünvanını dəyişib. Gəncədə oynamasına icazə verilməyən komanda rəqiblərini əvvəllər “Keşlə”nin məskunlaşdığı “ASK Arena”da qəbul edəcək.

- Premyer-liqa2023-09-01 14:00
Klublarımızın yay bazarlığı – YENİLƏNİR
- Ölkə futbolu2023-09-01 09:29
Yenidən Avropa Liqasının qrupunda… Və yenə yalnız “Qarabağ”la
- Ölkə futbolu2023-08-31 22:32
Qurban Qurbanov: “Qrupda iştirak etmək bizim üçün çox vacib idi”
- Müsahibə2023-09-01 08:00
Andrade İngiltərədən rəqib istəyir: “Bu, son deyil”