Bizi izləyin

Ölkə futbolu

“Zirə”nin müəmmalı rəqibi: 17 afrikalıya güvənən “Şerif”

blank
blank

4 aylıq fasilədən sonra Azərbaycan klubları yenidən avrokuboklarda mübarizə aparacaq. Müstəqilliyimizin ilk dövrlərində bu məsafə təxminən 1 il davam edirdisə, sonrada 8-9 aya, daha sonra 6 aya və son 2 ildə 4-5 aya qədər endi.

Bəli, son 10 ildə məhz “Qarabağ”ın sayəsində bu məsafə get-gedə azaldı. Böyük ehtimalla, bu mövsüm də “Qarabağ” uzun məsafə qət edəcək, digər 3 klubumuz ən azı 1-2 mərhələ adlamaq üçün bütün qüvvəsini səfərbər edəcək.

Doğrudur, “Sumqayıt”la müqayisədə “Zirə” və “Sabah”dan müəyyən umacaqlarımız var. Amma bu iki komandamızın təcrübəli və nüfuzlu klublarla üz-üzə gəlməsi narahatlığa əsas verir.  Amma “Sabah”dan fərqli “Zirə”nin bir dəfə səhv etməyə haqqı var. Yəni, Rəşad Sadıqovun komandası Avropa Liqasında mübarizəni dayandıracağı halda Konfrans Liqasına yuvarlanacaq. Avropa Liqasında mərhələ adladıqca, “Zirə”nin Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq şansı yüksələcək.

Mövsümün “qırmızı lent”ini məhz “Zirə” ilə kəsəcəyik.  “Qartallar” Avropa Liqasının ilk mərhələsində bizə tanış olan Moldovanın “Şerif” klubu ilə qarşılaşacaq. Görəsən, “Zirə”nin 3 dəfə “Qarabağ”ın qarşısına çıxan və hər dəfə də mübarizədən məğlub ayrılan “Şerif”i adlamaq şansı varmı?

Püşk atıldıqdan sonra bu rəqibin keçmişi və hazırkı vəziyyəti haqda məlumat verdiyimizdən, yenidən eyni söhbətə qayıtmaq fikrimiz yoxdur. Bizə indiki məqamda ötən mövsümdəki deyil, hazırkı komanda maraqlıdır. Görəsən, ukraynalı mütəxəssis Yuri Quranın komandası mövsümlərarası fasilə dönəmində qiyafəsini necə dəyişib? Komandadan kimlər ayrılıb, ona kimlər qoşulub?

Əvvəla, onu qeyd edək, bir suyu Azərbaycan klublarına oxşayan “Şerif” yenə də mövsümü başa vurandan sonra heyətində ciddi dəyişiklik etdi. Yəni, bizim klublar kimi tiraspollular da yayda “yarpaq tökümü” ilə yadda qaldı. Hər il bu komandanın heyəti demək olar ki, yenilənir. Ona görə də bu mənada Rəşad Sadıqovun işi çətin olacaq. Çünki yeni qurulan kollektivi təhlil etmək çətin məsələyə çevrilir. Hərçənd, bunun bzim üçün müsbət tərəfi də var. Komandaya uğur qazandıran oyunçular gedir, yenilərinin isə kollektivə uyğunlaşması üçün xeyli zamana ehtiyacı qalır.

Amma “Şerif” elə bir klubdur ki, müəyyən mənada vəziyyətdən çıxmağı bacarır. Düzdür, hər dəfə bunu bacarmırlar. Çünki 2021/22 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində uğurlu çıxış etdikdən sonra komandanın heyəti dağıldı və nəticədə geriləməyə başladılar. Amma buna baxmayaraq, Tiraspol komandası yenə də avrokuboklarda qrup mərhələsindən kənarda qalmadı. Son iki mövsümdə hətta Konfrans deyil, Avropa Liqasının qrup mərhələsində oynayıblar.

Bəli, gördüyümüz kimi, “Zirə”nin işi çətin olacaq. Amma ötən mövsüm ardıcıl 8 il Moldova çempionluğundan sonra zirvəni əldən verən komandanın seriyası qırıldısa, “Zirə” də sürpriz yaşada bilər. Necə deyərlər, qoy gedib bu dəfə Konfrans Liqasının qrup mərhələsində oynasınlar.

Moldovalılar mövsüm başa çatandan bəri 8 futbolçusunu itirib. Bu mənada kolumbiyalı hücumçu Uinston Aponzanı xüsusi fərqləndirə bilərik. 24 yaşlı futbolçu Moskva “Torpedo”suna azad agent statusu ilə keçib. Braziliyalı 24 yaşlı dayaq yarımmüdafiəçisi Ramonun azad agent statusu ilə Türkiyənin “Keçiörengücü”nə keçidini də itki saymaq olar. “Şerif”in əldə verdiyi oyunçulardan biri də mərkəz müdafiəçisi Rodriqo Freytaşdır. Braziliyalı futbolçu müqaviləsi başa çatdıqdan sonra Portuqaliyanın “Mafra” klubuna keçib. “Şerif”in 41 yaşlı moldovalı qapıçısı Sergey Paşenko isə karyerasını başa vurduğunu açıqlayıb.

Bununla yanaşı, tiraspolluların imtina etdiyi futbolçular da olub. Klub yarımmüdafiəçiləri Abdul Mumuni ilə Rikardinyo, müdafiəçi Alexandro Artunduaqa və hücumçu Neverslə əməkdaşlığı davam etdirmək istəməyib.

Buna baxmayaraq, “Şerif” gedənlərdən sonra boşluqları lazım olduğu qədər doldura bilər.  Bu mənada “Qəbələ”dən ayrılan Əyyub Allaşın adını çəkə bilərik. Mərakeşli 26 yaşlı hücumameyilli yarımmüdafiəçisini “Zirə”yə qarşı oyunda meydanda görəcəyik. Daha sonra 23 yaşlı albaniyalı mərkəz müdafiəçisi Alesiyo Miyanın transferini də xüsusi qabartmaq olar. “Zirə”nin rəqibinin bu yay pul xərcləyib heyətinə qatdığı yeganə oyunçu da məhz Miyadır. Moldovalılar ona görə Albaniyanın “Dinamo Siti” klubuna 60 min avro ödəyib. Yeri gəlmişkən, “Şerif” bu komandadan 24 yaşlı kot d`İvuarlı mərkəz müdafiəçisi Joslen Behiratşı qoparmağı bacarıb. “Şerif”in heyətinə cəlb etdiyi perspektivli oyunçulardan biri də Niderlandın “Top Oss” komandasının san martenli 23 yaşlı sağ cinah müdafiəçisi İlunqa Patadır.

“Şerif”in ciddi transferlərindən biri də 24 yaşlı mavritaniyalı sol vinger Papa Ndiaqe Yadedir. Ötən mövsüm Fransanın “Mets” klubunda çıxış edən futbolçu komandası 2-ci liqaya düşdükdən sonra Moldovaya gəlmək qərarına gəlib. Elə Şimali Makedoniyanın “Rabotniçki” klubunun 21 yaşlı sağ cinah müdafiəçisi Stefan Despotovskinin də də transferini perspektivli keçid kimi qələbə vermək olar. Ötən mövsüm Moldovanın “Milsami” klubunda çıxış edən 28 yaşlı cinah hücumçusu Vadim Pairelin keçidini də gözardı edə bilmərik. Moskva ÇSKA-sından 19 yaşlı əlcəzairli mərkəz müdafiəçisi Sid Əhməd Aissaui də bu komandanı gücləndirə bilər. Avstriyanın “Austriya Lustenau” komandasının braziliyalı 23 yaşlı mərkəz müdafiəçisi Mateus Linsin də burada özünü necə göstərəcəyi maraq doğururur.

Ümumiyyətlə, fikir verirsinizsə, “Şerif” transfer etdiyi oyunçuların əksəriyyəti müdafiəmeyilli oyunçulardır. Elə Litvanın “Daynava” klubunun 21 yaşlı nigeriyalı dayaq yarımmüdafiəçisi Piter Ademo da bu qəbildəndir. Hələ Maltanın “Slima Uonderers” klubunun 23 yaşlı yerli qapıçısı Raşed Al-Tumini də sıralarına qatıblar. “Şerif” yayda bir mərkəz hücumçusu kimi yalnız İndoneziyanın “PSS Sleman” klubunda oynayan 23 yaşlı cənubi sudanlı Acak Riakı transfer edib.

O ki, qaldı “Zirə” ilə oyunlardan əvvəl keçirdikləri hazırlıq görüşlərinə, bu mənada nəticə planında heç də ideal təsir bağışladıqlarını söyləmək olmaz. “Milsami”yə qarşı oyunda hesab açılmamışdısa, son çempion “Petrokub”la matç 1:1 hesabl ilə başa çatıb. Tamamilə “Şerif”in üstünlüyü şəraitində keçən bu oyunda hesabı “Petrokub” standart vəziyyətindən sonra açsa da, fasilədən sonra kabo verdeli cinah hücumçusu Joao Paulo hesabı bərabərləşdirib. İlk hissədə isə bu yay komandaya keçən Acak Riak penaltidən yararlana bilməyib.

“Şerif” son hazırlıq görüşüdə isə yerli “Floreşt” klubunu 5:0 hesabı ilə darmadağın edib. Tiraspolluların heyətində ilk hissədə Papa Yade, Raşid Akanbi və Peter Ademo, fasilədən sonra isə Sedrik Badolo fərqlənib. Daha bir qolu baxışda olan bir futbolçu rəqib qapısından keçirib ki, Moldova mətbuatı bu oyunçunun adını yazmayıb.

Bir sözlə, 31 oyunçusundan 17-i afrikalı olan bu komanda ilə oyunda “Zirə”nin necə təsir bağışlayacağı hamımıza maraqlı gəlir. Rəşad Sadıqovun komandası müdafiədə etibarlı çıxışı ilə diqqət çəkir. “Şerif” isə qapanmağı bacarmır.  Rəqib daha təcrübəlidir, amma “Zirə” də dünən “qatardan düşməyib”. Komandamız rəqiblə müqayisədə demək olar ki, heyətini qorumağı bacarıb.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-07-12 01:44

Konfrans Liqası: Gürcüstan klublarından uğursuz nəticə

blank
Dünya futbolu2024-07-12 01:20

Avroliqada ilk oyunlara yekun vuruldu

blank
Ölkə futbolu2024-07-12 00:07

“Sumqayıt”ın rəqibi yoxlama matçında darmadağına sevindi

blank
Ölkə futbolu2024-07-11 23:46

“Bu, bizdə uğurlu alındı” – Rəşad Sadıqov

blank
Ölkə futbolu2024-07-11 23:37

“Zirə” sadə bir vəziyyətdə qapımıza yol tapdı” – “Şerif”in baş məşqçisi

blank
Ölkə futbolu2024-07-11 22:57

“Zirə” “Şerif”ə səfərdə qalib gəldi

blank
Dünya futbolu2024-07-11 22:44

Türkiyə Super Kubokunun keçiriləcəyi tarix və məkan açıqlandı

blank
Dünya futbolu2024-07-11 22:30

Super Liqada yeni mövsümün püşkü atıldı

blank
Ölkə futbolu2024-07-11 21:12

Azərbaycan güləşçiləri Avropa çempionatlarında 80 medal qazanıblar

blank
Ölkə futbolu2024-07-11 20:57

Azarkeşlərdən “Neftçi” rəhbərliyinə haqlı xəbərdarlıq – kluba hörmətsizlik unudulmamalıdır!

blank
Ölkə futbolu2024-07-11 20:47

“Qarabağ”ın müdafiəçisi: “Komandamızın daxilində əla əhval-ruhiyyə var”

blank
Ölkə futbolu2024-07-11 20:32

“Qarabağ”ın yoxlama görüşlərindəki növbəti rəqibləri bəlli oldu

blank
Ölkə futbolu2024-07-11 20:16

“Kəpəz” ispaniyalı oyunçu transfer etdi

blank
Ölkə futbolu2024-07-11 20:00

“Qəbələ”də məşqçi istefası

blank
Ölkə futbolu2024-07-11 19:38

“Səbail” Türkiyə klubuna məğlub oldu

blank
Digər idman növləri2024-07-11 19:19

Yığmamız AÇ-nin yarımfinalına vəsiqə qazandı

blank
Dünya futbolu2024-07-11 19:00

Kolumbiya millisinin kapitanından Amerika Kubokunda yeni rekord

blank
Milli komanda2024-07-11 18:41

Millimizin Lüksemburqla səfər matçının yeri müəyyənləşdi

blank
Ölkə futbolu2024-07-11 18:25

Radoviç “Sumqayıt”da

blank
Digər idman növləri2024-07-11 18:04

Formula 1-də sprintlərin siyahısında dəyişiklik edildi

blank
Dünya futbolu2024-07-11 17:50

Millidə klubdan daha yaxşı oynayanlar

blank
Digər idman növləri2024-07-11 17:35

Yayım hüququ 76 milyarda satılır

blank
Dünya futbolu2024-07-11 17:17

ABŞ millisi Kloppa təklif edildi

blank
Dünya futbolu2024-07-11 16:59

“Atletiko” yeni formasını təqdim etdi

blank
Müsahibə2024-07-11 16:44

Zubir: “Fransa və Səudiyyə Ərəbistanından təklifim var idi”

blank
Digər idman növləri2024-07-11 16:29

Keçmiş prezident millinin oyununu izlədi

blank
Digər idman növləri2024-07-11 16:15

Son 6 mövsümün MVP-si Olimpiadada olacaq

blank
Digər idman növləri2024-07-11 16:00

Stolüstü tennisçilərimiz Avropa çempionatında mübarizə aparacaq

blank
Ölkə futbolu2024-07-11 15:43

“Neftçi” Super Liqada çıxış edən klublarla qarşılaşacaq

blank
Digər idman növləri2024-07-11 15:35

Son oyunda da qələbə

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm