Ölkə futbolu
“Zirə”yə görə Bakıya gəlir – Nigeriyalı futbolçu

“Zirə” yeni transferi gerçəkləşdirmək ərəfəsindədir.
Futbolinfo.az xəbər verir ki, Portuqaliya yüksək liqa təmsilçisi “Pasuş de Ferreyra”nın futbolçusu Abbas İbrahim Bakı təmsilçisi ilə müqavilə imzalamaq üçün bu gün Azərbaycana yola düşüb.
Futbolçu tibbi baxışdan uğurla keçəcəyi halda “Zirə” ilə müqavilə imzalayacaq. Artıq onun keçidi ilə əlaqədar klublar arasında razılıq da əldə olunub.
Nigeriyalı 25 yaşlı mərkəz yarımmüdafiəçisi bu mövsüm Portuqaliya çempionatında 7 oyuna çıxıb. O, Portuqaliyanın digər təmsilçisi “Aroka”da icarədə də oynayıb. İbrahim ümumilikdə “Pasuş de Ferreyra”da 39 oyuna çıxıb.

- Ölkə futbolu2023-03-30 19:53
“Transfer məsələləri ilə menecerim maraqlanır, yayda baxacağıq”
- Ölkə futbolu2023-03-31 11:34
Amin Ramazanov İkardi ilə nədən danışıb?
- Premyer-liqa2023-03-31 17:23
“Turan Tovuz” “Sumqayıt”a doğma meydanda uduzdu
- Dünya futbolu2023-03-31 09:17
Kvaratsxeliya İtaliyada ilkə imza atdı