Premyer-liqa
“Zirə” “Turan Tovuz”a doğma meydanda uduzdu
Misli Premyer Liqasında XXXII turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, bu gün daha bir görüş baş tutub.
Günün sonuncu matçı “Zirə” ilə “Turan Tovuz” arasında olub. Zirəlilər bu oyundan məğlubiyyətlə ayrılıblar.
Xatırladaq ki, ilk oyun günündə “Kəpəz” “Sumqayıt”a, “Şamaxı” isə “Sabah”a 0:1 hesabıyla uduzub. Bu gün isə “Qəbələ” evdə “Səbail”ə 4:2 hesabıyla qalib gəlib. Tura sabah keçiriləcək “Neftçi” – “Qarabağ” matçı ilə yekun vurulacaq.
Misli Premyer Liqası
XXXII tur
1 may
“Zirə” – “Turan Tovuz” 1:3
Qol: L.Broqno, 86 – Ş.Əliyev, 3. N.Oduva, 47. R.Miller, 60.
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Eyyub İbrahimov, Vüqar Həsənli.
Zirə İdman Kompleksinin stadionu, 20:00.
Zirə: 1. Mehdi Cənnətov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 19. Vladislav Kulaç, 14. Hamidu Keyta (k), 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 26. Nemanya Andelkoviç, 28. Abbas İbrahim, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 66. Pərviz Azadov, 38. Ramiz Muradov, 9. Loris Broqno, 23. Andriya Lukoviç, 5. Moiz Adileu, 17. Toni Qomes.
Baş məşqçi: Rəşad Sadıqov.
Turan Tovuz: 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 99. Veysəl Rzayev, 88. Faiq Hacıyev, 55. Siyanda Xulu, 2. Roderik Miller, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiç, 19. Runi Eva.
Ehtiyat oyunçular: 98. Elxan Qasımov, 77. Cavid Tağıyev, 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 15. Vüsal Məsimov, 24. Divayn Naa, 9. Belaydi Pusi, 11. Ayxan Hüseynov.
Baş məşqçi: Ayxan Abbasov.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…