“Şamaxı” – “Kəpəz” oyunundan sonra qonaqların baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransı keçirib. O, 1:1 hesabıyla bitən qarşılaşmanı dəyərləndirib:

Futbolinfo.az xəbər verir ki, Əhmədov Şamaxıya qələbə üçün gəldiklərini bildirib: “Turnir cədvəlində vəziyyətimizi düzəltmək üçün bura qələbə qazanmağa gəlmişdik. Çalışırdıq ki, məsələni birinci hissədə həll edək. İlk yarıda daha rahat futbol oynadıq. Amma bundan istifadə edə bilmədik. Fasilədən sonra da bir neçə epizodda fərqlənə bilərdik. Oyunun sonlarına yaxın əsəblər tarıma çəkilmişdi. Deyərdim ki, bu gün bir xal qazandıq, iki xal da itirdik. Biz meydanda dayananda rəqibin də qol epizodları oldu. Buna görə tam heyətlə meydana çıxa bilmirik. Dəyişiklik etməyə çətinlik çəkirik”.

Tərlan bəy komandasının oyunundan tam razı qalmayıb: “Hardasa komandamın oyunu məni 70 dəqiqə məmnun etdi. Səfərdə bir xal qazandığımız üçün futbolçulara təşəkkür edirəm. Meydanda mübarizə apardılar. Bu çətin məqamda bacardığımız qədər çalışırıq ki, həm də baxımlı futbol oynayıb xallarımızı qazanaq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp