"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
 
"Araz Abdullayevin, Ernest Nforun yoxluğu özünü göstərdi. Komanda pis təsir bağışlamadı. Futbolçulara demişdim ki, qələbə qazansaz, sizi Zaqatala səfərindən azad edəcəm və ora əvəzedici heyəti aparacağam. Amma buna nail ola bilmədilər. Çox təəssüf ki, verilən tapşırıqları həyata keçirə bilmədilər. "Qəbələ" bizi turnir cədvəlində qabaqladı. Amma bu, müvəqqətidi".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp