"Simurq"un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, Zaqatala klubunun gürcü çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
 
“Oyun haqqında nə deyim? Özümüz penalti yaratdıq. Çox qol imkanımız olsa da, cavab qolunu vura bilmədik. Futbolçumuza qırmızı vərəqə göstərilən epizoda təkrar baxmalıyam. İlk baxışdan simulyasiyaya oxşayırdı”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp