"Xəzər Lənkəran"ın məşqçisi Oğuz Çətin Dənizli Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, cənub klubunun türkiyəli çalışdırıcısı 4:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
 
“Qalan oyunlarımızı ən yaxşı şəkildə oynamaq və qələbə qazanmaq bizim üçün çox vacibdi. “Rəvan”la oyunda olduğu kimi, bu gün də ilk hissədə, xüsusən də ilk 20-25 dəqiqə çox yaxşı oynadıq. Layiq olduğumuz nəticəni əldə etdik. Hesab daha da böyük ola bilərdi. Amma mənim üçün vacib olan futbolçuların verilən tapşırığı yerinə yetirməsi, oyundan zövq alması və azarkeşlərə zövq yaşatmasıdı. Qarşıda iki oyunumuz var. “Simurq” və “Qarabağ”la oyunlarda da yaxşı oynayıb, mövsümü yaxşı yerdə bitirmək istəyirik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp