Topaz Premyer Liqasının sonuna 2 tur qalmış Azərbaycan çempionunun adına aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, ən yaxın izləyicisi “İnter”ı məğlub edən “Qarabağ” mövsümün sonuna 2 tur qalmış 1-ci yeri təmin edib.
 
Xallarını 72-yə çatdırmaqla rəqibindən 9 xal uzaqlaşan Ağdam təmsilçisi tarixində 2-ci dəfə qızıl medallara sahib oldu. İlk dəfə 1993-cü ildə bunu bacaran “Qarabağ” 21 ildən sonra ölkənin ən gücıüsü oldu.
 
Bununla da ağdamlılar “Şəmkir”, “İnter” və “Bakı”ya çatdı. İndi bu 4 komandanın hərəsinin 2 çempionluğu var. Düzdür, 1996/97 mövsümündə də AFFA-nın əsasnaməsinə əsasən qızıl medallar “Qarabağ”a verilib. Lakin həmin çempionluğu nə UEFA, nə PFL, nə İFFHS, nə də Ağdam klubunun özü hesaba alır. Ümumilikdə isə 22 çempionatdan başa çatan 21-də 8 klub qalib adını əldə edib.
 
Bütün çempionlar
1. “Neftçi” – 8
2. “Kəpəz” – 3
3-6. “Şəmkir”, “İnter”, “Bakı”, “Qarabağ” – 2
7-8. “Turan”, “Xəzər Lənkəran” – 1
 
mövsüm
çempion
1992
“Neftçi” Bakı
1993
“Qarabağ” Ağdam
1993/94
“Turan” Tovuz
1994/95
“Kəpəz” Gəncə
1995/96
“Neftçi” Bakı
1996/97
“Neftçi” Bakı
1997/98
“Kəpəz” Gəncə
1998/99
“Kəpəz” Gəncə
1999/2000
“Şəmkir”
2000/01
“Şəmkir”
2001/02
yarımçıq qalıb
2003/04
“Neftçi” Bakı
2004/05
“Neftçi” Bakı
2005/06
“Bakı”
2006/07
“Xəzər-Lənkəran”
2007/08
“İnter” Bakı
2008/09
“Bakı”
 2009/10
 “İnter” Bakı
2010/11
“Neftçi” Bakı
2011/12
“Neftçi” Bakı
2012/13
“Neftçi” Bakı
2013/14
“Qarabağ” Ağdam
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp